Məhkəmə qərarları › İş №3(074)-161/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-161/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-161/2022 29.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş Yaşarlı (Novruzova) Əfsanə Yaşar qızının, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1ində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin 10 iyun 2015-ci il tarixli 2(105)-740/2015 saylı sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, bu günədək aliment borcundan müəyyən qədər ödənişlər etmişdir. Ailə qurmuş himayəsində 5 aylıq körpə uşağı vardır. Ona görə də, yaranmış aliment borcunu ödəyə bilmir. Özü tikintidə fəhlə işləyir gündəlik qazancı 15-20 manat təşkil edir. İş olanda işləyir olmayanda isə işsiz qalır. Hal-hazırda borcundan 250 manat ödəniş etmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır, amma bugün ki, vəziyyətdə Şəxs icra sənədinin icrasından yayınmayış, müxtəlif vaxlarda ödənişlər etmişdir. Hal-hazırda icra sənədi üzrə zərəçəkmiş şəxs (tələbkar) Yaşarlı (Novruzova) Əfsanə Yaşar qızına borcundan 250 (iki yüz əlli) manat ödəmişdir, qalan borcunu isə çalışıb hissə-hissə ödəyərək aliment borcunu bitirəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Yaşarlı (Novruzova) Əfsanə Yaşar qızı izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müəyyən vaxtlarda borcundan ödənişlər etmiş, amma hal-hazırdan ona qalan borcu 2158 manatın ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 iyun 2015-ci il tarixli 2(105)-740/2015 saylı icra vərəqəsinə əsasən 22 avqust 2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlu və 02 yanvar 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmala üçün Şəxs tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 80 (səksən) manat həddində müəyyən edilmişdir. (08 avqust 2014-cü il tarixdə başlayaraq). İcra sənədinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən borcluya rəsmi və şifahi qaydada barəsində borcun ödəmədiyi halda məsuliyyət ona izah edilmiş, lakin borcunu ödəməmiş, borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq edilmiş və və barəsində axtarış elan olunmuşdur. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 10 iyun 2015-ci il tarixli 2(105)- 740/2015 saylı icra vərəqəsinə əsasən 22 avqust 2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlu və 02 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmala üçün Şəxs tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 80 (səksən) manat həddində müəyyən edilmişdir. (08 avqust 2014-cü il tarixdə başlayaraq). İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şəxs Ramiz oğluna icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuş və o, tapıldıqdan sonra Şamaxı rayon icra və probasiya təqdim olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, bu günədək Şəxs Zərərçəkmiş şəxs aliment üzrə 2158 (iki min bir yüz əlli səkkiz) manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli araışın surətindən görünür ki, Şamaxı Regional poçt filialı vasitəsi ilə Şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 4930 (dörd min doqquz yüz otuz) manat Zərərçəkmiş şəxs adına aliment pulu köçurmuşdur. İş materiallarında olan qəbzindən surtiondən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 250 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar