Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-16/2023 18.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 iştirakı ilə, 26 dekabr 2001-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də operator işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, 14 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində ruhi xəstə olan Bəhruz və Elmar adlı şəxslərin bir-birlərini təhqir etməsi və bir-birləri ilə mübahisə etməyə vadar edərək, ictimai yerdə səs-küy salıb, “Tik tok” sosial şəbəkə hesabında paylaşmaları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verib bildirdi ki, 14 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində onlarla bir məhəllədə yaşayan ruhi xəstə olan şəxslər Bəhruz və Elmarın Şamaxı şəhəri, “ASAN Xidmət” Mərkəzinin yaxınlığında, yüksək səslə bir-birləri ilə mübahisə etmələrini görüb, həmin şəxsləri videoya çəkərək, “Tik tok” sosial şəbəkə hesabında paylaşmışdır. Bununla da, kənarda olan şəxslərin diqqətini çəkmişdir. Hazırda etdiyi əməldən peşman olmasını bildirərək, bir daha belə hallara yol verməyəcəyini söz vermişdir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahat verib bildirdi ki, Şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində bir məhəllədə yaşadıqları ruhi xəstə olan Bəhruz və Elmarın Şamaxı şəhəri, “ASAN Xidmət” Mərkəzinin yaxınlığında, yüksək səslə bir-birləri ilə mübahisə etmələrini görüb, həmin şəxsləri videoya çəkərək, “Tik tok” sosial şəbəkə hesabında paylaşmışdır. Bununla bağlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur. İş materiallarında olan Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı şəhəri, 48 A məhəllədə yaşayan X3 16 yanvar 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, 14 yanvar 2023-cü il tarixdə oğlu Bəhruzun döyülməsi və daha sonra çəkiliş edilərək, “Tik tok” sosial şəbəkəsində paylaşılmasını göstərmişdir. Eyni zamanda, X3 16 yanvar 2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 14 yanvar 2023-cü il tarixdə Şamaxı “ASAN Xidmət” Mərkəzinin qarşısında Elgün, Nicat və Raqib adlı şəxslərin ruhi xəstə oğlu Bəhruzun və həmin məhəllədə yaşayan ruhi xəstə Elmarın bir-birləri ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə vadar etmələrini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə zamanı Şəxs, X1 və X4 əməlində ictimai qaydanı pozan xırda xuliqanlıq, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan, Şəxs, X1 və X4 barəsində cinayət işinin başlanması rədd edilmiş, qeyd edilən şəxslərin barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surətinin Şamaxı Rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-16/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-16/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver