Məhkəmə qərarları › İş №3(074)-130/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-130/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-130/2023 20.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X8 Xidmətinin inspektoru X2 iştirakı ilə, Şamaxı Rayon Polis X8 Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon Polis X8 Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü qərarına əsasən, X4 xx.xx.2023-cü il tarixdə, saat 22:16-da Bakı-Şamaxı-Yevlax yolunun 122-ci km. idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-VK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 50 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərindən yaşadığı ünvana gedərkən, Şamaxı RPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşları Şamaxı rayon ərazisində təxminən saat 22 radələrində avtomobilini saxlatdıraraq, avtomobilinin arxa nömrə işığının işlək olmamasını əsas gətirərək, ona Azərbaycan Respublikası İXM-nin 342-ci maddəsi ilə protokol tərtib etmişlər. Həmin maddədə göstərilir ki, nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə, 50 manat cərimə nəzərdə tutulmuşdur. Halbuki, o, nasazlığı aradan qaldıra bilərdi və nömrə işığının nasaz olmasından xəbəri olmamışdır. Odur ki, bu maddə ilə ona protokol tərtib edilməsi düzgün olmamışdır. Ailəsi ilə birlikdə olduğuna, maşında xəstə olduğuna görə və tələsdiyi üçün, orada çox qalmaq istəməyib, tərtib edilən protokolu imzası ilə təsdiq etmişdir. Sonradan ona məlum olmuşdur ki, bu maddə ona şamil olunmamalıdır. Avtomobilin qeydiyyat nömrəsi aydın şəkildə görsənmişdir. Məhkəmə iclasında Şamaxı Rayon Polis X8 Xidmətinin inspektoru X3 şikayəti əsassız hesab edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 122-ci km. “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa “stop” və arxa dövlət qeydiyyat nişanının işıqlarının işlək vəziyyətdə olmaması müəyyən edilərək, nəqliyyat vasitəsi saxlanılmış və həmin nasazlığın yerində aradan qaldırılması mümkün olmadığından, sürücünün barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X4 nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, iş materialları və məhkəmə iclasında iştirak edən şəxsin izahatı ilə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, şikayət isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Polis X8 Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar