Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-152/2022 16.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(074)-1078/2021 saylı icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş, yəni bu gün Zərərçəkmiş şəxs borcundan 900 manat ödəniş etmişdir. Qalan borcunu isə hər ay hissə-hissə ödəyərək bitirəcəkdir. Maddi imkanının çox çətin olmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, borclu Şəxs icra sənədinin icrasından yayınır, lakin hal-hazırda borclu ona olan borcundan 900 manat ödəniş etmişdir. Qalan 2080 manat borcu hər ay hissə-hissə ödəməsinə də etirazı yoxdur. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır. Borclu Şəxs bu gün borcundan 900 manat ödəniş etmiş, lakin qalan borcunu çalışıb hissə-hissə ödəyərək bitirəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1078/2021 saylı 12 oktyabr 2021-ci il il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3150 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs oğluna verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş, barəsində axtarış elan edilmiş, ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmış və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(074)-1078/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 3150 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs oğluna verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-68/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, borclu 19 sentyabr 1984-cü ildə Şamaxı rayonu Məlhəm kəndində anadan olmuş, həmin kənddə yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 1000 (min) manat ödəniş etmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş, lakin xx.xx.2022-ci il tarixdə 1000(min) manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-152/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-152/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver