Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-161/2025 15.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, vəkil X2 və zərərçəkmiş Zərərçəkmiş şəxs Oqtay qızının iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə ailə münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı, Zərərçəkmiş şəxs Oqtay qızına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla bağlı Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Oqtay qızı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Oqtay qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə əri Şəxs tərəfindən döyülməsini, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 39 saylı tibbi rəyində Zərərçəkmiş şəxs Oqtay qızının sol diz və sağ baldır nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə xx.xx.2025-ci il tarixə uyğun olmasını, kənar şəxs tərəfindən yetirilməsinin mümkün olmasını, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan, dərəcələri təyin olunmadığı göstərilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində mübahisə baş vermiş, mübahisə zəminində Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs sol diz və sağ baldır nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi faktı alınmış izahatlar və Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 39 saylı tibbi rəyi ilə tam sübuta yetirildiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə müvafiq olaraq, sonuncunun barəsində tədbir görülməsi məqsədi ilə qərarın surəti rayon polis şöbəsinin İctimai təhlükəszlik bölməsinə göndərilmişdir. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərar qəbul edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdə ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 2 azyaşlı uşaqları var. Son vaxtlar aralarında olan ailə məişət münasibətləri zəminində mübahisə baş verir ki, bununda səbəbi onun Zərərçəkmiş şəxs valideyinlərinin evinə gəlməyə icazə verməməsi olmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə onunla valideyinlərinin üstündə mübahisə etmişdir. 14 mart 2025-ci il tarixdə saat 19 radələrində evə spirtli içki qəbul edib gəlmiş və Zərərçəkmiş şəxs valideyinləri onlara gəlməsini eşidib, bu barədə ona öz iradını bildirdikdə, ona yaxşı edib gəldiklərini və o, burdadısa valideyinlərinində gələ biləcəyini bildirmişdir. Buna öz iradını bildirdikdən sonra isə, Zərərçəkmiş şəxs atası evinə gedəcəyini bildirmişdir. Sonra isə o, evdə yatdıqdan sonra Zərərçəkmiş şəxs atası evinə getmişdir. Lakin o, həyat yoldaşını vurmamışdır. Bu yalan və böhtan xarakterli olmaqla, Zərərçəkmiş şəxs göstərdikləri həqiqəti əks etdirmir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X2 bildirdi ki, Şəxs barəsində araşdırma yalnız Zərərçəkmiş şəxs şikayəti əsasında başlanılmışdır. Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər Şəxs tərəfindən yetirilməsi barədə heç bir sübut yoxdur. Hesab edir ki, Şəxs barəsəində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Oqtay qızı izahatında göstərdi ki, o, Şəxs ilə 2013-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nigahdan 2 uşaqları var. Münasibətləri heç bir zaman normal olmayıb, ailə məişət münasibətləri zəminində mübahisələri baş verir ki, bununda səbəbi Şəxs müntəzəm olaraq spirtli içki qəbul etməsi olmuşdur. 14 mart 2025-ci il tarixdə saat 18 radələrində Şəxs evə spirtli içki qəbul edib evə gəlmiş və bu zəmində aralarında mübahisə baş vermişdir. Həmin vaxt Teymur onun sifət nahiyənə sillə ilə vurub saçından yolaraq, qıç nahiyələrinə təpiklə vurmuşdur. Sonra Şəxs yatdıqdan sonra o, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş və atası evinə getmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X1 təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ekspert rəyində Zərərçəkmiş şəxs Oqtay qızının üzərində olan xəsarətlərin - sol diz və sağ baldır nahiyəsinin qançırları, xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, həmin xəsarətlərin sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan, dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-161/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-161/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver