Məhkəmə qərarları › İş №3(074)-175/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-175/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-175/2022 06.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliqadaş oğlunun iştirakı ilə, xx.xx.1958-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Əliqadaş oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Əliqadaş oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, X1 rayon Məhkəməsinin 3(074)-10/2018 saylı xx.xx.2018-ci il tarixli, 3(074)-131/2019 saylı xx.xx.2019-cu il tarixli və 3(074)- 37/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliqadaş oğlu izahat verib bildirdi ki, o, icra sənədlərinin icrasıdan yayınmamışdır. Belə ki, “X10” Açıq Səhmdar Cəmiyyətinin rəhbəridir, amma “X10” Açıq Səhmdar Cəmiyyəti 1997-ci il dən fəaliyyət göstərmir. 2000-ci ildə “X10” Açıq Səhmdar Cəmiyyəti onun tərəfindən alındığı zaman işlək vəziyyətdə olmayıb, bu səbəbdəndə hər-hansı bir hesablaşma hesabı olmayıb. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(074)- 10/2018 saylı icra vərəqəsinə əsasən hüquqi şəxs “X10” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Eyni zamanda Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(074)-131/2019 saylı icra vərəqəsinə əsasən “X10” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(074)-37/2020 saylı icra vərəqəsinə əsasən “X10” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İcra sənədlərii şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədləriinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş, barəsində axtarış elan edilmiş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(074)-10/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, hüquqi şəxs “X10” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018- ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(074)-131/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, “X10” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.20219-cu il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(074)-37/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, “X10” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020- ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs Əliqadaş oğlu barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs Əliqadaş oğlu xx.xx.2021-ci il tarixdə 101 manat və xx.xx.2021-ci il tarixdə 21 manat ödəniş etmişdir. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı şəhər, Avtovaqzalın yanı qeydiyyatında olan “X10” ASC-nin boclu olduğu, Şamaxı rayon İcr5a və Probasiya Şöbəsinin icraatında olan 3(074)-131/2019 saylı xx.xx.2019-cu il tarixli, 3(074)-10/2018 saylı xx.xx.2018-ci il tarixli Şamaxı rayon məhkəməsinin icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şamaxı rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli **********544000 saylı müraciətə baxılması barədə məktubun surətindən görünür ki, “X10” X9 Cəmiyyəti 4 saylı Ərazi Vergilər İdarəsində 24.0.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və vergi orqanına təqdim etdiyi ərizəyə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyətini dayandırmışdır. İş materiallarında olan aktdan görünür ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev, icra məmuru Orxan Novruzov, hal şahidi X3 iştirakları ilə Şamaxı rayon Məhkəməsinin 3(074)-10/2018 saylı xx.xx.2018-ci il tarixli, 3(074)-131/2019 saylı xx.xx.2019cu il tarixli və 3(074)-37/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən sənədin icrası məqsədi ilə borclu “X10”ASC-nin yerləşdiyi ünvana baxış keçirilmışdır. ASC-nin uzun müddətdir fəaliyyət göstərmədiyi tərəflərindən müəyyən olunmuş, icra sənədinin icrası məqsədi ilə tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs Əliqadaş oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Məhkəmə iclasında müəyyən edildi ki, Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs iş üzrə X10 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh şəxsi kimi barəsində inzibati xəta haqqında material məhkəməyə göndərilsə də, məhkəmə baxışında onun bu tələb üzrə borclu şəxs olmadığı müəyyən edildi. Eyni zamanda müəyyən olundu ki, boclu “X10” ASC-nin balansında tələbin yönəldilə biləcək hər hansı bir əmlakı mövcud deyildir və fəaliyyəti dayandırılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs Əliqadaş oğlunun əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Əliqadaş oğlunun əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əliqadaş oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar