Məhkəmə qərarları › İş №3(074)-169/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-169/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-169/2025 21.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X8 oğlunun, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi-anası X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı alınmış, izahatlar ilə MTE-nin 27 mart 2025-ci il tarixli 46 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Yadulla adlı şəxs qonşuluqda yaşadığından həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 19 mart 2025-ci il tarixində mübahisəli torpaq sahəsinə gedərkən Yadulla adlı şəxs üzərinə gələrək qolundan tutaraq itələmiş həmin vaxt o, yıxılaraq dəmir məhəccərə sol qolu dəyərək xəsarət almış, həmin vaxt hadisə yerində olan Nurlan adlı şəxs onları aralaşdırmış, onu yerdən qaldırmışdır. Həmin günü özünə gələndən sonra baş verən hadisə ilə bağlı müraciət edə bilməmişdir. Növbəti günü 20 mart 2025-ci il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin baş verən hadisə zamanı Yadulla adlı şəxsə qarşı heç bir hərəkət etməmişdir. Baş vermiş hadisə zamanı hadisə yerində ondan başqa Yadulla, Tural, Nurlan adlı şəxslər olmuşdur. Həmin hadisə zamanı Yadulla adlı şəxs qolundan tutaraq onu dəmir məhəccərə tərəf itələmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. Vurmalı olsaydı onun babası, atası və anasını vurardı. 19 mart 2025-ci il tarixində mübahisə olanda heç ümimiyyətlə Zərərçəkmiş şəxs orada olmamış, onlar maşına əyləşənda o, qapıları tərəfdə, heyvanların yanında olmuş, anası isə maşına tərəf gəlmişdir. Əgər uşağı vursaydı üzr istəyərdi, amma onu vurmamışdır. Öz uşağı xəstədir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 19 mart 2025-ci il tarixində Amalya, oğlu və bir başqa şəxs içkili vəziyyətdə onların evinin yaxınlığında Amalyanın yaşadığı tikiliyə gəlmişlər. Onların qapısından söyüş söyə-söyə gəlmişlər, oda səs-küyə çıxmış, niyə söydüklərini soruşmuş, Amalya onun üstünə gəlib, əvvəl boğazından çimdikləmiş və sol üzünə sillə vurmuşdur. Həmin vaxt orada anası, atası, Amalya, onun oğlu və başqa bir uşaq olmuşdur. Anası onları aralamaq istəmiş, amma Amalya imkan verməmişdir. Amalya onu vurandan sonra anası, daha sonra isə atası gəlmişdir. Babası orada olmamışdır. Onu Amalyanın vurmasını anası görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 bildirdi ki, Amalya adlı şəxs qonşuluqda yaşadığından həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Amalya heç bir sənədi olmadan tikili tikib orada yaşayır və hər gün içkili vəziyyətdə bir neçə şəxslə ora gələrək səs-küy salırlar. Ona irad bildirəndə isə onlardan şikayətlər edir. Ondan uzaq durmağa çalışsalarda o, yenə əl çekmir. 19 mart 2025-ci il tarixində yenə həmin yerə gələrək mübahisə etmiş ondan qaçmaqlarına baxmayaraq onları şərləyəcəyini demişdir. Həmin tarixində oğlu 2012-ci il təvəllüdül Zərərçəkmiş şəxs döymüşdür. Hadisə axşam saat 6-7 arasında olmuşdur. Şəxs şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verib bildirdi ki, 19 mart 2025-ci il tarixdə Amalya adlı şəxsin evinə getdikləri vaxt həmin anda torpaq mübahisəsi olan Yadulla Amalya adlı şəxsin qarşısını kəsərək həmin yerin özünə məxsus olduğunu keçməməsini demiş, bu zaman onlar arasında mübahisə yaranmışdır. Həmin vaxt Yadulla Amalyanın qolundan tutaraq dəmir məhəccərə tərəf itələmiş Amalya yerə yıxılmışdır. Bu zaman o, onu yerdən qaldırmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisə Amalya və Yadulla arasında olmuşdur. Həmin vaxt orada Amalya, onun oğlu, oğlunun dostu olmuş, o, isə içəridə olmuşdur. Tural orada olmuş, amma biraz uzaqda olmuşdur. O, Zərərçəkmiş şəxs orada görməmişdir. Orada həmin vaxt Amalya ilə başqa mübahisə edən olmamışdır. Amalyanın Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Mübahisə günortadan sonra olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixde saat 18:16-da Azerbaycan Respublikasinin DİN-in 102 xidmətindən, ********** nömrəli məlumatında, Şamaxı şəhər yeni məhəllədə yaşayan X16 oglu ***-***-**-** nömrədən zəng edərək, Amalya adlı qadının sərxoş vəziyyətdə onun qapısına gələrək onları söyməsi öldürməklə hədələməsi va qadının narkotik maddə qəbul etməsini, 3-nəfər oğlanla gəlməsini oğlanlarında sərxoş olduğunu bildirdi. Vətəndaş Şəxs 20 mart 2025-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 19 mart 2025-ci tarixdə Yadulla adlı şəxsin onu döyməsini göstərməklə, ərizəsi ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. X14 Yadula 27 mart 2025-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 19 mart 2025-ci tarixdə Amalya adlı şəxsin onu və oğlu Zauru döyməsini göstərməklə, ərizəsi ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı X2 Şəxs məxsus torpaq sahəsini zəbt etməsi, Şəxs narkotik vasitədən istifadə etməsi, Şəxs X6 öldürməklə hədələməsi, X2 Şəxs, Şəxs X6 döyməsi faktları öz əskini tapmasada 19 mart 2025-ci tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahatlar və 27 mart 2025-ci il tarixli 46, 40, 47 saylı rəyləri ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Eləcədə tərəflər arasında yaranmış yerlə bağlı mübahisə mülki xarakterlidir. Bu səbəbdəndə məhkəmə müstəvisində öz həlini tapmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ gözün bayır bucağı proyeksiyası üzrə, sol qulaqın sırqalığının aşağı səthində, sol kürək nahiyyəsinin sıyrıqları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və Ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı şəhər 20 yanvar küçəsi 07 saylı evdə yaşayan Şəxs və Şamaxı şəhər İstiqlal küçəsində yaşayan X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Şəxs ilə X5 aralarında yaranmış ziyanın ödənilməsi bağlı mübahisələr mülki xarakterli olduğundan Azərbaycan Respublikası mülki-prossessual məcəlləsinin 4.1ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələrin məhkəmə müstəvisində həll olunması Şəxs qızma izah edilmiş. qərarın surətləri Şəxs, X9 və X7 verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar