Məhkəmə qərarları › İş №3(074)-180/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-180/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-180/2023 01.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, zərərçəkmiş Zərərçəkmiş şəxs Gülcan qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Rusiya Federasiyasının Xabarovsk diyarının Verxnebureinski rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, “VİP” marketdə fəhlə işləyən, Şamaxı şəhəri, “Yolkalıq massivi” adlanan ərazidə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, “Yolkalıq massivi” adlanan ərazidə yerləşən evində həyat yoldaşı Zərərçəkmiş şəxs Gülcan qızına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs Gülcan qızı ilə mübahisə etmiş və həmin zaman həyat yoldaşını sillə ilə vurmuşdur. Etdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs Gülcan qızı izahat verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları evdə olan zaman, həyat yoldaşı Şəxs ilə aralarında mübahisə yaranmış və həmin vaxt Murad onu sillə ilə vurmuşdur. Nəticədə o, xəsarət almışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs Şamaxı şəhəri, “Yolkalıq massivi” adlanan ərazidə yerləşən yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs Gülcan qızını döymüş və nəticədə sonuncu dərəcəsi təyin edilməyən xəsarət almışdır. Bununla bağlı, onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarilxi qərarda qeyd olunur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində aralarında yaranmış mübahisə zənmində, Şəxs yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs Gülcan qızını sillə ilə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs Gülcan qızının müraciəti əsasında, toplanmış material üzrə cinayət işinin başlnaması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın rayon polis X1 bölməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda göstərilir ki, MTE-nin xx.xx.2023-cü il tarixli, 391 saylı ekspert rəyində Zərərçəkmiş şəxs Gülcan qızının almış olduğu xəsarət - sağ qulağın sırğalıq hissəsinin cızığı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixə uyğun olduğunu, Zərərçəkmiş şəxs Gülcan qızının almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar