Məhkəmə qərarları › İş №3(074)-17/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-17/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-17/2022 26.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs "X8 Mərkəzi" publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından “X8 Mərkəzi” publik hüquqi şəxsin direktoru Vəlixan Qarayev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən "X8 Mərkəzi" publik hüquqi şəxsin direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 700 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan "X8 Mərkəzi" publik hüquqi şəxsin direktoru V.Qarayev şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Mərkəzinin həkimləri X11, X6 və digər bir neçə həkimin aylıq həvəsləndirici əlavələrini (bonusları) ala bilməməsi şikayəti ilə ƏƏSMNnin yanında X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsinə müraciət edilmişdir. Öz növbəsində ƏƏSMN-nin yanında X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsi 15.12.2021ci ildə **********4 nömrəli məktub ilə müraciət edərək, şikayyətdə adı qeyd olunan səxslərin Əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədlərini X9 Mərkəzi tərəfindən X13 Xidmətinin İsmayıllı Regional ərazi şöbəsinə göndərilməsini xahiş etmiş və X9 Mərkəzi həmin sənədləri X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsinə təqdim etmişdir. Tərəflərindən 21.12.2021-ci tarixində X13 Xidmətinin İsmayıllı Regional ərazi şöbəsinə cavab məktubu göndərilərək həkimlərə həvəsləndirici əlavələrin (bonusların) gecikməsində X9 Mərkəzinin heç bir təqsiri olmadığını və sözü gedən həvəsləndirici əlavələrin (bonusların) verilmə prosesinin necə olduğu ətraflı şəkildə göstərilmiş və X9 Mərkəzi tərəfindən üzərinə düşən bütün prosudurların vaxtınada yerinə yetirildiyini bildirilmişdir. Bundan sonra 24.12.2021-ci il tarixində X13 Xidmətinin İsmayıllı Regional ərazi şöbəsi Şamaxı X3 **********1 nömrəli məktub ilə müraciət edərək, iş üzrə icraatı rədd edən halların eləcədə inzibati xətanın törədilməsi faktını araşdılması ilə əlaqədar olaraq, onları X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsinə dəvət etmiş lakin təqvim ilinin sonu olduğu üçün X9 Mərkəzinin iş yükünün cox olduğu və eləcədə xəstələrə göstəriləcək xidmətlərdə axsaqlıq ola biləcəyi üçün üzürlü səbəbəbdən iştirak edə bilməyəcəklərini əvvəlcədən bildirmiş və onlara təqdim etdikləri sənədlər, məlumatlar əsasında qanun üzrə işə baxilmasını X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsinin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məlumat üçün onuda bildirmişlər ki, həvəsləndirici əlavələrin (bonusların) verilməsində ilkin proses olan reyestrin acilması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. 2021-ci ilin may, iyun və iyul ayları üçün ilkin olaraq həvəsləndirici əlavələrin (bonusların) verilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tətəfindən 07.10.2021-ci il tarixində razılıq verilmişdir. Daha sonra X9 Mərkəzi həvəsləndirici əlavələrin (bonusların) verilməsi prosesinə başlanmış lakin 2021-ci ilin noyabr ayında İcbari Tibbi Sığorta üzrə X15 X3 yeni müraciət ünvanlayaraq X9 Mərkəzinin Şamaxı RMX-sı PHŞ-nin balansına keçməklə yenidən təşkil olunacağını və həvəsləndirici əlavələrin (bonusların) Şamaxı RMX-sı PHŞ tərəfindən veriləcəyi bildirilmişdir. Lakin daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi il sonu olması və digər məqamları nəzərə alaraq, X9 Mərkəzinin Şamaxı RMX-sı PHŞ-nin balansına keçməklə yenidən təşkil olunacağını gözləmədən onlara 2021-ci il may, iyun və iyul ayları üçün həvəsləndirici əlavələrin (bonusların) verilməsi üçün razılıq vermiş və 2021-ci ilin dekabr ayına həmin aylar üzrə nəzərdə tutulan həvəsləndirici əlavələr həkimlərin hesabına köçürülmüşdür. Sadalanan bütün proseslər ilə əlaqədar olaraq. ƏƏSMN-nin yanında X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsinə məlumat verilməsinə baxmayaq, ƏƏSMN-nin yanında X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsi barəsində Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini nəzərdə tutaraq MN ******* nömrəli inzibati protokol tərtib etmiş və həmin protokolun nəticəsində 07.01.2022-ci il tarixində İnzibati Xətalar məcəlləsinin 114-cü və 115-ci maddələrin rəhbər tutaraq MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən "X8 Mərkəzi" publik Hüquqi şəxsin nümayəndəsi X12 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qanunla nəzərdə tutulan həvəsləndirici əlavələrin (bonusların) nə vaxt verilməsi məsələsi X9 Mərkəzinin birbaşa səlahiyyətində deyildir. Belə ki, həmin həvəsləndirici əlavələrin (bonusların) miqdarı və verilməsi bir başa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən razılıq əsasında həyata keçirilir. Bundan başqa barələrində çıxarılmış qərarda direktorun vəzifəli şəxs kimi ƏM-nin 192.4-cü maddəsində qeyd edilən tələbləri pozması qeyd edilib. Həmin maddədə isə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə işəgötürənin cərimə edilməsi qeyd edilib. X2 vəzifəli şəxs kimi bu maddə ilə o zaman cərimə oluna bilərdi ki, işçilərin əmək müqaviləsində əmək haqq termini altında həmin bonusların verilməsi nəzərdə tutulsun. Hazırki halda isə onların müqavilələrində işəgötürən kimi tərəflərindən onlara qeyd edilən bonusların verilməsi öhdəliyi və məbləği qeyd edilməyib. Göründüyü kimi, hazırkı halda İXM-nin 53-cü maddəsində qeyd edilən inzibati xəta hadisəsi baş verməmiş, eyni zamanda əməlində inzibati xəta tərkibi də yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq, ƏƏSMN-nin yanında X13 Xidməti İsmayıllı Regional ərazi şöbəsinin MN ******* nömrəli, 28.12.2021 -ci il tarixli protokol və onun əsasında qəbul edilmiş 07.01.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv olunması, eyni zamanda inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, 01 yanvar 2020-ci il tarixdən ölkə ərazisində, mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Əlavə olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” pubilik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin layiqli həyat səviyyəsinə uyğun əməkhaqqı ilə təmin edilməsi, peşəkarlığının və şəriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə X10 Heyətinin 21 yanvar 2020-ci il tarixil 02 nömrəli Qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" pubiik huquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq edilmişdir. Qaydanın 18.3-cü bəndində həkimlərə görülən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin (bonuslar) verilməsi nəzərdə tutulmuşdur. Təəsüflər olsun ki, əksər tibb müəssisələri tərəfindən həvəsləndiici əlavələr vaxtında hesablanılması və ödənilməsi təmin edilməmişdir. Bununla əlaqədar İcbari Tibbi Sığorta üzrə X10 Heyətinin sədri tərəfindən 03.12.2021-ci il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə yenidən məktub göndərilərək Agentliyin Tibbi iddialar departamentinin Tibbi ekspertiza şöbəsinin ekspertləri tərəfindən 01 dekabr 2021-ci il tarixədək ekspertiza edilmiş reyestrlər əsasında, tabeliklərindəki tibb müəssisələrində çalışan həkimlərə görülən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin (bonuslar) 10 dekabr 2021-ci il tarixədək hesablanmasını və ödənilməsini təmin etmək onlara tapşırılmışdır. Məhkəmədən “X8 Mərkəzi" publik hüquqi şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 28.12.2021-ci il tarixli MN № ******* saylı nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 07.01.2022-ci il tarixli MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, "X8 Mərkəzi" publik hüquqi şəxsində çalışan tibb işçilərinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. Bununla da “X8 Mərkəzi" publik hüquqi şəxsin direktoru Vəlixan Qarayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə X10 Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın: 15.1-ci bəndinə əsasən səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən, bu Qaydanın 16-19-cu hissələrinə uyğun olaraq aylıq həvəsləndirici əlavələr verilir. 15.2-ci bəndinə əsasən həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir. 18.1-ci bəndinə əsasən bu Qaydaların 18.3-cü bəndinə uyğun olaraq tibb müəssisələrində çalışan həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. 18.2-ci bəndinə əsasən optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir. Həmin qaydaların 18.3-cü bəndi isə həkimlərə görülən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin verilməsi məbləğini müəyyən edir. İş materiallarında olan “X8 Mərkəzi" publik hüquqi şəxsin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinə ünvanlanan 21.12.2021-ci il tarixli məktubdan görünür ki, sonuncu dəfə may, iyun, iyul ayların reyestrinin 07.10.2021-ci il tarixdə İcbari tibbi sığorta agentliyindən mərkəzə daxil olduğu, Şamaxı MDM Sığortanın təşkili və innovasiya şöbəsi 10.11.2021-ci il tarixdə reyestri hazırlayıb Şamaxı RMX göndərmiş, Şamaxı RMX elə həmin tarixdə reyestri təsdiq olunması üçün İcbari tibbi sığorta agentliyinə təqdim etmişdir. İndiyə qədər hesablamalar aparılarkən poliklinika və stasionar şöbələr üçün ayrı cədvəllər tərtib olunmuş, lakin bu dəfə İcbari tibbi sığorta agentliyi stasionar və poliklinika şöbələrinin bir cədvəldə birləşdirərək hesablanmasını göstəriş vermişdir. Bu da müəyyən vaxt itkisinə səbəb olmuşdur. Göstəriş verilən qaydada reyestr işlənib İcbari tibbi sığorta agentliyinə göndərilmişdir. Reyestrdə müəyyən dəyişiklik edilərək İcbari tibbi sığorta agentliyindən 13.12.2021-ci il tarixində geri göndərilmiş, Şamaxı MDM maliyyə şöbəsi 14.12.2021-ci il tarixdə həvəsləndirici bonusları hesablayıb Şamaxı RMX-na göndərmiş, Şamaxı RMX həmin tarixdə icbarı tibbi sığorta agentliyinə təsdiq olunması üçün göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətdə 2021-ci ilin dekabr ayında həvəsləndirici əlavələrin hesablanaraq həkimlərin hesabına köçürülməsi göstərilsə də məhkəmə hesab edir ki, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən yəni X8 Mərkəzi" publik Hüquqi şəxsində çalışan tibb işçilərinin may, iyun və iyul aylarının görülən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin (bonuslar) hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Belə olan halda "X8 Mərkəzi" publik Hüquqi şəxsin direktorunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "X8 Mərkəzi" publik hüquqi şəxsin direktoru Vəlixan Qarayev tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar