Məhkəmə qərarları › İş №3(074)-162/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-162/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-162/2022 05.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin sədri Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4” Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X1 iştirakı ilə, “X4” ASC “X4” ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: “X4” ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, “X4” ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 01-26-2-2022-6670 saylı məktubu ilə tərtib edilən sənədləri (2020 və 2021 ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığınacaqlarıının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 izahat verib göstərdi ki, “X4” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri odur, amma “X4” Açıq Səhmdar Cəmiyyəti 1997-ci il dən fəaliyyət göstərmir. 2000-ci ildə “X4” Açıq Səhmdar Cəmiyyəti onun tərəfindən alındığı zaman işlək vəziyyətdə olmayıb, bu səbəbdəndə hər-hansı bir hesablaşma hesabı olmayıb. Odur ki, qeyd edilənləri nəzər alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan EP № EP № ******* nömrəli 17 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “X4” ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 01- 26-2-2022-6670 saylı məktubu ilə tərtib edilən sənədləri (2020 və 2021 ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığınacaqlarıının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət ediılməsini təsdiq edən sənədlər) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli 01.26-2-2022-4487 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən edilmiş müraciətin araşdırılması üçün zəruri sənədlər (2020-ci il və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarlarının ümumi yığınacaqlarının protokolları və həmin yığınacaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər) əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim olunması “X4” Açıq Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur. İş materiallarında olan Mərkəzi Bank tərəfindən “X4” ASC-yə 12 may 2022-ci il tarixli 01.26-2-2022-6670 saylı göndərilmiş məktubun surətindən görünür ki, Mərkəzi Bank tərəfindən “X4” ASC-yə 30 mart 2022-ci il tarixli 01.26-2-2022-4487 saylı göndərilmiş sorğusu ilə tələb edilən sənədlər “X4” ASC tərəfindən bu günədək təqdim edilməmiş və sorğuda göstərilən sənədləri 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim olunması tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətə cəlb oluna biləcəkləri göstərilmişdir. İş materiallarında olan Komerrsiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “X4” ASC ********** nömrəli VÖEN-si ilə xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən göndərilmiş bildirşlər “X4” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərində imza edilərək qəbul olunmuşdur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X4” ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, “X4” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində cərimə təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “X4” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar