Məhkəmə qərarları › İş №3(074)-15/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-15/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-15/2022 14.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 14.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 14.01.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan bir ədəd “TULA“ markalı, B 08719 nömrəli mülki ov silahını Şamaxı rayonu, Dağ-Bağırlı kəndində öz üzərində daşımışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 14.01.2022-ci il tarixdə atasına məxsus ov silahını heyvanları suya apararkən hər hansı bir heyvandan qorunmaqdan ötəri götürmüşdür. Həmin vaxt polis əməkdaşları onu görüb yaxınlaşaraq ondan silahın sənədlərini tələb etdikdə, o, silahın sənədlərinin olmadığını bildirmiş və silahı və onun 3 ədəd döyüş sursatını polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X5 izahat verib bildirdi ki, 14.01.2022-ci il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X6 ilə Şamaxı rayonu Dağ-Baırlı kəndində xidməti ərazidə olarkən bir nəfər şəxsin ov silahı ilə hərəkətdə olduğunu görmüşlər, ona yaxınlaşıb özlərini təqdim edərək daşıdığı silahın sənədlərinin olub-olmamasını soruşmuşlar və məlum olmuş ki, silahın heç bir sənədi yoxdur. Buna görə də, vətəndaşı Şamaxı RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X6 şahid X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan raportdan görünür ki, 14.01.2022-ci il tarixdə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X1 Qafur Fuad oğlu ilə xidməti ərazidə olarkən adı onlara sonradan məlum olan Şamaxı rayonu, Dağ-Bağırlı kəndində yaşayan Şəxs mülki ov silahının daşımasını aşkar etmişlər, daha sonra həmin ov silahını müvafiq İcra Hakmiyyəti Orqanından Xüsusi icazə almaması məum olmuşdur. Şəxs barəsində qanuni tədbir görülməsi üçün Şamaxı rayon Polis Şöbəsinə dəvət edilmişdir. İş materiallarında olan “götürmə barədə” protokoldan görünür ki, 14.01.2022-ci il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X5 və X6 tərəfindən Şamaxı rayonu Dağ-Bağırlı kəndində qeydiyyatda olan Şəxs üzərindən “TULA“ markalı, B 08719 nömrəli mülki ov silahı götürülmüşdür. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov silahı və onun döyüş sursatı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd “TULA“ markalı, B 08719 nömrəli ov silahı və onun döyüş sursatı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar