Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-173/2022 05.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Qobustan rayonu Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:23 radələrində idarə etdiyi VAZ 21074 minik markalı, **-VR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə sayrışan işıqlar təchiz edərək ondan istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixində etibarnamə ilə ona məxsus olan VAZ 21074 minik markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən nəqliyyat vasitəsinə müvafiq icazəsi olmayan sayrışan işıqlar təchiz edərək ondan istifadə etmişdir. Polis əməkdaşları işlətdiyini görüb onu saxlamışlar və etdiyi əməli ona bildirmişlər, o da polisin qanuni tələblərini yerinə yetirərək sayrışan işığı aparıb maddi sübut kimi yol polisinə təqdim etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. İş materiallarında olan aktdan görünür ki, VAZ 21074 minik markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən sayrışan işıqlar götürülmüşdür. İş materiallarında olan AE № 145871 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21074 minik markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X1r. İş materiallarında olan ƏN-İV № 503558 saylı etibarnamədən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə VAZ 21074 minik markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomaşını Şəxs etibarnamə əsasında vermiş və həmin etibarnaməyə əsasən o, 7 il 5 ay 14 gün müddətində sürücülük hüququ olduqda idarə etməyə səlahiyyətlidir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçısının izahatını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını, səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edildi, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, səmimi peşmançılığını, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, cərimə inzibati tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 500 (beş yüz) manat məbləğində cərimə edilməklə, VAZ 21074 minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş sayrışan işıqlar dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-173/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-173/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver