Məhkəmə qərarları › İş №3(074)-180/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-180/2022

23.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-180/2022 23.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla İsmayıllı rayonu Cülyan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, 23 iyul 2022-ci il tarixdə Bakı- Şamaxı-Yevlax yolunun 121-ci kilometrliyində Şəxs YPX əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomobilini polis əməkdaşının üzərinə sürərək qaçmış, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 23 iyul 2022-ci il tarixdə saat təxminən 06:30 radələrində Bakı- Şamaxı-Yevlax yolunun 121-ci kilometrliyində idarə etdiyi “Mercedes Viano” markalı **-RB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən yol patrul polisi ona saxla işarəsi vermiş, o isə avotomobilini saxlamışdır. Polis əməkdaşı ona sürücülük hüququnun məhdudlaşdırıldığını bildirdikdə qorxmuş və maşını döndərərək geri qayıtmışdır. Polis maşının arxasınca gəldiyini görüb bir kəndə girmişdir. Oradan dönüb qayıdanda isə polis maşını ilə üzbəüz gəlmiş, solda boş yer olduğundan oradan sürüb getmək istəyərkən maşını polis maşınını sürtmüşdür. Oradan yola çıxandan sonra isə başqa polis maşını ona saxla işarəsi vermiş o, isə həyəcanlandığından və özündə olmadığından hərəkətini davam etdirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X2 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 06:30 radələrində xidməti patrul avtomobili olan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci kilometrliyində xidməti təşkil edən zaman, üfüqü nişanlanmış 1.1 və 3.20 ötmə qadağandır yol nişanının tələbini pozan “Mercedes Viano” markalı ** RB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ötmə əməliyyatı etdiyi üçün tərəfindən saxlanılmış və həmin avtomobilin sürücüsünə özünü təqdim edərək, etdiyi qayda pozuntusunu izah edib, həmin şəxsdən sənədlərini təqdim etməsini bildirmişdir. Həmin şəxs sənədlərin üzərində olmadığını bildirdiyindən, bort kompyuter vasitəsi ilə baxıb sürücü Şəxs avtomobili idarə etmək üçün sürücülük hüququndan məhrum olunmasını, nəqliyyat vasitəsində operativ nəqliyyat vasitəsinə aid olan səs siqnalı aşkar edildiyi üçün sürücüyə nəqliyyat vasitəsini tərk etməsini bildirmişdir. Sürücü bundan qərəzlənərək yüksək səslə küçədə qışqırmağa başlamışdır. Daha sonra həmin şəxsi nizam-intizama dəvət etsə də o, yenidən öz qərəzli hərəkətlərinə davam etdirərək avtomobili hərəkət etdirməyə başlamış və həmin vaxt sürücü manevr qaydasını pozaraq xidməti patrul avtomobilinin sağ qanadından vurmuşdur. Həmin şəxsə saxla işarəsi versə də o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq oradan uzaqlaşmışdır. Daha sonra həmin şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 06:30 radələrində xidməti patrul maşını olan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci kilometrliyində arxadan gələn “Mercedes Viano” markalı ** RB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üfiqi nişanlanma və 3.20 ötmə qadağandır nişanının tələbini pozan ötmə əməliyyatı etmiş və tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və qayda pozuntusunu izah edərək sənədlərini təqdim etməsini bildirmişdir. Sürücünün kimliyini bort kompyuter vasitəsi ilə təyin edən zaman Şəxs sürücülük hüququnun məhdudlaşdırıldığını avtomaşında çox avazlı səs siqnalının quraşdırıldığını aşkar etmişdir. Sürücüyə nəqliyyat vasitəsini tərk etməsini bildirən zaman sürücü bundan qərəzlənərək avtomaşını hərəkətə başladaraq manevr qaydasını pozaraq xidməti patrul maşınını vuraraq və polisin qanuni tələbini pozaraq hadisə yerindən yayınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar