Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-136/2022 06.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X4, Şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda ət və süd məhsullarının satışı ilə məşğul olur. Son günlərdə onlara təzyiq olunur ki, öz mağazasını bağlayaraq xüsusi təyin olunmuş yerdə məhsullarını satsınlar. Bir çoxları kimi o, da razı olmamışdır. Bu səbəbdən onların mağazaları ciddi nəzarətə alaraq gündə bir neçə dəfə yoxlayırdılar. 27 aprel 2022-ci il tarixində iftar süfrəsi üçün ona ət gətirmişlər ki, onu doğrasın. Bu zaman Qida təhlükəsizliyinin işçiləri mağazaya girərək əti protokollaşdırmışlar ki, üstündə yararlılıq barədə möhür yoxdur. Nə qədər desə də ki, bunu gətiriblər ki, iftar süfrəsi üçün doğrasın. Amma əhəmiyyət verməyib protolkollaşdırıb getmişlər. Səhərisi yenə gəlmişlər. Bütün ətlər baytarlıq nəzarətindən keçdiyi halda yenə protokol yazdılar ki, guya baytarlıq nəzarətindən keçməyən ət satışı ilə məşğuldur. Təbii ki, o, həmin protokola imza etməmişdir. Çünki, bu protokollar hamısı qərəzli şəkildə yazılımış. 20 may 2022-ci il tarixdə ona inzibati tənbeh etməyə dair qərarı göndərmişlər. Həmin qərarla o razı deyildir. Birincisi onda həmin gün bütün ətlər baytarlıq nəzarətindən keçmiş vəziyyətdə olmuşdur. Digər tərəfdən də o, vəzifəli şəxs deyildir. O, fiziki şəxsdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci dəfə ətdə möhür olamamasının səbəbi iftar üçün kəsməsi olmuşdur. Hazırki qərarı qərar ətdə möhür olmamasına görə tərtib edilmişdir Lakin ola bilsin ki, ətin çox hissəsi satıldığı üçün həmin möhürlü hissədə satılmışdır. Məhkəmə iclasında iştirak edən Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında fəaliyyət qöstərən ət satışı mağazasında reyd aparılmışdır. Aparılmış reyd zamanı heyvan mənşəli məhsulların baydarlıq ekspertizası aparılmadan satışı və istehsalı aşkar olunmuşdur. Buna görə də X2 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə inzibati xəta haqqına protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli inzibati tənbeh olunması haqqında qərar qəbul olunmuşdur. Məhkəmədən X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yoxmadan keçmə barədə möhür ətin 6 hissəsinə vurulur eyni zamanda bu barədə sənədlər verilir, lakin təqdim edilən fotoşəkildən də görünür ki, ət yoxlamadan keçməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protoklun surətindən görünür ki, X2 ünvan 2ndə yerləşən ət satış məntəqəsində baytarlıq ekspertizası aparılmadan ət satışı ilə məşğul olması aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 2ndə yerləşən ət satışı məntəqəsində heyvan məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışı və ihtehsalı həyata keçirilmişdir. Vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin ŞİBP-22/014 nömrəli bildirişdən görünür ki, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən xx.xx.2022-ci il tarixli monitorinq zamanı, ünvan 2 ünvanında fəaliyyət göstərən X3 məxsus ət satışı mağazasında heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına dair tələblərin pozulduğu aşkar olmuşdur. Buna görədə, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 289.0.2ci maddəsi ilə Vəzifəli şəxs: X5 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəliəsinin 100, 101.1 -ci maddələrinə əsasən inzibati xəta haqqında Protokol tərtib edilmişdir və baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ŞaVfıaxı regional bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının “inzibati Xətalar Məcəlləsi”nin 61.3-cü maddəsinə əsasən, həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 19 may 2022-ci il tarixdə saat 10:00-da Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120-ci km (X12 Mərkəzi) ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X1 regional bölməsinə gəlməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışından görünür ki, X5 ********** VÖEN ilə vergi uçotu orqanında qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati protokolun surətindən görünür ki, Şamaxı RPS-nin əməkdaşlarının iştirakı ilə xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında fəaliyyət qöstərən ət satısı mağazasında reyd aparılmışdır. Aparılmış reyd zamanı heyvan mənşəli məhsulların baytarlıq (baytarlıqsanitarıya) ekspertizası aparılmadan satışı və istehsalı aşkar olunmuşdur. Müəyyən edilmiş pozuntular Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində öz əksini tapmışdır. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmiş və Azərbaycan Respublikasının inzibatı Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən cərimə nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir. İnternet resurslarında aparılmış araşdırmalar nəticəsində ibrəhımov Seymur Nifdulla oğlunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olduğu məlum olmuşdur. Nəticədə sədrlik edən X7 reyd nəticələrinə dair sənədlərlə tanış olduqdan sonra inzibatı Xətalar Məcəlləsinin 22.1.2, 31.2, 34.3-cü maddələrini əsas götürərək belə qərara gəldi ki, ünvan 2 ünvanında iəaliyyət göstərən sahibi vəzifəli şəxs X5 Azərbaycan Respublikası “inzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinib, 289.0.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanmın törədilməsi ilə bağlı işə baxılması Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120- ci km (X12 Mərkəzi) ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X1 regional bölməsində 19 may 2022-cı il tarixdə saat 10:00-a təyin edilsin, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 regional bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X1 regional bölməsnin 19 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-136/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-136/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver