Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-152/2024 14.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 11 noyabr 1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-394/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Rəşid Aydəmirov qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola hüquqi qiymət verərək onun barəsində inzibati cərimə təyin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 3(074)-394/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-20/2020 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs məxsus RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti cavabdeh Şəxs hesabına bərpa edilməlidir. İş üzrə keçrilmiş ekspertiza xərcləri iddiaçı Zərərçəkmiş şəxs 100 manat, cavabdeh Şəxs 100 manat olmaqla müştərək qaydada 200 manat ekspertiza xərci alınıb X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına və iddiaçı Zərərçəkmiş şəxs 94,09 manat, cavabdeh Şəxs 94,09 manat olmaqla müştərək qaydada 188,18 manat pul alınıb Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab N: AZ 23AİİB******************** hesaba köçürülməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən xx.xx.2023-cü il tarixə saat 15:00-a icra təyin edilmiş və bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. Təyin olunmuş icra zamanı Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsində olan su xəttinə yerli baxış keçirilmiş, eyni zamanı su anbarına baxış keçirilmiş, su anbarında az miqdarda suyun olması müəyyən edilsə də, faktiki olaraq suyun gəlmədiyi aşkar edilmişdir. Əlavə olaraq bildirdi ki, baxış keçirilən zaman su borusunu görməmişlər, dağdan gələn su xəttində problem olmamış, ancaq su gəlməmişdir. Zərəçəkmiş şəxsin həyətinə baxış keçirərkən su xəttini görməmişlər, ola bilsin ki, torpağın altında olmuşdur. Borunun kim tərəfindən bərpa olunması ilə bağlı məlumatı yoxdur, çünki icra sənədi əvvəl onun icraatında olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, zərərçəkmiş şəxs iddia ilə məhkəmə müraciət edərək tərəfindən ona gələn su xəttinin bərpa edilməsi və zəbt edilmiş torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə baxarkən torpaqla bağlı ekspertiza təyin etsə də, su xətti ilə bağlı ekspertiza təyin etməmişdir. Ekspertiza rəyi ilə heç bir torpaq sahəsini zəbt etmədiyi müəyyən olunmamışdır. Məhkəmədə su xətti ilə bağlı da ekspetiza keçirilməsini xahiş etsə də, hakim təmin etməmiş və sonda su xəttinin onun hesabına bərpa olunması ilə bağlı qətnamə qət etmişdir. Qeyd olunan icra sənədi ilə bağlı icra məmuru tərəfindən ona zəng olunub bildirilmişdir ki, guya onun tərəfindən birinci dəfə bərpa olunan su xətti yenidən kəsilmişdir. Həmin bərpa ilə bağlı onun heç bir xəbəri olmamış, onun tərəfindən heç bir bərpa işləri aparılmamışdır. Çünki əvvəllər belə su xətti mövcud olmamışdır. Mövcud olmayan borunu o necə bərpa etsin bilmir. Bundan sonra qətnamənin icrası zamanı icra məmuru su xəttinə baxış keçirərkən tərəfindən heç bir su xəttinin kəsilməməsini və su anbarına gələn su mənbəyinin quruması müəyyən edilmiş və icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra zərərçəkmiş şəxsin şikayəti əsasında məhkəmə həmin qərarı ləğv edərək yenidən icra olunmasını Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə etmişdir. Hesab edir ki, icra sənədini icra etmək mümkün deyildir, çünki zərərçəkmiş şəxs evinə gələn su xətinin tərəfindən kəsilməsini sübut edə bilməmişdir. Təqdim edilmiş şəkillərlə bağlı qeyd edir ki, həmin şəkillər müxtəlif vaxtlarda çəkilmiş və hazırda həmin borulara baxılsa, plastik borular qoyulması müəyyən olunacaqdır. Zərərçəkmiş şəxsin, ümimiyyətlə, su xətti olmamışdır və o onun digər qonşularla öz hesablarına su xətti çəkmişlər və onun hazırda tələbi də həmin su xəttindən su verilməsidir. Lakin o, öz hesabına çəkdiyi su xətdindən ona su vermək istəmir. Əlavə bildirdi ki, dağdan gələn borudan üç çıxış çıxır. Biri onun, biri Adil Tağıyevin və biridə İlqar Qəhrəmanovundur. Həmin xətdən zərərçəkmiş şəxsə heç bir su xətti getmir. Onlar özləri 3 nəfər öz hesablarına xərc çəkərək özlərinə su xətti gətirmişlər, əvvəlki su mənbəyi qurumuşdur. O, özüdə bu məsələnin həll olunmasını istəyir. Verilmiş suallara cavab olaraq bildirdi ki, icra sənədi üzrə onun tərəfindən heç bir su xətti bərpa edilməyib. Su xəttinin kim tərəfindən və kimi hesabına bərpa edilməsindən xəbəri yoxdur. Həmçinin o, heç bir su xəttini kəsməmişdir. Sadəcə qonşusu ondan həyətinə girib su xəttində olan nasazlığı aradan qaldırmaq üçün xahiş etmiş o, isə razılaşmışdır. Su borusundan əvvəl 4 çıxış indi isə 3 çıxış olması ilə bağlı bildirir ki, ümimiyyətlə həmin çıxışların tələbkara heç bir aidiyyəti yoxdur. Həmin çıxışlar onun və qonşularının həyətinə gedən su çıxışlarıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti borclu Şəxs hesabına bərpa edilməli idi. Qeyd edilən icra sənədi Şamaxı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və borclu tərəfindən xx.xx.2021-ci il tarixdə icra edildiyindən xx.xx.2021-ci il tarixdə Şamaxı rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin 2021-ci ilin oktyabr ayında borclu Şəxs tərəfindən icra sənədinin tələbləri kobud surətdə pozulmuş və onun tərəfindən zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinə gələn su xətti yenidən kəsilmişdir. Dəfələrlə ona irad tutulsa da, o icra sənədinin tələblərindən irəli gələn tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Bu səbəbdən də, zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şamaxı rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsinə dair qərarı ləğv edilmiş və icra sənədinin icrası yenidən Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Bundan sonra Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədi yenidən icra edilərək zərərçəkmiş şəxsin torpaq sahəsinə yenidən suyun verilməsi bərpa edilmiş və yerində akt tərtib edilərək cavabdeh Şəxs yenidən xəbərdarlıq edilərək onun məsuliyyət daşıdığı ona elan edilmişdir. Lakin hazırda 2023-cü ilin yanvar ayının əvvəlindən borclu Şəxs yenidən icra sənədinin icrasına məsuliyyət götürməsinə baxmayaraq yenidən zərərçəkmiş şəxsin sahəsinə gələn suyun qabağını bağlamışdır. Ona dəfələrlə irad tutulsa da, o, icra sənədinin tələblərindən irəli gələn tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Məhkəmədən icra sənədi üzrə su xəttinin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, nümayəndəsinin çıxışı ilə razıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 20/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs məxsus RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti cavabdeh Şəxs hesabına bərpa edilməlidir. İş üzrə keçrilmiş ekspertiza xərcləri iddiaçı Zərərçəkmiş şəxs 100 manat, cavabdeh Şəxs 100 manat olmaqla müştərək qaydada 200 manat ekspertiza xərci alınıb X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına və iddiaçı Zərərçəkmiş şəxs 94,09 manat, cavabdeh Şəxs 94,09 manat olmaqla müştərək qaydada 188,18 manat pul alınıb Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab N: AZ 23AİİB******************** hesaba köçürülməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, icra məmuru Babək İsmayılov icra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən xx.xx.2023-cü il tarixə saat 15:00-a icra təyin edilmiş və bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. Təyin olunmuş icra zamanı Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsində olan su xəttinə yerli baxış keçirilmiş, eyni zamanı su anbarına baxış keçirilmiş, su anbarında az miqdarda suyun olması müəyyən edilsə də, faktiki olaraq suyun gəlmədiyi aşkar edilmişdir. Həmin fakt tərəflərindən videoçəkiliş vasitəsilə qeydə alınmış və bu barədə tərəflərindən akt tərtib olunmuşdur. İş materiallarında olan tələbkar tərəfindən təqdim edilmiş vidogörüntüyə baxış keçirilmiş və baxış zamanı su mənbəyindən az miqdarda suyun gəldiyi müəyyən edilmişdir. Tərəflər həmin yerin su mənbəyi olmasını təsdiq etmişlər. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti bərpa edilməmiş, laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-152/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-152/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver