Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-150/2022 14.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxsin nümayəndəsi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixində Şamaxı şəhərində yerləşən X1 filialına sərxoş halda gələrək ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o 1 ilə yaxındır ki, Şamaxı şəhərində yerləşən X1 filialına ona 23 baş heyvan verilməsi üçün müraciət etmiş, bu səbəbdəndə xx.xx.2022-ci il tarixdə X1 filialına gedərək heyvanlarının verilməsini tələb etmişdir. Orada onu nalayiq ifadələrlə təhqir etdiklərinə görə, o, da əsəbi olduğu üçün onları nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Daha sonra DİN 102 xidmətinə zəng edərək onun işinə baxılmaması barədə məlumat vermişdir. O, etdiyi əmələ görə çox peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 filialının müdir müavini X9 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixində işlədiyi X1 filialında Şamaxı şəhəri sakini Şəxs sərxoş halda gələrək Məşğulluq xidmətinin işçilərini təhqir etmiş, ünvansız nalayiq ifadələr işlətmişdir. Səbəb kimi növbədə olduğunu və ona həmin an xırda buynuzlu heyvanın verilməsini tələb etmişdir. Daha sonra o, 102 xidmətinə zəng edərək həmin şəxsin mübahisə yaradaraq, idarənin işinə əngəl yaratdığını bildirmişdir. Hal-hazırda ərizə təqdim edərək, Şəxs heç bir şikayəti yoxdur və onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 filialının şöbə müdiri X6 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixində işlədiyi X1 filialında Şamaxı şəhəri sakini Şəxs sərxoş halda gələrək Məşğulluq xidmətinin işçilərini təhqir etmiş, ünvansız nalayiq ifadələr işlətmişdir. Səbəb kimi növbədə olduğunu və ona həmin an xırda buynuzlu heyvanın verilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 filialının baş mütəxəssisi X11 X1 filialının müdir müavini X9 və şöbə müdiri X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı Şamaxı RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı S.Manafov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1019 saylı raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:45 nradələrində DİN 102 xidmətinə X1 filialının müdir müavini X9 ***-***-**-** nömrədən zəng edərək bir nəfər şəxsin münaqişə yaratması barədə məlumat vermişdir. İş materiallarında olan Şamaxı Şamaxı RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı S.Manafov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1020 saylı raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:53 nradələrində DİN 102 xidmətinə ünvan 1-də yaşayan Şəxs 055-251-.04-79 nömrədən zəng edərək X1 idarəsində təhqir olunması barədə məlumat vermişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 14 iyun 2022 il tarixdə saat 11:21 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.3146 litrdir. Materiala əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 14 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən avtobus dayanacağının yanında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə də, Qədirov X3 Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-150/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-150/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver