Məhkəmə qərarları › İş №3(074)-134/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-134/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-134/2022 23.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Şamaxı rayonu, Həmyəli kəndində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 07 mart 2016-ci il tarixli 2(074)-90/2016 saylı və 19.02.2018ci il tarixli 2(074)-505/2018 saylı icra sənədlərinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, 2015-ci il tarixdə həbsdə olmuş və 27 aprel 2022-ci il tarixdə həbsdən çıxmışdır. Elə bilmiş ki, digər borclu ödənişlər edir, amma nəticədə heç bir ödəniş olunmayıb. Ona möhlət verilsə çalışıb borcundan ödəniş edəcəkdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verib bildirmişdir ki, Şamaxı rayon Məhkəməsinin Şamaxı rayon Məhkəməsinin 07 mart 2016-ci il tarixli 2(074)-90/2016 saylı icra sənədinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 15 oktyabr 2014-cü il tarixli SHMMK-1089 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 8289,45 manat, faizə görə 1078,77 manat, cəriməyə görə 1834,66 manat cəmi 11202,88 manat məbləğində pul, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Rabitə Bank ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda Şamaxı rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli 2(074)-505/2018 saylı məhkəmə əmrinə əsasən borclular X5, Şəxs və X1 müştərək qaydada 2208 manat əsas, 527,21 manat faiz və 527,20 cərimə olmaqla, cəmi 3262,41 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı AGBank ASC-nin xeyrinə ödənilməlidir. Borclu Şəxs borcunu ödəməsi barədə rəsmi və şifahi xəbardarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 07 mart 2016-ci il tarixli 2(074)- 90/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, icra sənədinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 15 oktyabr 2014-cü il tarixli SHMMK-1089 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 8289,45 manat, faizə görə 1078,77 manat, cəriməyə görə 1834,66 manat cəmi 11202,88 manat məbləğində pul, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Rabitə Bank ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli 2(074)- 505/2018 saylı məhkəmə əmrinin surətindən görünür ki, məhkəmə əmrinə əsasən borclular X5, Şəxs və X1 müştərək qaydada 2208 manat əsas, 527,21 manat faiz və 527,20 cərimə olmaqla, cəmi 3262,41 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı AGBank ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 09.03.2016-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra vərəqəsi üzrə borclular Şəxs və X6 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 02.04.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra vərəqəsi üzrə borclular borclular X10, Şəxs və X3 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 09.03.2016-cı il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclular Şəxs və X6 icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 02.04.2018-ci il tarixli könüllü icra barədə bildirişindən görünür ki, b borclular X10, Şəxs və X3 icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(074)- 3/2022 saylı hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəxs 16.03.2021-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 1 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü madəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 il 2 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan yayınmamış və boyun qaçırmamışdır. O, 1 il 1 ay 11 gün müddətdə həbsdə olmuş və 27.04.2022-ci il tarixdə həbsdən çıxmışdır. Göründüyü kimi Şəxs yeni azadlığa buraxılmış və maddi vəziyyəti hazırda imkan vermir ki, icra sənədini icra etsin. Həmçinin ona möhlət verilsə çalışıb borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar