Məhkəmə qərarları › İş №3(074)-169/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-169/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-169/2022 18.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Göranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şamaxı rayonu Nağaraxana kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs idarə etdiyi «Niva-21214” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 24 may 2022-ci il tarixdə saat 12 radələrində Şamaxı rayonu Nağaraxana kəndi ərazisində mərtkəzi yolda hərəkətdə olarkən həmin həmin yolda hərəkətdə olan Şamaxı rayonu Sabir qəsəbəsində qeydiyyatda X3 idarə etdiyi «VAZ 21074” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yoluna çıxmasına görə avtomobillərin toqquşması ilə və həmin vaxtı X7 və X4 müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək, bildirdi ki, «Niva-21214” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomabil ona məxsusdur. Bakı şəhərində yaşasa da ara sıra Şamaxı rayon Nağaraxana kəndinə bağ evinə istirahət etmək üçün gəlir. 24 may 2022-ci il tarixdə, saat 12 radələrində o, «Niva-21214” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomabili ilə Şamaxı rayon Nağaraxana kəndinə gedən zaman təcili zəng etmək lazım olduğundan mobil telefonu götqürüb zəng vuran zaman başının telefona qarışması nəticəsində avtomabilin idarəetməsini itirmiş, nəticədə idarə etdiyi avtomobil qarşı yola çıxması nəticəsində qarşıdan gələn ağ rəngli «VAZ 21074” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomabil ilə toqquşmuşdur. Qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan qəza şəraitini o, yaradaraq idarə etdiyi avtomobil ilə ehtiyatsızlıqdan sözü gedən «VAZ 21074” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomabilin yoluna çıxmışdır. Bununda səbəbi mobil telefonla danışmağı olmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobilin sürət həddi 45-50 km/saat olmuş, avtomobili idarə edən zaman və hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İstintaq Bölməsinin aşmüstəntiqi, polis kapitanı Mirxalid Kazmov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, barəsində cinayət işinin başlanması rədd edilmiş, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan bədən səthindəki xəsarətlərin və X2 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərin xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Şamaxı rayonu Nağaraxan kəndi ərazisindən keçən hissəsində Şəxs ehtiyatslızlıqdan törətdiyi baş vermiş qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində yaranması iş üzrə nəzərə alınmış, “Niva-21214” markalı 99-LM-10 dövlət nömrə nişanlı avtomobilin sahibi Şəxs təhvil verilməsi iş üzrə nəzərə alınmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şamaxı RPŞnin X10 Bölməsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 151 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, X5 almış olduğu xəsarət- Onurğanın boyun hissəsinin əzilməsi küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı sərnişin qismində alına bilər. X5 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 151 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, X4 almış olduğu xəsarətlər- Onurğanın boyun hissəsinin əzilməsi, sol böyrəyin əzilməsi, hematoması küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı sərnişin qismində alınmağa uyğun gəlir. X4 almış olduğu xəsarətlər ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar