Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-14/2023 31.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 iştirakları ilə, xx.xx.1974-cü ildə Şamaxı rayonu, Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində işləyən, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan və yaşayan X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X22 izahat verib bildirdi ki, qanunvericiliklə İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdirinin icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifə tutan işçiləri vəzifəyə təyin və vəzifədən azad etmək kimi səlahiyyəti müəyyənləşmədiyi kimi, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri olaraq şəxsən ona hər hansı bir hüquqi aktla həmin səlahiyyətlərin icrası həvalə edilməmişdir. İcra sənədindən də görünür ki, borclu şəxs o deyildir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən qanuni qüvvəyə almış məhkəmə qətnamələri əsasında verilmiş icra vərəqələri bu günədək icra edilməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(85)-920/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, № 150 saylı sərəncamının X23 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X6 rayon İcra Hakimiyyəti başçısının Talışnuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(85)-905/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, № 150 saylı sərəncamının X18 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X4 rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(85)-497/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli 150 saylı sərəncamı X28 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X10 Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin baş mühasibi vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(85)-543/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, 151 saylı sərəncamının X25 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X7 rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-500/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon icra hakimiyyəti başçısının 27 dekabr 2012-ci il tarixli 201 saylı sərəncamının X26 aid hissəsi ləğv edilməli, 27 dekabr 2012-ci il tarixdən məcburi :ş buraxma müddəti üçün əmək haqqı ödənilməkiə X8 rayon icra hakimiyyəti başçısının 1-ci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(85)-268/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İHB-nin 151 saylı xx.xx.2012-ci il tarixli sərəncamının X12 aid hissəsi ləğv olunmalı, X2 rayon İHB-nin Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa olunmalıdır. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(85)-131/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, № 150 saylı sərəncamının X13 aid hissəsi ləğv edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(85)-556/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, № 150 saylı sərəncamının X29 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X11 rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2- 2(105)-146/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bu iş üzrə 03 aprel 2013-cü il tarixli qərarı ləğv olunmalı, X20 Şamaxı raycn İcra Hakimiyyətinə qarşı iddiası təmin olunmalı, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 151 saylı sərəncamının E.B.Şahbazova dair hissəsi ləğv olunmalı, X5 rayonu, Mirikənd kənd inzibati ərazi vahidliyi üzrə Şamaxı RİH Başçısının nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmalıdır. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(85)-496/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, 150 saylı sərəncamının X15 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X3 Rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(85)-514/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, 151 saylı sərəncamının X42 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X17 Rayon İcra Hakimiyyəti başçısının Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt-İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(85)-883/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, № 151 saylı sərəncamının X9 aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X1 rayon İcra Hakimiyyəti başçısının İkinci Cabanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarların surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarların surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cui il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şamaxı şəhəri,H.Əliyev küçəsi 27-də yerləşən Şamaxı rayon İcra Hakimiyyətinin borclu olduğu Sumqayıt İnzibati İqtisadi məhkəməsinin 2-1 (85)-556/2013 saylı, xx.xx.2014-cü il tarixli, Sumqayıt İnzibati İqtisadi məhkəməsinin 2-l(85)-514/2013 saylı, xx.xx.2013-cü il tarixli, Sumqayıt İnzibati İqtisadi məhkəməsinin 2-l(85)-920/2013 saylı, xx.xx.2015-ci il tarixli, Sumqayıt inzibati İqtisadi məhkəməsinin 2-1 (85)-497/2013 saylı, xx.xx.2015-ci il tarixli, Sumqayıt inzibati İqtisadi məhkəməsinin 2-1 (85)-905/2013 saylı, xx.xx.2015-ci il tarixli, Sumqayıt inzibati İqtisadi məhkəməsinin 2-l(85)-131/2014 saylı, xx.xx.2014-cü il tarixli, Sumqayıt inzibati İqtisadi məhkəməsinin 2-l(85)-268/2014 saylı, xx.xx.2015-ci il tarixli, Sumqayıt inzibati İqtisadi məhkəməsinin 2-1 (85)-500/2013 saylı, xx.xx.2018-ci -ci il tarixli, Sumqayıt inzibati İqtisadi məhkəməsinin 2-l(85)-543/2013 saylı, xx.xx.2019-cu il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-146/2013 saylı, xx.xx.2013-cü il tarixli, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2-1(85)- 496/2013 saylı, xx.xx.2014-cü il tarixli, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2-1 (85)-883/2013 saylı, xx.xx.2014-cü il tarixli sənədləri bir icraatda birləşdirilmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı X14 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X14 əməlində borclu olduğu icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X14 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-14/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-14/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver