Məhkəmə qərarları › İş №3(074)-169/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-169/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-169/2024 12.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1971-ci ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində vətəndaş Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamış və itimai qaydaları pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən kafedə bir qədər spirtli içki içdikdən sonra qəsəbə ərazisində yerləşən mağazanın yanında olan özünə məxsus “Hyundai i-30” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşib bir qədər məsafə qət etdikdən sonra DYB-nə məxsus avtomaşınla polis əməkdaşları ona saxla əmri vermişlər, oda avtomaşını saxlamış və ona polis əməkdaşı sual verdiki içkilisən və o, hə cavabını vermiş, daha sonra polislər ona avtomaşını saxlamağını dedikdən sonra o, onlara yolu kəsməyib bir qədər aralıda avtomaşını “saxlayım” ifadələrini bildirmiş və polislər razılıq verdikdən sonra o avtomaşını irəli sürərək yolun sol kənarında saxlamış və avtomaşından düşmüş, polis əməkdaşları ona polis avtomaşınına əyləşməsini bildirmiş o, isə buna etiraz etmiş, həmin vaxt aralarında anlaşılmazlıq olmuş, daha sonra oraya PPXB-nin əməkdaşları gələrək onu avtomaşına əyləşdirərək RPŞ-nə gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır. Polis əməkdaşlarından etdiyi əmələ görə üzr istəyir. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin baş inspektoru, polis baş leytenantı X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Şamaxı RPŞ-nin DYBP-nə məxsus “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində YPX-nin baş inspektoru polis baş serjantı Samir Hacıyevlə birlikdə Şamaxı rayonu Sabir qəsəbəsində xidmət aparan zaman “Hyundai i-30” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazları nasaz olduğu üçün Sabir qəsəbəsi ərazisində tərəflərindən saxla işarəsi verilmiş, sürücü əvvəlcə avtomobili saxlamamış, sonradan bir qədər qabaqda yolun mərkəzində saxlamış, sürücüyə yaxınlaşmışlar, bu zaman sürücüdən kəskin spirtli içki iyi gəldiyi üçün sürücünü avtomaşından düşməsini tələb edərək kənara verib saxlamasını demişlər, sürücü isə kənarda saxlamamış, avtomaşını irəliyə doğru idarə etməyə başlamış, onlar avtomaşına əyləşib bir qədər qarşıda avtomobili saxlatdırmışlar. Sürücüyə yaxınlaşıb onu idarəetmədən kənarlaşdırmaq üçün sükandan düşürdüb patrul avtomaşınına əyləşdirib alkotester vasitəsi ilə tibbi müayinədən keçirtmək istəyərkən vətəndaş patrul avtomaşınını tərk edib ona qarşı yeriyərək tabesizlik göstərməyə başlamışdır. Sürücüyə qanuni tələblərinə tabe olmağı dəfələrlə bildirsələr də, o, qərəzli hərəkətlərini davam etdirib onların qanuni tələblərinə qəsdən tabe olmamış, hətta ictimai qaydanı pozaraq ünvanlarınada nalayiq ifadələrdə işlətməyə başlamışdır. Onlar Şamaxı RPŞ-nin NH-dən ərazidə olan PPXB-nin əmkdaşlarını köməyə çağıraraq sürücünü və avtomaşınını Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxsdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin Baş inspektoru, polis baş leytenantı Ruxsar Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Şamaxı RPŞnin DYBP-nə məxsus “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində YPX-nin baş inspektoru polis baş serjantı Samir Hacıyevlə birlikdə Şamaxı rayonu Sabir qəsəbəsində xidmət aparan zaman “Hyundai i-30” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazları nasaz olduğu üçün Sabir qəsəbəsi ərazisində tərəflərindən saxla işarəsi verilmiş, sürücü əvvəlcə avtomobili saxlamamış, sonradan bir qədər qabaqda yolun mərkəzində saxlamış, sürücüyə yaxınlaşmışlar, bu zaman sürücüdən kəskin spirtli içki iyi gəldiyi üçün sürücünü avtomaşından düşməsini tələb edərək kənara verib saxlamasını demişlər, sürücü isə kənarda saxlamamış, avtomaşını irəliyə doğru idarə etməyə başlamış, onlar avtomaşına əyləşib bir qədər qarşıda avtomobili saxlatdırmışlar. Sürücüyə yaxınlaşıb onu idarəetmədən kənarlaşdırmaq üçün sükandan düşürdüb patrul avtomaşınına əyləşdirib alkotester vasitəsi ilə tibbi müayinədən keçirtmək istəyərkən vətəndaş patrul avtomaşınını tərk edib ona qarşı yeriyərək tabesizlik göstərməyə başlamışdır. Sürücüyə qanuni tələblərinə tabe olmağı dəfələrlə bildirsələr də, o, qərəzli hərəkətlərini davam etdirib onların qanuni tələblərinə qəsdən tabe olmamış, hətta ictimai qaydanı pozaraq ünvanlarınada nalayiq ifadələrdə işlətməyə başlamışdır. Onlar Şamaxı RPŞ-nin NH-dən ərazidə olan PPXB-nin əmkdaşlarını köməyə çağıraraq sürücünü və avtomaşınını Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019684 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə 10:00 radələrində azad edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:18-də 1,142 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanın sərxoş halda olan törədilməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ailə vəziyyətini məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar