Məhkəmə qərarları › İş №3(074)-138/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-138/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-138/2022 26.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27.08.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 2(074)-829/2021 saylı, 2(074)-524/2021 saylı, 2(074)-250/2015 saylı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-3588/2020 saylı, Nəsimi RPİ 19-cu PŞ MN ******* sənədlərinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, imkanı olmayıb ona görədə borcunu ödəyə bilməmişdir. O, icra sənədinin icrasından boyun qaçırmır, lakin hazırda borcundan heç bir ödəniş edə bilmir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır. Borclu Şəxs imkansızlıqdan borcunu ödəməyib, amma borclunun dediyinə görə, ona möhlət verilsə borcunu ödəyəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-829/2021 saylı, 16.11.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 50 qram çəkidə 4250 manat dəyərində sep, 20 qramçəkidə 1700 manat dəyərində komplekt üzük sırğa, 10 qram çəkidə 850 manat dəyərində sep, 5 qram çəkidə 425 manat dəyərində aralıq, 5 qram çəkidə 425 manat dəyərində nişan üzüyünü, 200 manat dəyərində televizorhəmin qızıl-zinət əşyaları və əmlak olmadığı təqdirdə isə onların dəyəri alınaraq iddiaçı X1 verilməlidir. Eyni zamanda Şəxs 40 manat dövlət rüsumu alınaraq X1 ödənilməlidir. Şamaxı rayon Məhkəməsinin 2(074)-250/2015 saylı, 21.01.2015-ci il tarixli məhkəmə əmrinə əsasən borclular Şəxs və X2 kreditor Sunny Electronics mağazası ünvanında fəaliyyət göstərən X3 xeyrinə olan 1.101 manat əsas borc, 21 manat dövlət rüsumu gəmi 1.122 manat vəsait məcburi tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-3588/2020 saylı, 25.11.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində ionzibati cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin 2(074)-524/2021 saylı, 29.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu Şəxs barəsində olan məhkəmə qərarları üzrə yaranmış borclarını ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən borcluya rəsmi və şifahi qaydada barəsində borcun ödəmədiyi halda məsuliyyət ona izah edilmiş, lakin borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq edilmiş və və barəsində axtarış elan olunmuşdur. Həmçinin Şəxs izahat verərək hal-hazırda borcun ödəmək istəmədiyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. İş materialarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-250/2015 saylı, 21.01.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclular Şəxs və X2 kreditor Sunny Electronics mağazası ünvanında fəaliyyət göstərən X3 xeyrinə olan 1.101 manat əsas borc, 21 manat dövlət rüsumu gəmi 1.122 manat vəsait məcburi tutulmalıdır. İş materialarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-829/2021 saylı, 16.11.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 50 qram çəkidə 4250 manat dəyərində sep, 20 qramçəkidə 1700 manat dəyərində komplekt üzük sırğa, 10 qram çəkidə 850 manat dəyərində sep, 5 qramçəkidə 425 manat dəyərində aralıq, 5 qram çəkidə 425 manat dəyərində nişan üzüyünü, 200 manat dəyərində televizorhəmin qızıl-zinət əşyaları və əmlak olmadığı təqdirdə isə onların dəyəri alınaraq iddiaçı X1 verilməlidir. Eyni zamanda Şəxs 40 manat dövlət rüsumu alınaraq X1 ödənilməlidir. İş materialarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-3588/2020 saylı, 25.11.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində ionzibati cərimə edilmişdir. İş materialarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-524/2021 saylı, 29.04.2021-ci il tarixli Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 07.03.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 07.03.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 03.05.2021-ci il tarixli qərardan görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 03.05.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 05.07.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 18.01.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 18.01.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 28.01.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 28.01.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 04.04.2022-ci il tarixli qərarın surətindən görünür ki, 27.08.1981-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 25.05.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı şəhəri, Təbriz küçəsi ev 30-da qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icraatında olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsnin MN-0585639 saylı, 25.07.2020-ci il tarixli, Nəsimi rayon Məhkəməsinin 3(006)-3588/2020 saylı, 25.11.2020-ci il tarixli Şamaxı rayon Məhkəməsinin 2(074)-524/2021 saylı, 29.04.2021-ci il tarixli, Şamaxı rayon Məhkəməsinin 2(074)- 250/2015 saylı, 21.01.2015-ci il tarixli və Şamaxı rayon Məhkəməsinin 2(074)-829/2021 saylı, 16.11.2021-ci il tarixli qərarları bir icraatda birləşdirilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 1 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 11 (on bir) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26.05.2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 1 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar