Məhkəmə qərarları › İş №3(074)-177/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-177/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-177/2023 11.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X6 Xidmətinin inspektoru X1 iştirakı ilə, Şamaxı Rayon Polis X6 Xidmətinin inspektoru X1 İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, X5 xx.xx.2023-cü il tarixdə, saat 15:20-də Şamaxı şəhəri, X10 küçəsində “VAZ 21214 minik” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Nəticədə, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. X5 şikayət verərək, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Vaz 21214” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisidir və onu idarə edir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi həmin avtomobil ilə Şamaxı Rayon İcra Şöbəsindən Avtovağzal dairəsinə çıxmaq üçün hərəkət edən zaman, Şamaxı Rayon Polis X8 Polisi əməkdaşları maşınını saxlatmışlar və ona avtomobili düzgün istiqamətdə sürmədiyini, əks istiqamətə çıxdığını bildirmişdirlər. Onlara dəfələrlə izah etmişdir ki, əgər o əks istiqamətə çıxmışsa, həmin yolun bir istiqamətli olması, bir istiqamətli yolda geriyə hərəkət etmənin qadağan olunmasına dair yol nişanını göstərsinlər və qanuna müvafiq əgər orada yol nişanı varsa, protokol tərtib etsin. Həmin yoldan hər gün yüzlərlə avtomobil hərəkət edir və yol istiqamətini göstərən yol nişanı olmayan yolda necə onun inzibati xəta törətdiyi məlum olur. Nəticədə onun barəsində TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 100 manat cərimə olunmuşdur. Məhkəmə iclasında Şamaxı Rayon Polis X6 Xidmətinin inspektoru X2 şikayəti əsassız hesab edərək, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, şikayət verən Fariz Azayev məhkəməyə ünvanladığı müraciətində təhsili ilə əlaqədar başqa rayonda olması səbəbindən, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayətə onun iştiakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “VAZ 21214” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili idarə edərkən, üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsində göstərilir ki, yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 62-ci maddəsinə əsasən, xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Həmin Qanunun 69-cu maddəsinin İ bəndinə əsasən, yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. V bəndinə əsasən, yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10, 1.17 və 1.25 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. Vİ bəndinə əsasən, 1.1 üfiqi nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X3 avtomobili idarə edərkən, üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, şikayət isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Polis X6 Xidmətinin inspektoru X1 İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar