Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-164/2022 13.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullyev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru X4, Şikayət vermiş şəxs X7 iştirakları ilə, X7 Şamaxı rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Şamaxı Şamaxı rayon Yol Patrul Xidmətinin 13 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, VAZ 21214 minik markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili o etibarnamə əsasında idarə edir. 11 iyun 2022-ci il tarixdə o avtomobili ilə Şamaxı-Pirqulu istiqamətində hərəkətdə olarkən Nağaraxana kəndi tərəfdə yolun üstündə X15 əməkdaşları ona saxla işarəsi vermişlər və o tərəddüd etmədən maşını yolun sağ kənarına verib saxlamışdır. Əvvəl ona Yol Patrul Xidməti inspektoru polis serjantı Şükür adlı şəxs demiş ki, təhlükəsizlik kəmərini taxmadığına görə ona cərimə yazır. Sonra onun yanında əyləşmiş soyadını bilmədiyi Azər adlı yol polisi ona demiş ki, spirtli içki qəbul edib. O, onlara sərxoş olmadığını və spirtli içki qəbul etmədiyini bildirmişdir. Azər onun üstünə balaca bir natəmiz vəziyyətdə olan aparat uzadıb spirtli içki qəbul edib-etmədiyini yoxlamaq istədiyini bildirmişdir. O, sərxoş olmadığımna görə, çox həssas insan olduğuna görə həm də dünyada yayılan koronavirus və meymun çiçəyi xəstəliyinin yayıldığı bir vaxtda bu yolxucu xəstəliklərdən çəkinib həmin natəmiz yə antisanitariya vəziyyətində olan aparata nəfəsini verməmişdir. Buna görə də Yol Patrul Xidmətinin əməkdaşları onun barəsində tam əsassız olaraq sərxoş olmaya-olmaya protokol tərtib etmişlər və daha sonra protokol əsasında Şamaxı rayonu Polis mayoru X5 xx.xx.2022-ci il tarixli Elektron Qərar qəbul etmişdir. Qərarı yenicə əldə etmiş və həmin qərardan şikayət vermək məcburiyyətində qalmışadır. Qeyd etdiyi səbəblərdən hesab edir ki, heç bir inzibati xəta törətmədiyindən və yol hərəkəti qaydalarını pozmadığından barəsində əsassız olaraq 13 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Şamaxı rayon PŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı X13 Protokol əsasında xx.xx.2022-ci il tarixdə barəmdə qəbul edilmiş TP seriyalı ******* saylı Elektron Qərarının ləğv edilməsnin xahiş etmişdr. Məhkəmə iclasında iştirak edən X8 izahat verərək bildirdi ki, o içkili olmadığı halda ona alkotesti üfürməyi vadar emişlər və barəsində tam əsassız olaraq sərxoş olmayaolmaya protokol tərtib etmişlər. Şamaxı rayon PŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı X13 Protokol əsasında xx.xx.2022-ci il tarixdə barəmdə qəbul edilmiş TP seriyalı ******* saylı Elektron Qərarının ləğv edilməsnin xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru X6 izahat verərək bildirdi ki, X8 xx.xx.2022-ci il tarixdə saat 20:45 radələrində Şamaxı səhər Nağaraxan kəndi ərazidə VAZ 21214 minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə saxlanılmış, saxlanılan zaman sərxoş olub olmamasını müəyyən edilməsi üçün tibbi müayinədən keçməsindən imtina etmişdir. Sənədlərin surətləri məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2022-ci il tarixli TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saat 20:45 radələrində Şamaxı səhər Nağaraxan kəndi ərazidə VAZ 21214 minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxosluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə və aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 329.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 44 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X2 olub-olmamasını müəyyən etməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin araşdırılmış hallarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saat 20:45 radələrində Şamaxı səhər Nağaraxan kəndi ərazidə VAZ 21214 minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxosluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə və aparılmış nəqliyyat vasitəsini idarə etmək hhüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 329.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, X8 tərəfindən 13 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilsə də, həmin şikayət əsassızdır. Belə ki, X8 həmin vaxt Azərbaycan Respubliksı İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. Odur ki, X1 tərəfindən Şamaxı RPŞ X16 Bölməsi tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. X7 Şamaxı rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-164/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-164/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver