Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-137/2025 17.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Səlahiyyətli orqanın nümayəndəsi Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 iştirakları ilə, Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 08.11 radələrində idarə etdiyi Vaz-21074 markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə uşaqlarını 9 saylı orta məktəbin qabağında düşürüb Şamaxı şəhərində N.Nərimanov küçəsinə baş yola çıxmaq üçün hərəkət etmişdir. Yolun kəsişməsində baş yola çıxmadan əvvəl Nərimanov küçəsi ilə hərəkət edən maşınları buraxmış, aralıdan təxminən 100 metrlikdən zibil daşıyan maşın asta sürətlə bazar istiqamətində hərəkət etmişdir. Həmin maşın asta sürətlə gəldiyindən,uzaqda olduğundan və ara məsafə də baş yola çıxmaq üçün heç bir təhlükə yaratmadığından o, yol boş olduğu üçüb baş yola çıxmışdır. Bu vaxt DYP-nin xidməti maşını həmin yerdən 300-400 metr aralıda avtovoğzal istiqamətində hərəkət etmişrdir. Onun baş yola çıxdığını görüb yaxınlaşıb onun idarə etdiyi maşını saxladaraq bildirmişdir ki, gərək zibil daşıyan maşının ötüb keçməsini gözləyərək sonra yola çıxardı. O, bildirmişdir ki, zibil maşını çox aralıda idi, asta sürətlə hərəkət edirdi. Onun baş yola çıxmağı heç bir təhlükə yaratmamışdır. Bu səbəbdən də o, baş yola çıxmışdır. Onun hərəkətlərini həmin ərazidə yerləşən mağazaların videokameralarını da götürüb əmin olmaq olar ki, o, yol hərəkəti qaydalarını poizmamışdır və heç bir təhlükə yaratmamışdır. Buna baxmayaraq DYP işçisi polis serjantı Həsən Hacıyev barəsində qanunsuz olaraq inzibati protokol yazaraq onu Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə 100 manat cərimə yazmışdır. Hazırda o, həmin qərardan narazıdır. O, bu qərarı əsassız hesab edir. Həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, uşaqlarını məktəbə qoyub qayıdanda yolda “yol ver” şarəsi olmuş, işarənin tələblərinə uyğun yolda gözləmiş, sonra hərəkət etmişdir. Həmin vaxt, aşağı tərəfdən 100 metr aralıdan gələn nəqliyyat vasitəsini görmüş, lakin o asta hərəkət etdiyindən yola çıxmışdır. Əks tərəfdən isə başqa nəqliyyat vasitələri və polis maşını gəlmişdir. O, aşağı tərəfdən gələn nəqliyyat vasitəsinin çox uzaqda olduğunu görüb əsas yola daxil olmuşdur. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, evə gəldikdə sonra ona yolayrıcını keçmə qaydalarının pozduğuna görə 100 manat cərimə edildiyini görmüşdür. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən görmüşlər ki, “VAZ 21074” markalı, **-GB-*** qeydiyyat nişanlı nəqlliyyat vasitəsi baş yola daxıl olmuşdur. Onlar həmin nəqliyyat vasitəsini saxlayaraq sürücüyə etdiyi qanun pozuntusu izah etmiş və barəsində 100 manat və 3 ballıq inzibati protokol tərtib etmişlər. Əlavə olaraq bildirdi ki, sürücü baş yola daxil olarkən baş yolda hərəkət iştiraçılarına, hərəkət surətlərinə və hərəkət trayektoriyasına manelər törətmişdir. Belə ki, sürücü onun istiqamətindən hərəkət edən nəqliyyat vasitəsinin asta hərəkət etdiyi və uzaq məsafədə olduğu üçün baş yola çıxdığını bildirsə də, video görüntüdən görünür ki, həmin nəqliyyat vasitəsi Kamil Musayevin düz arxasınca hərəkət edir. Yəni sürücünün dedikləri kimi olsaydı həmin vaxt onların ara məsafəsi daha çox olmalı idi. X2 etdiyi qayda pozuntusunu təsdiq edən görüntü olan 1 ədəd diski məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 09 aprel 2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən, X4 xx.xx.2025-ci il tarixdə saat 08:11 radələrində “VAZ 21074” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1“Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun: 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalı, hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməli, (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər), yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməli, nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 77-ci maddəsininin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin maddənin 3-cü bəndində əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Lakin iş materiallarında olan video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X4 xx.xx.2025-ci il tarixdə istifadəsində olan “VAZ 21074” markalı, **-GB-*** qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edərək Şamaxı rayonu N.Nərimanov küçəsində əsas yola çıxarkən solundan gələn nəqliyyat vasitələrini gözləmədən yolayrıcını keçərək yolun hərəkət zolağına daxil olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 xx.xx.2025-ci il tarixdə “VAZ 21074” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayəttəmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-137/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-137/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver