Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-137/2021 03.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu Şəxs barəsində Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və həmin iş 20.04.2021-ci il tarixdə, məhkəməyə daxil olaraq 3(074)-126/2021 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib edilmiş digər inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və həmin iş 22.04.2021-ci il tarixdə, məhkəməyə daxil olaraq 3(074)- 137/2021 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki material eyni şəxs barəsində olduğundan və baxılması Şamaxı Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan prosessual qənaət baxımından onlar bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-126/2021 və 3(074)-137/2021 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materialları bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 3(074)-126/2021 qeydiyyat nömrəsi ilə baxılsın. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-137/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-137/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver