Məhkəmə qərarları › İş №3(074)-172/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-172/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-172/2025 24.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı şəhəri, V.Məmmədov küçəsi ev 26 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahat verib bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(074)-1670/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, tərəflərin birgə nikahlarından olan 09 yanvar 2011-ci il təvəllüdlü X10 və 7 iyul 2014-cü il təvəllüdlü X11 cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs himayəsinə verilməlidir. Həmin icra sənədi üzrə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında dəfələrlə uşaqlarla ünsiyyət təyin edilmiş, görüşlər keçirilmişdir. Görüşlər keçirilən zaman Şamaxı RMX-sı PHŞ-nin psixoloqu Elnarə Yaralıyeva və Şamaxı RİH başçısı aparatının Aparıcı məsləhətçisi- YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, Qəyyumluq və himayəçilik üzrə Komissiyanın üzvü Qızbəs Əmrahova iştirak etmişlər və bu barədə rəyləri vardır. Ünsiyyətin keçirilməsinə baxmayaraq Şəxs tərəfindən dəfələrlə maneəçilik keçirilmişdir. Uşaqların anaları ilə ünsiyyəti zamanı ataları Şəxs müdaxilə etmiş, otağa daxil olmuşdur. Bu səbəbdəndə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs hər iki uşağı icra zamanı təyin edilmiş vaxtda gətirmiş, sadəcə uşaqlar anaları ilə otaqda olan zaman otağa daxil olmuş və ya qapını açıb baxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra işi üzrə təyin edilmiş vaxtlarda həmişə çağırışlara gəlmiş, uşaqları gətirmiş və uşaqları analarına verməyə etiraz etmir. Lakin uşaqlar özləri anaları ilə getməkdən imtina edirlər. O, adətən icra zamanı otaqdan çöldə gözləmiş, lakin uşaqların səslərini eşidən zaman otağa ya daxil olmuş, yaxud qapını açıb baxmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yalan danışır. Uşaqlarla ünsiyyətdə olan zaman o, otağa daxil olub manea tördir. Elə olub ki, uşaqlar psixoloqla görüşən zaman Şəxs və onun vəkili otağın qapısını açmış, özlərini göstərmiş ki, yəni “biz burdayıq, mənimlə gedəcəksiniz”. Bununla onlar uşaqlara psixoloji təsir etmişdirlər. Uşaqlar ona deyirlər ki, onlar onu və babalarını istəmirlər. Uşaqların danışıqların hiss edir ki, Şəxs onlara təsdir edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(074)-1670/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan 09 yanvar 2011-ci il təvəllüdlü X10 və 7 iyul 2014-cü il təvəllüdlü X11 cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs himayəsinə verilməlidir. Cavabdeh Şəxs 9 yanvar 2011-ci il təvəllüdlü X10 və 7 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. 15 mart 2024-cü il tarixdən sonrakı dövr üçün aliment 09 yanvar 2011-ci il təvəllüdlü X10 və 07 iyul 2014-cü il təvəllüdlü X11 cavabdeh Şəxs alınaraq anaları iddiaçı Zərərçəkmiş şəxs himayəsinə verildiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrası xx.xx.2025-ci tarixə saat 10:00 radələrinə təyin edilmişdir. Göstərilən tarixdə borclu Şəxs, tələbkar X3, övladları X10 və X11 şöbəyə gəldilər. Tərəflərə icra sənədinin icrası izah olundu borclu Şəxs bildirdiki uşaqların anasına verilməsinə etiraz etmir. Şamaxı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik üzrə komissiyanın üzvü X9 və Şamaxı rayon mərkəzi xəstəxanası PHŞ-in psixoloqu X4 az yaşlı uşaqlarla Amil və Aqil Məmmədovlarla ayrı otaqda təmasda oldular az yaşlılarla söhbət apardılar, icra hərəkətləri bir neçə saat davam etdi az yaşlılar Amil və Aqil Məmmədovlar anaları ilə getməkdən imtina etdilər. Şamaxı rayon icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X9 bildirdiki uşaqlar anaları ilə qaldıqları zaman analarının bəyənmədikləri bəzi xüsusiyyətlərinə görə və onlara qarşı göstərdiyi münasibətlərinə etiraz olaraq onunla getmək istəmədiklərini bildirdilər. İş üzrə Şamaxı rayon mərkəzi xəstəxanası PHŞ-in psixoloqu X4 etdiyi müşahidəyə əsasən hər iki uşağa təsirin olması müşahidə etmişdir. X8 anaya qarşı istəyin olması müşahidə etmişdir. İcra sənədi üzrə az yaşlı uşaqlar anaları ilə getməkdən imtina etdilər və bu səbəbdən icra sənədin icrası təxirə salınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrası xx.xx.2025-ci il tarixə saat 15:00 radələrinə təyin edilmişdir. Göstərilən tarixdə borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs, övladları X10 və X11 şöbəyə gəldilər. Tərəflərlə icra sənədinin icrası izah olundu borclu Şəxs bildirdiki uşaqların anasına verilməsinə etiraz etmir. Şamaxı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik üzrə komissiyanın üzvü X5 və Şamaxı rayon mərkəzi xəstəxanası PHŞ-in psixoloqu X4 az yaşlı uşaqlarla Amil və Aqil Məmmədovlarla ayrı otaqda təmasda oldular az yaşlılarla söhbət apardılar. İcra hərəkətləri bir neçə saat davam etsədə Amil və Aqil Məmmədovlar anaları ilə getməkdən imtina etdilər. Şamaxı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X5 bildirdi ki, uşaqlar anası ilə qaldıqları zaman analarının bəyənmədikləri xüsusiyyətlərinə görə və onlara qarşı göstərdiyi münasibətlərinə etiraz olaraq onunla getmək istəmədiklərini bildirdilər. İş üzrə Şamaxı rayon mərkəzi xəstəxanası PHŞ-in psixoloqu X4 etdiyi müşayidəyə əsasən hər iki uşağın ana ilə olmaq istəmirlər. Göstərilən səbəblərə görə icra sənədinin icrasını təmin etmək mümkün olmadı və icra sənədinin icrası təxirə salınmışdır. İş materiallarında olan Şamaxı RMX-sı PHŞ-nin psixoloqu Elnarə Yaralıyeva tərəfindən verilmiş xx.xx.2025-i il tarixli yekun rəyin surətindən görünür ki, etdiyi konsultasiya və müşahidələrə əsasən 28 fevral 2025-ci il tarixində yeniyetmələr Məmmədov Amil və Məmmədov Aqil psixoloq ilə görüşdə iştirak etmiş, ana Zərərçəkmiş şəxs hava şəraiti ilə əlaqədar olaraq iştirak edə biməmişdir. Psixoloji konsultasiyada yeniyetmələr sərbəst öz fikirlərini bildirdilər. Ataları ilə qalmaq istədiklərini dedilər. xx.xx.2025-ci il tarixində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında yenidən ana ilə ünsiyyətin yaranması təyin edildi. Ana Zərərçəkmiş şəxs işi ilə əlaqədar olaraq gələ bilməmişdir. Məmmədov Amil və Məmmədov Aqil bir xeyli diskusiyadan sonra ataları ilə qalmaq fikirlərini qəti şəkildə bildirdilər. Etdiyi müşahidələrə əsasən ata Şəxs tərəfindən heç bir təzyiq və təsir müşahidə etməmişdir. İş materiallarında olan Şamaxı RMX-sı PHŞ-nin psixoloqu Elnarə Yaralıyeva tərəfindən verilmiş xx.xx.2025-i il tarixli rəyin surətindən görünür ki, etdiyi konsultasiya və müşahidələrə əsasən yeniyetmələr Məmmədov Amil və Məmmədov Aqil ilə bir neçə görüş keçirilmişdir. Anaları Zərərçəkmiş şəxs ilə qalmağı məsləhət və tövsiyyə etmişdir. Yenə də ataları Şəxs ilə qalmağı məsləhət bildilər. Yeniyetmələrin fikirlərinə hörmətlə yanaşaraq ataları ilə qalmağı məsləhət bilmişdirlər. İş materiallarında olan Şamaxı RİH başçısı aparatının aparıcı məsləhətçisi-YYÇİHMKnın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, Qəyyumluq və himayəçilik üzrə Komissiyanın üzvü Qızbəs Əmrahova tərəfindən verilmiş xx.xx.2025-i il tarixli rəyin surətindən görünür ki, Bakı Apellyasıya Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(103)-1670/2024-009 saylı icra sənədinə əsasən 09 yanvar 2011-ci il təvəllüdlü X10 və 07 iyul 2014-cü il təvəllüdlü X11 cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs himayəsinə verilməsi nəzərdə tutulmuşdur. Şamaxı Rayon İcra və Probasiya şöbəsinin inzibati binasında azyaşlılar X10 və X7 cavabdeh Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi ilə əlaqədar müvafiq icra prosesində Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın üzvü və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu kimi iştirak edərkən azyaşlılar analarına getmək istəmədiklərini qəti şəkildə bildirirdilər. Eyni zamanda müəyyən edilmişdir ki, azyaşlılar ataları Şəxs tərəfindən heç bir psixoloji təsirə məruz qalmayıblar və sərbəst iradələrinə uyğun olaraq analarına getməkdən imtina etməkdədirlər. Həmçinin Qəyyumluq və himayəçilik üzrə komissiyası tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində olub müəyyən etmişlər ki, X10 və X11 həmin ünvanda ataları Şəxs himayəsində yaşayırlar. Ev 1 mərtəbəli, 3 otaqdan ibarətdir. Elektrik enerjisi, su və təbii qazla təchiz olunmuşdur. Ailənin maddi təminatı normaldır. Evdəki mövcud şərait azyaşlıların orada yaşaması üçün əlverişlidir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin hansı üzürsüz səbəbdən yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərəkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından yayınma halları, eyni zamanda icra sənədinin onun təqsiri üzündən icra olunmaması öz təsdiqini tapmır. Belə ki, Şəxs əməlində qərəzin nədən ibarət olması barədə kifayət qədər sübutlar təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında icra məmuru tələbkarın uşaqla ünsiyyətinin baş tutmasını sadəcə uşaqlar anaları ilə otaqda olan zaman daxil olub müdaxilə etməsini bildirsə də, bunu təsdiq edəcəklər aktlar və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan rəylərdən görünür ki, uşaqlar sərbəst şəkildə anaları ilə getməkdən imtina etmişlər və onlara ataları tərəfindən təsir əlamətləri aşkar edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində borclu olduğu icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar