Məhkəmə qərarları › İş №3(074)-148/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-148/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-148/2022 14.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verib bildirdi ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2800 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, maddi imkanı olmadığı üçün indiyədək heç bir ödəniş etməmişdir. Halhazırda da heç bir yerdə işləmir və heç bir ödəniş edə bilmir. Maddi imkanının çox çətin olmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-118/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin xx.xx.2021ci il tarixli MN ******* saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı rayon İcra Probasiya şöbəsinin icraatında olan AR X3 X6 MN ******* saylı xx.xx.2021-ci il tarixli, AR X3 X6 MN ******* saylı xx.xx.2021-ci il tarixli, AR X3 X6 MN ******* saylı xx.xx.2021-ci il tarixli , AR X3 X6 MN ******* saylı xx.xx.2021-ci il tarixli, AR X3 X6 MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin qərarları ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə olunmuş, o, üzərinə qoyulmuş cərimələri üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqələrinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, o, cərimələrinin ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində ictimai işlər növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar