Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-173/2025 28.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu Yol patrul inspektoru X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Daewo Nexis” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnamə olmadan və həmçinin içkili vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı restoranunda keçirilən toy məclisində spritli içki qəbul etdikdən sonra məclisdən çıxıb evə getmək üçün həmən avtomaşının sahibi Eldəniz adlı şəxsə sən içkilisən avtomaşını özünün idarə edərək aparmasını bildirmişdir. Həmin şəxlə birlikdə “Daevo Nexia” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı rayon Nəsimi qəsəbəsinə gedərək Eldəniz adlı şəxsi evlərinə düşürdəndən sonra qayıdaraq Şamaxı şəhəri, M.F.Axundov küçəsi ilə hərəkətdə olarkən manevr etmə qaydasını pozmuş və qarşısında hərəkətdə olan avtomaşına dəyərək yolun solunda olan dəmir boruya çırpılaraq dayanmışdır. Həmin vaxt onun avtomaşını idarə etmək hüququ olmamış və həmçinin sərxoş vəziyyətdə etibarnaməsiz idarə etmişdir. Hadisə zamanı o, və digər hadisə iştirakçıları heç bir bədən xəsarəti almamışlar. Etdiyi əməldən peşmandır nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2025ci il tarixdə saat 00:20 radələrində etibaramə ilə idarə etdiyi “Lexus GX 470” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhəri M.F.Axundov küçəsi ilə hərəkətdə olub Azadlıq küçəsinə doğru hərəkət istiqamətini dəyişərkən həmin küçədə hərəkətdə olan “Daevo Nexia” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşın manevr etmə qaydasını pozaraq idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə zamanı o, və digər hadisə iştirakçıları heç bir bədən xəsarəti almamışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Daewo Nexis” minik markalı **-BM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 332.2, 334.1 və 334.3-cü maddələrindən nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, Şəxs alkoqolun konsentrasiyasının həcmi 1.640 % promildir. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası DİN-nin Baş DYP İdarəsinin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlanılmış və Şəxs sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinməli və ona İXM-nin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:45-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-173/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-173/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver