Məhkəmə qərarları › İş №3(074)-131/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-131/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-131/2022 08.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4917 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4917 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 4 saylı Vergilər İdarəsinin 27 aprel 2022-ci il tarixli **********4917 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, həyata keçirilən nəzarət tədbiri zamanı onun işlədiyi mağazada “sanitariya-gigeyna və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrindən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına yol verildiyi aşkar olunmuşdur. Nəticədə belə qərara gəlinmişdir ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutub onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi vergilər İdarəsinin 27 aprel 2022-ci il tarixli **********4917 nömrəli qərarından narazıdır. Belə ki, 4 saylı Ərazi vergilər İdarəsinin 27 aprel 2022ci il tarixli **********4917 nömrəli qərarından ümumiyyətlə xəbəri yoxdur. 05 may 2022-ci il tarixdə işlədiyi mağazaya bildiriş göndərilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, barəsində 27 aprel 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 29 aprel 2022ci il tarixdə qərardad verilmişdir ki, o, İXM-nin 221.3-cü maddəi ilə təqsirlidir. Yəni o, təkrar inzibati xəta törədir. Əvvəla 29 aprel 2022-ci il tarixdə çıxarılmış qərardad işlədiyi mağazaya 5 may 2022-ci il tarixdə verilmişdir. İnzibati xəta haqqında qərar əlavə edilmədən. O, hər iki qərarı əldə etmək üçün 4 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş, 16 may 2022-ci il tarixdə hər iki inzibati xəta haqqında qərar ona göndərilmiş və müəyyən olmuşdur ki, 27 aprel 2022-ci il tarixdə onun işlədiyi mağazada işləyən satıcı X7 həmin gün mağazada tibbi maskadan istifadə etməmişdir. Buna görə onun barəsində inzibati protokol tərtib edilsədə onun bundan xəbəri olmayıb, protokol ona elan olunmayıb və təqdim olunmayıb. Sonradan araşdırma zamanı satıcı ona bildirmiş ki, vergi əməkdaşı mağazaya daxil olub, mağazada heç kim olmayıb. O, nahar edirmiş, mağazaya şəxs daxil olan kimi, ayağa qalxmış və tibbi maskanı geyinmişdir. Həmin şəxs vergi əməkdaşı olduğunu və artıq onun şəklini çəkdiyini və mağazanın sahibinin cərimə olunduğunu izah etmişdir. o, vergi əməkdaşına bildirmişdir ki, p nahar edir. Ona əəhəmiyyət vermədən çıxıb getmişdir. Odur ki, Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4917 saylı inzibati tənbeh etmə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun qeydiyyatda olduğu ünvanla heç bir əlaqəsi yoxdur. Faktiki olaraq o, ünvan 1ında yaşayır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:20-də Şamaxı şəhəri, N.Nərimanov ünvanında yerləşən “Meyvə- Tərəvəz” mağazasında X2 işçisinin sanitariya və karantin dövründə tibbi maskadan istifadə edilmədiyi müəyyən edilmiş və X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli, **********4917 saylı inzibati tənbeh etmə haqqında qərarın surəti X2 qeydiyyatda olduğu ünvana göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********4917 saylı inzibati tənbeh etmə haqqında qərarının surətindən görünür ki, həyata keçirilən nəzarət tədbiri zamanı sanitariyagigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına yol verildiyi aşkar olunmuşdur. X1 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində tənbeh növü tətbiq edilməsi qərara alnmışdır. İş materiallarında olan Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:20-də Şamaxı şəhəri, N.Nərimanov ünvanında yerləşən “Meyvə-Tərəvəz” mağazasında X2 işçisinin sanitariya və karantin dvründə tibbi maskadan istifadə edilmədiyi müəyyən edilmişdir. Bununla da X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X4 inzibati xəta haqqında 27 aprel 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilərkən protokolla tanış edilməmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi onun iştirakı təmin edilməmiş, mübahisələndirilən qərar qəbul edilən zaman ümumiyyətlə şəxsə barəsində inzibati icraat aparılması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək hüqüqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4917 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X2 barəsində olan xx.xx.2022-ci il tarixli, **********4917 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sdrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar