Məhkəmə qərarları › İş №3(074)-179/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-179/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-179/2022 15.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə İsmayıllı rayonu, Bilistan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 radələrində Şamaxı rayonu, Muğanlı kəndindən Şamaxı şəhəri istiqamətində avtomobili süərxoş halda idarə edərkən saxla əmrinə tabe olmayaraq və Şamaxı şəhər M.Bayramov küçəsində ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə yaxın quhumunun toy məclisində olmuş, oradan çıxan zaman içkili olduğuna görə polis əməkdaşları onu Nurlan şadlıq sarayının qarşısında görmüşlər, ona yaxınlaşıb sərxoş oluğunu görüb polis şöbəsinə gətirmişlər. Odur ki, Şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis serjantı X4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Şamaxı rayonu, Muğanlı kəndində PPXB-nin polis nəfərləri Elçin Cəbrayıllov və Amil İsgəndərovla birlikdə xidmətdə olan zaman **-EK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü sərxoş vəziyyətdə həmin avtomaşına əyləşərək idarə etdiyini görmüşlər. Həmin sürücüyə saxla xəbərdarlıq etsələrdə o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq avtomaşını ilə rayon istiqamətinə idarə etmişdir. Radio rabitə vasitəsi ilə RPŞ-nə məlumat vermişlər və xidmətdə olan YPX-nin əməkdaşlarına nəqliyyat vasitəsini saxlamasına kömək istəmişlər, lakin o, YPX-nin əməkdaşlarının da tələbinə tabe olmayaraq M.Bayramov küçəsinə qədər hərəkət edərək və orada nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşüb ünvansız nalayiq söyüşlər söyərək öz hərəkətlərinə haq qazandırmışdır. Həmin şəxs tərəflərindən dəfələrlə nizam intizama dəvət edilsədə öz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən RPŞ-nə gətirlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı X2 və kiçik polis serjantı X1 RPŞ-nin PPXB-nin polis serjantı X5 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan BB № 018997 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:58 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:08 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1,0062% litrdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı, şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalı, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunacaq cərimə azaldılmalı və o, məhkəmə zalında dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50(əlli) manata azaldılsın və qəti olaraq 150 (yüz əlli) miqdarında inzibati cərimə edilsin və o, məhkəmə zalında həbsdən dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar