Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-173/2023 04.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə EP ******* nömrəli 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş zərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan EP ******* nömrəli 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/008085 nömrəli xx.xx.2023-cü İİ tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2,1» elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 18,01.2020-01 il tarixli **********0741 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7293.55(veddi min iki yüz doxsan üc dollar 55 sent) AB$ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin ünvanına Bakı Bas Gömrük İdarəsinə dəvət olunma barədə 1400-013/0xx-xx/003281 nömrəli xx.xx.2023-cü il :arixli məktubla müraciət olunmuşdur. Şəxs MMC-nin direktoru X2 Bakı Bas Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinə dəvət olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, AZ5611, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs MMC İran İslam Respublikasında “GUNASH ЗАМЕН ARAZ СО” şirkəti ilə bağlanılmış xx.xx.2018-ci il tarixli, 11 saylı müqaviləyə əsasən Bakı Bas Gömrük İdarəsində 11 nömrəli, xx.xx.2018-ci il tarixli invovs üzrə xx.xx.2020-ci il tarixli, **********0741 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7293.55 AB$ dolları dəyərində 'Günəbaxan tumu xammal” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 7293.55(veddi min iki yüz doxsan üc dollar 55 sent) AB$ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs :ərəfindən xx.xx.2020-ci il tarixli, **********0741 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valvutava nisbətdə 12,399.04 (on iki min üç yüz doxsan doqquz manat 04 qəpik) AZN təşkil edən 7293.55 (yeddi min iki yüz doxsan üç dollar 55 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda Köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Gömrük Əməliyyatları İdarəsinin rəis müavini Kamran Mədətov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. Şəxs MMC -yə (VÖEN **********) bu barədə Xəbərdarlıq (1400- 012/0xxxx/006884; xx.xx.2022) və Bildiriş (1400-012/0xx-xx/008527; xx.xx.2022) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixində alınmış məlumata əsasən ‘TƏDARÜK-T’ MMC 11,02.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 7293.55 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini gömrük xitməti mayoru Turan Hümbətov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, AZ5611, Şamaxı rayonu Qızmeydan ünvanında qeydiyyatda olan Şəxs MMC İran İslam Respublikasında “GUNASM DANEH ARAZ CO” şirkəti ilə bağlanılmış xx.xx.2018-ci il tarixli, 11 saylı müqaviləyə əsasən Bakı Baş Gömrük İdarəsində 11 nömrəli, xx.xx.2018-ci il tarixli invoys üzrə xx.xx.2020- ci il tarixli. **********0741 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7293.55 ABŞ dolları dəyərində “Günəbaxan tumu xammal” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 7293.55(yeddi min iki yüz doxsan üç dollar 55 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs tərəfindən xx.xx.2020-ci il tarixli, **********0741 scrğu nömrəli gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 12,399.04 (on iki min üç yüz doxsan doqquz manat 04 qəpik) AZN təşkil edən 7293.55 (yeddi min iki yüz doxsan üç dollar 55 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haaqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC İran İslam Respublikasında “GUNASH DANEH ARAZ CO” şirkəti ilə bağlanılmış xx.xx.2018-ci il tarixli, 11 saylı müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********0741 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 7293.55 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 7293.55ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi Şəxs MMC tərəfindən Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Seven Brothers” şirkəti ilə bağlanılmış müqaviləyə istinad etməklə ümumilikdə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 7293.55 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddəsinin qeydinə əsasən, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi miqdarında cərimə tənbehi tətbiq olunmalı və onun tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 7293.55 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 2188.065 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-173/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-173/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver