Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-133/2024 30.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “CHEVROLET MALİBU” minik markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarəgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi günqanuni qüvvəyə minir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İş materiallarında xəbərnamədən görünür ki, Şəxs barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar Şəxs göndərilmiş və xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi Şamaxı rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Halbuki, Şəxs barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarıntörədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın 08 may 2024-cü il tarixdə qanuni qüvvəyə minməsi nəzərə alınarsa onun inzibati cəriməni ödəməsi üçün qanunla müəyyən edilmiş 3 ay müddət keçməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublikası DİN-nin Şamaxı rayon Polis Şöbəsinə qaytarılmaldır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq qəraraalır: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana Azərbaycan Respublikası DİN-nin Şamaxı rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-133/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-133/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver