Məhkəmə qərarları › İş №3(074)-146/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-146/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-146/2022 08.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon notariat ofisinin 8İ-9339 saylı, xx.xx.2020-ci il tarixli və Şamaxı rayon Məhkəməsinin 2(074)-839/2021 saylı xx.xx.2021-ci il tarixli saylı icra sənədlərinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, pandemi ilə əlaqədar olaraq heç bir yerdə işləməmiş, amma hazırda avto yuma işlədir, öna möhlət verilsə o bocunu çalışıb hissə-hissə ödəyərək borcunu bitirəcəkdir. Eyni zamanda da bildirir ki, icra sənədləri üzrə hal-hazırda maddi imkansızlıqdan heç bir ödəniş edə bilmir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, boclu əvvəllər maddi imkansızlıqdan borcundan ödənişlər etməmiş, lakin bundan sonra ona möhlət verilsə o borcunu ödəyəcəkdir. Müdafiəçi bunların nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. X2 pulu götürüb qohumuna verib, elə bilib ki, həmin şəxs ödənişlər edib, amma nəticədə heç bir ödəniş olunmayıb. Müdafiəçi uşağının xəstə olmasını, imkansızlığını və işsiz olmasını nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şamaxı rayon İcra şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-839/2021 saylı 19 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli müqavilə üzrə 472 manat əsas, 47 manat cərimə olmaqla cəmi 519 manat, xx.xx.2020-ci il tarixlıi müqavilə üzrə 526 manat əsas, 52 manat cərimə olmaqla, cəmi 578 manat və ümumilikdə 1097 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda Şamaxı rayon notariat ofisinin 8İ-9339 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 1602.09 mant pul və 20 manat ödənilməmiş dövlət rüsumu "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərində göstərilmiş tələbi icra etməmişdir. Borclu izahat verərək barəsində olan icra sənədlərində göstərilmiş məbləğləri ödəməyə maddi imkanının olmamaısını bildirmişdir. Odur ki, borclu icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 2(074)-839/2021 saylı 19 avqust 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli müqavilə üzrə 472 manat əsas, 47 manat cərimə olmaqla cəmi 519 manat, xx.xx.2020-ci il tarixlıi müqavilə üzrə 526 manat əsas, 52 manat cərimə olmaqla, cəmi 578 manat və ümumilikdə 1097 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon notariat ofisinin 8İ-9339 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, borclu Şəxs cəmi 1602.09 mant pul və 20 manat ödənilməmiş dövlət rüsumu "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şamaxı rayon notariat ofisinin 8İ-9339 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon notariat ofisinin 8İ- 9339 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 2(074)-839/2021 saylı 19 avqust 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 2(074)-839/2021 saylı 19 avqust 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İHB-nin Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 42 saylı arayışdan görünür ki, Şəxs Şamaxı rayonu Hə\myəli kəndində qeydiyyatda olsa da, hal-hazırda Bakı şəhərində yaşamır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı rayon İcra Probasiya şöbəsinin icraatında olan, Şamaxı rayon notariat ofisinin 8İ-9339 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi və Şamaxı rayon məhkəməsinin 2(074)-839/2021 saylı 19 avqust 2021-ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədlərinin icrasını təmin etməyərək icranı həyata keçirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olmasını, təqsirinin dərəcəsinin və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin olunmalıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Şəxs hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1,43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz ) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar