Məhkəmə qərarları › İş №3(074)-157/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-157/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-157/2022 23.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19 sentyabr 1968-ci ildə Şamaxı rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şamaxı rayonu 1-ci Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə Şamaxı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində dalaşaraq bir birlərini döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Salam Baxşıyev ilə əvvəllər münasibətinin normal olmuşdur. 26 may 2022-ci il tarixdə saat 11:00 radələrində ona məxsus xırda buynuzlu heyvanları kəndin girişində örüş sahəsində yatması səbəbindən özünündə həmin vaxt yorğun olduğundan yuxuya getmiş, bundan sonra isə heyvanları yatağ yerindən duraraq örüş sahəsinə getmiş, həmin vaxt həmkəndlisi Cahagir, həyat yoldaşı Xoşqədəm və oğlu Salamın onun heyvanlarını qovalmağa başlamış, yuxudan ayılarkən Cahagir üzərində əlində ağac ilə gəlib onu hədəlməyə başlamış, bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı onlara heyvanlarının onların sahəsinə keçməməsini dedikdə Cahangirin oğlu Zərərçəkmiş şəxs ona yaxınlaşaraq üzünə tüpürmüşdür. Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə görə öz iradını bildirərək atasının üzünə tüpürməli olduğunu demiş, bu zəmində Cahangir əli ilə onun boğaz nahiyəsindən yapışmış, oğlu Salam Baxşıyev isə yumruqla onun sifət nahiyəsinə 3 dəfə vurmuş, Salam Baxşıyevin anası Xoşqədəm Baxşıyevin əlində ki, taxta parçası ilə arxadan onun baş nahiyəsinə vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Eləcə də, bildirdi ki, o, Zərərçəkmiş şəxs vurmamış və döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs onun həmkəndlisidir, Şəxs ilə aralarında əvvəllər münasibətləri yaxşı olub, dava-dalaş və mübahisə, münaqişə baş verməmişdir. 26 may 2022-ci il tarixdə saat 11:00 radələrində həyətlərində olan zaman xırda buynuzlu heyvanların onların taxıl sahəsinə girməylərini görüb anası Xoşqədəm Baxışova ilə birlikdə kəndin kənarına heyvanları taxıl sahəsindən çıxarmağa getmişlər, bu vaxt heyvanları otaran həkəndlisi Şəxs onlara yaxınlaşıb təhqir etməyə başlayaraq anası Xoşqədəm Baxışovanın qollarından yapışıb silkələməyə başlamış, bunu görərək Şəxs yaxınlaşdıqda ağacla onun qol və qıç nahiyələrindən həmçinin bədənimin müxtəlif nahiyələrinə vurmuşdur. Zərərçəkmiş şəxsla barışmamış, ondan şikayətçidir. Odur ki, Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin sahə rəisi X8 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində dalaşaraq bir birlərini döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişlər. Odur ki, Şəxs barəsində Azərbaycan Respublkikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı sübuta yetrildiyindən həmin maddə üzrə tədbir görülməsi üçün Şamaxı rayon Məhkəməsinə gətirilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis kapitanı Telman Xasayevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, vətəndaş Şəxs, 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" xidmətinə həmkəndlisi Cahangir Baxışıyevin, həyat yoldaşı Xoşqədəmin və oğlanları Salam Baxşıyev tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məlumat əsasında Şəxs, 26 may 2022-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müracət edərək həmin tarixdə Cahangir Baxışıyevin, həyat yoldaşı Xoşqədəmin və oğlanları Salam Baxşıyev tərəfindən döyülməsini və həmin şəxs(lər) barədə qanuni tədbir görülməsini xahiş etmişdir. X1 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" xidmətinə ilkin məlumatında münaqişə baş verməsini bildirsədə ikinci məlumatında döyülməsi barədə məlumat vermişdir. Məlumat əsasında X5 26 may 2022-ci il tarixdə Şəxs məxsus heyvanların onların taxıl sahəsinə girməsini, sonuncu mübahisə zəminində oğlu Salam Baxşıyevi və həyat yoldaşı Xoşqədəm Baxşıyevi döyməsini, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmiş ki, 26 may 2022-ci il tarixdə Şəxs və həmkəndliləri Zərərçəkmiş şəxs və anası Xoşqədəm Baxşıov arasında mübahisə olmuş, hər üç şəxsin bədəni üzərində dərəcələri təyin olunmayan məhkəmə tibbi ekspertizalarının rəyləri alınmışdır. Odur ki, Şəxs və X6 barəsində Azərbaycan Respublkikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı sübuta yetrildiyindən həmin maddə üzrə tədbir görülməsi, həmçinin münaqişəli ailə kimi qeydiyyata alınması məqsədi ilə qərarın sürəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayon 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayanlar, Şəxs və X2 müraciəti əsasmda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və X4 verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarmm olduğu onlara izah edilmiş, Şəxs və X3 barəsində Azərbaycan Respublkikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı sübuta yetrildiyindən həmin maddə üzrə tədbir görülməsi məqsədi ilə qərarm sürəti rayon polis şöbəsinin içtimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın sürəti Şəxs və X3 ailələrinin münaqişəli ailə kimi qeydiyyata götrülməsi məqsədi ilə qərarm sürəti rayon polis şöbəsinin içtimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növlərindən inzibati qaydada cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar