Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-178/2023 28.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 564-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 564-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X17 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində 12 nəfər sakinin su borusunu sındırmaqla ictimai yerdə onlara qarşı nalayiq ifadələr işlətməsi ilə, bilə-bilə yalan məlumat verməsi aşkar edilmişdr. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 564-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, təxminən 10 il öncə Şamaxı rayon Həmyəli kəndində su xətti çəkiləndə həmin kənd iki hissəyə ayrılmışdır. O və atası Ayadxan ilə birlikdə həmin iki hissəli su xəttini üç hissəyə ayırmış və bundan sonra həmin su xətini məhlədəki 24 nəfər şəxsə xeyratdıx üçün bölüşdürmüşlər. Orda çəkilən su xətti ilə bağlı heç kimdən zəhmət haqqı almamışlar. Bundan əlavə bir neçə dəfə su məsləsi və heyvan növbəsi ilə əlaqədar yuxarıda qeyd edilən şəxslərlə aralarında mübahisələri olmuşdur. 08 aprel 2023-cü il tarixdə 11 radələrinə kimi olan müddət ərzində onun həyətinə kəndin yuxarı hissəsində olan su xəttindən su gəlmişdir. Lakin həmin tarixdə su gəlmədiyinə görə yuxarıda qeyd etdiyi əraziyə gedib baxmış, həmin vaxt su borularının yerində olmadığını və başqa şəxslərin evinə yeni su xəttinin çəkilməsinin şahidi olmuş və bundan əsəbləşib onların su borularını yerindən çıxarıb evinə aparıb qoymuşdur. Əsəbinin səbəbi həmin yerə çox əziyyət çəkməyi idi. O, su borularının yerində olmadığını görüb və bundan əsəbləşib zədələyərək götürüb evinə aparmış, elə həmin gün bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. O, heç kimi nalayiq ifadələrlə təhqir etməmişdir. Onu kənd sakini Yavuz döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verib bildirdi ki, Şamaxı rayonu Həmyəli kəndində yerləşən su xətti təxminən 1985-ci ildən kənd sakinlərinin köməkliyi ilə çəkilmişdir. Həmin onlara düşən payda 12 nəfərin payına su düşür. Onlar aralarında su ilə bağlı anlaşmazlıq olmamış lakin, Şəxs Ayətxan oğlu 2017-ci ildə su xəttinin özünə məxsus olduğunu demiş onlarla mübahisə etmiş, dəfələrlə polisə əsasız şikayət etmişdir. Həmçinində nalayiq ifadələr işlətdiyinə görə rayon Məhkəməsinədə işi düşmüşdür. 08 aprel 2023-cü il tarixdə su xəttindən suyun gəlməməsini görmüşdür. 09 aprel 2023-cü il tarixdə suyun gəlmədiyini görən zaman xəttə baxan zaman xəttinin bir hissəsinin kəsildiyini Şəxs Ayətxan oğlunun yaşadığı evin istiqamətində su borusunun olduğunu görmüşdür. 08 aprel 2023-cü il tarixdə gecə saatlarında Ağadadaş adlı şəxsin su xəttini kəsəcəyini deməsinin və həmin ətrafda olduğunun şahidi olmuşdur. Ağadadaşa bu barədə nəsə deyilərkən ünvanlı nalayiq ifadələr işlədir dərhal polisə məlumat verir. Kəndin məhləsinə məxsus su boruları 08 aprel 2023-cü ilin axşam saatlarında yararsız vəziyyətə düşmüş, təxminən 200 metr su borusunu götürüb aparmışdır. Su boruları sınmış əzilmişdir. O, bununla bağlı polisə 09 aprel 2023-cü il tarixdə müraciət etmişdir. Məhləyə məxsus su xəttinin sınması, əzilməsi, yararsız vəziyyətə düşməsi nəticəsində təxminən 200 manat ziyan dəymişdir. Məhləyə məxsus su xəttinin götürüb aparması nəticəsində təxmini 430 manat ziyan dəymişdir. Şamaxı rayonu Həmyəli kəndində yerləşən su xətti təxminən 1985-ci ildən kənd sakinləri tərəfindən çəkilmişdir. Həmin vaxt Ağadadaş heç suyun çəkilməsinə pul verməyib, evidə kənddə olmamışdır. Lakin atası Ayatxan həmin vaxt su çəkilməsinə köməklik göstərmişdir. Yəni onların ailəsi su xətini tək çəkməyiblər. Bir ay öncə yəni 2023-cü ilin mart ayında 12 nəfər şəxs nümayəndə və bələdiyyənin iştirakı ilə əlavə su çəni və su boruları şəxsi vəsaitləri ilə alaraq iki yerə bölünmüşdür yəni 12 nəfər şəxs tam ayrılmışdır. Həmin 12 nəfəriri içərisində Ağadadaş adlı şəxsin su payı olmamışdır. Onun payı öz evinin yaxınlığındakı paya qoşulmuşdur. Ağadadaş çox vaxt kəndin hündür hissəsində olan dağın üstünə çıxaraq uca səslə nalayiq ifadələr işlədir ki, kənddə hamı eşidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11, X2, X1 Cavanşir Talıb oğlu ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı rayonu Həmyəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayanlar X18, X8, X11, X4, X12, X5, X9, X13, X2. X19 və Şamaxı rayonu Həmyəli kəndində yaşayan Şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətləri X18, X8, X11, X4, X12, X5, X9, X13, X2. X19 vəŞəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət müraciət etmək hüquqlarının olduğu onlara izah edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 232-1-ci, 510-cu və 564-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 11 aprel 2023-cü il tarixli 88 saylı ekspert rəyində Şəxs almış olduğu xəsarətlərin sifətin sol yuxarı hissəsində, qulaq seyvanı proyeksiyası üzrə iki ədəd səthi sıyrıqlar küt əşya təsirindən törənmişlər, yetirilmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir. Həmin xəsarətlər yerləşmə nahiyyələrinə, səthiliyinə görə eləcədə bədənin əl çatan nahiyyələrində yerləşmələri xəsarətlərin zərərçəkənin özü tərəfindən yetirilməsinin mümükün olduğunu deməyə əsas verir. Şəxs almış olduğu xəsarətlərin ayrı-ayrılıqda və ümümilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 09 aprel 2023-cü il tarixdə, vətəndaşlar X18, X8, X11, X4, X12, X5, X9, X13, X2, X19 09 aprel 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişlər.Ərizədə Şəxs Ayatxan oğlunun məhləyə məxsus 200 metr su borusuna ziyan vurması və digər hissəsini isə aparmasını göstərmişlər. Vət. Şəxs 11 aprel 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət edərək dörd gün öncə Yavuz Ömərov adlı şəxs tərəfindən döyülməsini göstərmişdir. Araşdırma zamanı 08 aprel 2023-cü tarixdə saat 11 radələrində Şamaxı rayon Həmyəli kəndində Şəxs həmkəndliləri X18, X8, X11, X4, X12, X5, X9, X13, X2. X14 məxsus 400 metr kalçuk su borularına ziyan vurması faktı öz təsdiqini tapmışdır. Şəxs bu əməlləri hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta hesab edilir.Həmçinində ,Şamaxı rayon Həmyəli kəndində küçədə Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi faktı alınmış izahatlarla öz təsdiqini tapmışdır. Şəxs bu əməlləri hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta hesab edilir. Araşdırma zamanı qeyd olunan tarixdə Şəxs Şamaxı rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvlərini bilə-bilə yalandan Şamaxı rayonu, Həmyəli kəndinə olduğu əraziyə çağırması faktı alınmış izahatlar ilə öz təsdiqini tapmışdır. Şəxs bu əməli isə hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə inzibati xəta hesab edilir. Həmçinində Şamaxı rayonu Həmyəli kəndində yaşayan Şəxs ilə həmkəndliləri X18, X8, X11, X4, X12, X5, X9, X13, X2. X19 aralarında mülkü xarakterli mübahisənin olması məlum olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi onun səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1 və 510-cu maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddəri ilə yanaşı, həmçinin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsində nəzərdə tutlmuş inzibati xətaya dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-178/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-178/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver