Məhkəmə qərarları › İş №3(074)-176/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-176/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-176/2022 25.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin sədri Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayon prokurorunun köməkçisi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Şamaxı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktoru X20 (VÖEN: **********; FİN 1KZN49V; AA2819322) MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X5 2021-ci ilin oktyabr ayından 2021-ci ilin dekabr ayına qədər gündəlik 17 (on yeddi) manat, X10 2021ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayına qədər gündəlik 30 (otuz) manat, X11 2021ci ilin noyabr ayından 2021-ci ilin dekabr ayına qədər gündəlik 18 (on səkkiz) manat və X3 2021-ci ilin yaz-yay aylarında 3 ay, gündəlik 18-20 (on səkkiz- iyirmi) manat olmaqla Şəxs MMC tərəfindən ünvan 3şən "xxxx" MMC-nin mağazasının tikintisi və təmiri işlərində fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon prokurorunun köməkçisi X6 izahat verib bildirdi ki, Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini X17 və Şamaxı şəhər sakini X8 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, ünvan 3şən "xxxx" MMC- nin mağazasının tikintisi və təmiri işlərinin yerinə yetirilməsində fəhlə olaraq işləsələr də, Tural adlı şəxs tərəfindən əmək haqlarını ala bilməmələrini göstərmişlər. Göstərilən ərizə əsasında məlumatın yoxlanılması ona həvalə edilmişdir. Tərəfindən aparılmış ilkin yoxlama zamanı X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığı müəyyən edildiyindən, xx.xx.2022-ci il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, araşdırma zamanı X14 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Tural Zalov tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş törədilən inzibati xətaya görə hüquqi şəxs Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Odur ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi X20 izahat verib göstərdi ki, o, Şəxs MMC-nin direktorudur. Onun idarəçiliyində olan MMC-nin fəaliyyəti təşkilatlarla bağlanmış podrat müqaviləsinə əsasən müqavilələrdə nəzərdə tutulan şərtlərə uyğun, peşəkar səviyyədə və keyfiyyətlə icra edərək, onların nəticələrini sifarişçiyə müəyyənləşdirilmiş müddətdə icra proqramına uyğun qaydada təhvil verməkdən ibarətdir. Belə bir müqavilələrdən biri də, Şamaxı rayonunda fəaliyyət göstərən "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Həmin müaqviləyə əsasən onlar podratçı olaraq Şamaxı şəhəri, Şəhriyar küçəsi 1 ünvanda yerləşən sifarişçi "xxxx" MMC-nin mağazasının tikintisi və təmiri işlərini yerinə yetirməli idilər. Şəxs MMC "xxxx" MMC-nin mağazasının tikintisi və təmiri işlərini yerinə yetirəcək Şamaxı rayon sakinlərindən ibarət fəhlə və işçilərin xidmətindən istifadə etmiş və həmin şəxslərə də, əmək haqları da, verilmişdir. Odur ki, qeyd edilənləri nəzər alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verib bildirdi ki, 2021-ci ilin təxminən yaz-yay aylarında Şamaxı şəhərinin mərkəzi küçəsində təmir edilməkdə olan "xxxx" adlı marketdə işləmək üçün orada Tural adlı şəxsə müraciət etmiş, Turalı əvvəllər tanımamış, Tural ilə gündəlik 18-20 manat müqabilində bazarstore adlı marketdə fəhlə kimi işləməyə razı olmuş, yük boşaltmaq həmçinin kafel sökmək işlərini görmüş, hər gün deyil yalnız iş olan günləri işləyirmiş, Tural əvvəlcədən ona zəng edib çağırırmış o da onun dediyi gün və saatda gedib bazarstore adlı marketdə işləyirmiş, iş vaxtı səhər saat 7-8-dən günorta 1-ə, həmçinin 6-a kimi olmuş, Tural gündəlik ona 18-20 manat pulu əlbəəl olaraq vermiş, elə olmuşdur ki Tural onun yol pulunu da əlavə olaraq vermiş, aralarında heç bir əmək müqaviləsi bağlanmamış, əmək haqqı almağı ilə əlaqədar Tural tərəfindən tərtib olunmuş dəftərdə imza edirmiş, işə qəbul olduqdan sonra adları dəftərdə yazılırmış, işə gəldikdə həmin dəftərdə adlarının qarşısında imza edirmiş, həmçinin əmək haqqı aldıqda da həmin dəftərdə adlarının qarşısında imza edirmiş, Tural işləmələri ilə əlaqədar təhlükəsizlik qaydaları ilə onları tanış etməmiş, marketin təmir edilməsində usta və fəhlələrin üzərində nəzarəti Tural həyata keçirmiş, 2021-ci ilin yaz-yay aylarında təxminən bazarstore marketdə 3 ay işləmiş, Tural ödənilməli olan bütün pulu ona tam şəkildə vermiş, Turaldan heç bir şikayət və tələbi yoxdur, 3 aya yaxın bir vaxtda işləməyi ilə əlaqədar olaraq heç bir yerdə qeydiyyat, sənədləşmə aparılmamış, şirkət tərəfindən işə qəbul edilməmiş, iş saatı adətən səhər saat 08-dən saat 18 radələrinə qədərdir, saat 13:00-dan 14:00-ə qədər nahar fasiləsi olmuş, iş olduqda şənbə və bazar günləri də qeyd olunan marketdə əməyə cəlb edilməklə işləmiş, elə günlər olmuşdur ki, gecə vaxtı da yəni 12-dən sonra iş olduğu üçün gedib marketdə işləmiş, onunla bərabər həmçinin Anelli, Ağadur və adlarını xatırlamadığı digər şəxslərdə bazarstore marketdə işləmiş, Tural tərəfindən bazarstore marketdə təxminən 3 ay fəhlə işləmiş, onunla heç bir əmək müqaviləsi bağlanmamış, orada fəhlə kimi işləyib, günün sonunda əlbəəl formada Tural tərəfindən əmək haqqı almış, yük boşaltmaq həmçinin kafel sökmək işlərini görmüş, təhlükəsizlik qaydaları ilə tanış olmamış, Tural onlara əlcək, kaska və işləmək üçün digər əşyalar vermiş, orada işləmələri hər hansı formada sənədləşməmiş, orada gündəlik işləyib ora nəzarət edən Tural tərəfindən əmək haqqı ilə təmin edilmiş, onda ödənilmiş və ödənilməli olan əmək haqqı ilə əlaqədar olaraq hər hansı rəsmi sənəd, cədvəl və ya siyahı, istənilən maliyyə sənədi yoxdur. Tural tərəfindən ona belə bir sənəd verilməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verib bildirdi ki, 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında Şamaxı şəhərinin mərkəzi küçəsində təmir edilməkdə olan "xxxx" adlı marketdə işləmək üçün orada Tural adlı şəxsə müraciət etmiş, Turalı əvvəllər tanımamış, Tural ilə gündəlik 30 manat müqabilində bazarstore adlı marketdə fəhlə kimi işləməyə razı olmuş, emusiya, metlak, kərpic hörgüsü, malyar və hamam otağına kafel döşəməsi işlərini görmüş, hər gün səhər 8-dən axşam 6-a kimi orada işləmiş, Tural gündəlik ona 30 manat pulu əlbəəl olaraq vermiş, buna baxmayaraq Tural ona 10 günün pulunu yəni 300 manat pulu verməli olduğu halda verməmiş, aralarında heç bir əmək müqaviləsi bağlanmamış, əmək haqqı almağı ilə əlaqədar Tural tərəfindən tərtib olunmuş dəftərdə imza edirmiş, Tural işləmələri ilə əlaqədar təhlükəsizlik qaydaları ilə onları tanış etməmiş, marketin təmir edilməsində usta və fəhlələrin üzərində nəzarəti Tural həyata keçirmiş, 2021-ci ilin sentyabr ayından fevral ayına qədər bazarstore-da cəmi 6 ay işləmiş, 6 aym 1 ayını gündəlik 30 manat müqabilində digər 5 ayını isə gördüyü hər kvadrat metr üçün 3 manat müqabilində işləmiş, onunla bərabər oğulları Elşən və Elgün Muradovda əmək müqaviləsi olmadan bazarstore-da işləmiş, 6 aya yaxın bir vaxtda işləmələri ilə əlaqədar olaraq heç bir yerdə qeydiyyat, sənədləşmə aparılmamış, şirkət tərəfindən işə qəbul edilməmiş, iş saatı səhər saat 08-dan saat 18 radələrinə qədərdir, saat 13:00- dan 14:00-ə qədər nahar fasiləsi olmuş, şənbə və bazar günləridə qeyd olunan marketdə əməyə cəlb edilməklə işləmiş, elə günlər olmuşdur ki, uşaqları ilə birlikdə gecə 12-ə qədər işləmiş, Tural həmçinin oğlu Elşən və Elgün Muradova da cəmi 1000 manat əmək haqlarım verməmiş, Elşən Qazax rayonunda ali təhsil almaqdadır hal hazırda orada yaşayır, Tural Zalov tərəfindən bazarstore-da təxminən 6 ay fəhlə işləmiş, o və oğulları ilə heç bir əmək müqaviləsi bağlanmamış, orada fəhlə kimi işləyib, günün sonunda əlbəəl formada əmək haqqı almış, Tural ona və oğluna cəmi 1300 manat pulu verməmiş, Tural tərəfindən onlara hər hansı təlimat keçirilməmiş, təhlükəsizlik qaydaları ilə tanış olmamış, orada işləmələri hər hansı formada sənədləşməmiş, orada gündəlik işləyib ora nəzarət edən Tural tərəfindən əmək haqqı ilə təmin edilmiş, onda ödənilmiş və ödənilməli olan əmək haqqı ilə əlaqədar olaraq hər hansı rəsmi sənəd, cədvəl və ya siyahı, istənilən maliyyə sənədi yoxdur. Tural tərəfindən ona belə bir sənəd verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi növbəti məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, toplanmış 61C-22 nömrəli material üzrə X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığı müəyyən edildiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin baş direktoru Burhan Sevahilin əməlində Azərbaycan Respublikası İXMnin 192.1-ci və Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş. X14 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərini göstərən kifayət qədər dəlillər olduğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün Şamaxı rayon prokuroruna müraciət edilmiş və X17 və X12 gördükləri işin 41 müqabilində pulun alınması üçün mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət edib ödənilməli olan pul məbləğini tələb etmək hüquqları izah edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Şamaxı rayon Prokurorluğuna 17 may 2022-ci il tarixli 982 saylı məktubunun surətindən görünür ki, fiziki şəxs olaraq X20 ilə "xxxx" MMC arasında heç bir rəsmi müqavilə bağlanılmamış, ünvan 3şən "xxxx" MMC-nin mağazasının tikintisi və təmiri Şəxs MMC şirkəti ilə bağlanılmış podrat müqaviləsi əsasında həyata keçirilmişdir. Bundan əlavə, sözügedən ünvandakı mağazasının tikintisinə cəlb olunan işçilərin X20 ilə, yaxud Şəxs MMC ilə əmək müqaviləsi bağlayıbbağlamadığı onlara məlum deyil, bü cür müqavilələrin bağlanılması podratçının öhdəliyinə və riskinə daxil olan məsələlərdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən Şamaxı rayon Prokurorluğuna ünvanladığı 31 may 2022-ci il tarixli **********725500 nömrəli məktubunun surətindən görünür ki, uçot baza məlumatlarına əsasən X14 ********** saylı VÖEN-lə xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmət tərəfindən Şamaxı rayon Prokurorluğuna ünvanladığı 31 may 2022-ci il tarixli **********2 №-li məktubunun surətindən görünür ki, fiziki şəxs X20 tərəfindən X8, X17, X18 və X2 adma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli 1022 №-li "xxxx" MMC-dən Şamaxı rayon Prokurorluğuna daxil olmuş məktub və əlavə edilmiş ünvan 3şən "xxxx" MMC-nin mağazasının tikinti və təmir işlərinin icra olunması ilə bağlı Şəxs MMC ilə bağlanılmış xx.xx.2021-ci il tarixli İST/013-2021 saylı podrat müqaviləsi və xx.xx.2021 -ci il tarixli İST/013-2021 saylı podrat müqaviləsinə 2 №-li Əlavənin surətindən görünür ki, “Sifarişçi” adından "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil ilə “podratçı” adından Şəxs MMCnin direktoru Tural Zalov ilə 12 iyul 2021-ci il tarixdə işlərin görülməsinə dair podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Podratçı Sifarişçiyə məxsus ünvan 3şən qeyri-yaşayış binasının həmin Müqaviləyə Əlavə №l-də (Semta layihəsi) müəyyən edilən xüsusiyyətlərdə təmir-tikinti və bərpa işləri Müqavilədə göstərilən müddətdə, təsdiq olunmuş layihə smeta sənədlərinə və texniki şərtlərə uyğun, tikinti norma və qaydaları ilə müəyyən olunmuş şəkildə yerinə yetirərək tam şəkildə təhvil verməyi, Sifarişçi isə İşləri Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında təhvil almağı və dəyərini Podratçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.1.2 və 5.1.6-cı bəndlərinə əsasən Podratçı işləri öz işçi qüvvəsi və köməkçi materialı, maşın- mexanizmi vasitəsi ilə smetada nəzərdə tutulan keyfiyyətdə material və avadanlıqlarla yerinə yetirməlidir. Podratçı Müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayır. Podratçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü öhdəliklərdən və bilməməsi ilə bağlı Sifarişçi qarşısında müvafiq məsuliyyətdən azad etmir. Müqavilənin 5.1.7-ci bəndində əsasən Müqavilənin Podratçı tərəfindən tam və lazımınca yerinə yetirilməsi üçün zəruri olan hüquqi və təşkilatı məsələlərin həlli, əlaqədar icazələrin, razılaşmaların və lisenziyaların, habelə digər əlaqəli sənədlərin alınması Podratçının fərdi məsuliyyəti və xərcləri hesabına təmin ediləcəkdir. Müqavilənin 11.1.2 və 11.1.3-cü bəndlərinə əsasən öz fəaliyyəti çərçivəsində normativ- hüquqi və normativ-texniki sənədlərin tələblərinə riayət edilməsi və fəaliyyətini sənaye təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsi, habelə istehsalat proseslərinin qüvvədə olan norma və qaydalarma uyğun qurmaq Podratçının vəzifəsidir. İş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022ci il tarixli arayışlardan görünür ki, araşdırma zamanı müxtəlif vaxtlarda dəfələrlə X14 istifadəsində olan ***-***-**-** GSM nömrəsinə, həmçinin yaşadığı ünvana teleqram və çağırış vərəqələri göndərilərək rayon prokurorluğuna gələrək izahat verməli olduğu izah edilsə də, Tural Zalov izahat vermək üçün rayon prokurorluğuna gəlməyəcəyini bildirmişdir. İş materiallarında olan Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini X17 və Şamaxı şəhər sakini X4 Şamaxı rayon prokurorluğuna ünvanladıqları ərizənin surətindən görünür ki, ünvan 3şən "xxxx" MMC-nin mağazasının tikintisi və təmiri işlərinin yerinə yetirilməsində fəhlə olaraq işləsələr də, Tural adlı şəxs tərəfindən əmək haqlarını ala bilməmələrini göstərmişlər. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində cərimə təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar