Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-144/2022 07.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-628/2021 saylı icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədinin icrasından boyun qaçırmamışdır. İşləmədiyi üçün ödəniş edə bilməmiş, amma hal-hazırda aliment borcundan 1000 manat ödəniş edə bilər və bundan sonra hər ay borundan ödəniş edib borcunu bitirəcəyinə söz vermişdir. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bu günədək aliment borcu üzrə ona 3135 manat borcu vardır. Borcunun ödənilməsini tələb edir. Eyni zamanda bildirir ki, bu gün Şəxs ona borcundan 1000 manat ödəniş etmişdir. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahat verib bildirmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-628/2021 saylı icra sənədinə əsasən, Şəxs X1 xeyrinə, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Şəxs borcunu ödəməsi barədə rəsmi və şifahi xəbardarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Borclu Şəxs borcundan 500 manat ödəniş edə biləcəyəni bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 3135 manat aliment borcu vardır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-628/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs X1 xeyrinə, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs icranı dərhal həyata keçirməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs borcundan 1000 manat ödəniş etmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan yayınmamış və boyun qaçırmamışdır. O, xx.xx.2022ci il tarixdə borcundan 1000 manat ödəniş etmişdir. Həmçinin borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-144/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-144/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver