Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-167/2022 13.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Abdullyev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru X5, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Şamaxı RPŞ X14 Bölməsi tərəfindən qəbul edilmiş 04 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Şamaxı RPŞ X14 Bölməsinin 04 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının qismən ləğv edilərək barəsində olan inzibaiti işin İXM-nin 327.2 maddəsi üzrə aparılması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı xx.xx.2022-ci il tarixdə saat 23 radələrində mənim idarə etdiyim **-PF-*** dövlət nömrə nişanlı CHEVROLET CRUZE markalı avtomobilimi saxlayaraq sənədlərimi yoxlamışdır. Daha sonra guya mənim içkili olmağımdan şübhələnib məni bölməyə dəvət etmişdir. O, da, içkili olmadığını bildirmiş və eyni zamanda da, onların qanuni tələbinə tabe olaraq onlarla bölməyə getmişdim. Orada polis əməkdaşı israr edərək onu alkotesterdən müayinədən keçirmiş və həmin müayinə qəbzini nə ona göstərmiş, nə də ki, surətini rəsmi şəkildə təqdim etmişdir. Həmin polis əməkdaşı ona bildirmiş ki, alkotesterdə guya onda 0.006 promil həcmində alkoqol olduğu müəyyən olunmuşdur. O, isə polisin əməkdaşının bu fikrinə etiraz etmiş və həkim müayinəsindən keçməkdən ötrü polis əməkdaşından həkim tələb etmişdir. Lakin onun bu tələbi yerinə yetirilməmişdir. Demişlər ki, get sabah gələrsən danışarıq. Sonra da, ona aid sürücülük vəsiqəsini, avtomobilinin texniki pasportunu və ən maraqlısı avtomobilini ona qaytarmış və onu buraxmışdır. Əgər o, içkili idi isə onda onu DYP əməkdaşı necə buraxmışdır. Axı belə olan halda o yüksək təhlükə mənbəyini idarə edərək cəmiyyətə xələl gətirə bilərmiş amma o sənədlərini və avtomobilini təhvil alaraq çıxıb getmişdir. Ən azından içkili olsaydı DYP əməkdaşı avtomobilini müvəqqəti saxlama dayanacağına yerləşdirməli idi. O, sabah onun yanına getmiş “danışmadığına” görə ona qarşı qərəzli qaydada qondarma bir protokol tərtib etmişdir və haqsız yerə onun barəsində 400 manat məbləğində cərimə cəza tətbiq edilmişdir. Ona qanunsuz yerə prtokol tərtib etmişdir. Hansı ki, o protokolda heç onun imzası da olmamışdır. Odur ki, Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2022-ci il tarixli TP № ******* saylı qərarında qeyd olunan İXM-nin 333.1-ci maddəsinin icraatının ləğv edilməsini, həqiqətəndə törətdiyi 327.2-ci maddədə göstərilən xəta üzrə icraatın aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 izahat verərək bildirdi ki, o əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozumuş eləcədə həmin vaxt sərxoş olmamış, amma avtomobilini əmisi oğlu Zahid Nağıyevə həvalə olunmuşdur. Eyni zamanda bildirdi ki, protokolda olan imza onun deyildir və ona sənədlərin surətləri verilmədi ki, o öz fikrini bildirsin. Odur ki, barəsində qəbul edilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2022-ci il tarixli TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qismən ləğv olunması və barəsində olan inzibati işin İXM-nin 327.2-ci maddəsi üzrə aparılması haqqında qərar qəbul edilməsini xahiş inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru X8 izahat verərək bildirdi ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozduğu üçün saxlanılmış, saxlanılan zaman sərxoş olduğu üçün sərxoşluğun xüsusi texniki vasitə ilə alkotesdən keçirimiş və məyyən edilmiş ki, X6 alkoqol qəbul etmiş və alkoqolun konsentrasiyasının həcmi 0,643% promildir. X6 şəxsə özü protokolu imza etmişdir. Sənədləri məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşı Ruxsar Məmmədov ondan sürücülük vəsiqəsinin olub-olmadığını soruşmuş, o da bildirmiş ki, onun sürücülük vəsiqəsi var amma üzərində deyildir. Sonra bort kompüter vasitəsilə yoxlanılmış və həqiqətəndə onun sürücülük vəsiqəsinin olduğu müəyyən olunmulşdur. Daha sonra ona əmisi oğlu X3 avtomobilini idarə etmək həvalə olunmuşdur. Əmisi oğlu Cavidan Nağızadəyə məxsus **-PF-*** dövlət nömrə nişanlı CHEVROLET CRUZE markalı avtomobili sürərək Cavidanı yaşadığı evə aparmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 04 iyun 2022-ci il tarixli TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə saat 23:01 radələrində Şamaxı rayon N.Nərimanov küçəsində CHEVROLET CRUZE minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan səxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 333.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 29 may 2022 il tarixdə saat 22:32 radələrində X4 alkoqolun konsentrasiyasının həcmi 0,643% promildir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin araşdırılmış hallarından görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Şamaxı rayon N.Nərimanov küçəsində CHEVROLET CRUZE minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan səxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 333.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, X6 tərəfindən 04 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilsə də, həmin şikayət əsassızdır. Belə ki, X6 həmin vaxt Azərbaycan Respubliksı İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. Odur ki, X1 tərəfindən Şamaxı RPŞ X14 Bölməsi tərəfindən qəbul edilmiş 04 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. X3 Şamaxı RPŞ X14 Bölməsi tərəfindən qəbul edilmiş 04 iyun 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-167/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-167/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver