Məhkəmə qərarları › İş №3(074)-181/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-181/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-181/2022 25.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X2 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi ərizə üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı RPŞ-nin DYP-nin inspektoru X1 barəsində qanunsuz olaraq protokol tərtib etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə avtomobili dayanmış vəziyyətdə yəni hərəkətdə olmaya-olmaya avtomobilində oturmuşdur. Şamaxı RPŞ-nın DYP-nin inspektoru X1 onun avtomobilinin arxasında saxlayaraq mikrafonda ona özünün oturduğu xidməti maşının yanına getməyini tələb etmiş, o, isə avtomobildən düşüb onun xidməti avtomobilinə yaxınlaşmış və ondan alkaqol içki içibiçmədiyini soruşmuşdur. O, da bildirmişdir ki, “GO” adlı sərinləşdirici içki içmiş, yəni digər spirtli içki içməmiş və avtomobili də dostu Xəqani idarə edir. Avtomobil orda qalmış və onu Şamaxı RPŞ-nə aparmışlar orada alkotester etmişlər. O, narazılıq edərək həkim müayinəsindən keçməyi tələb etsə də onlar israr edərək onu xəstəxanaya aparmamışlar və öz alkotester rəyləri ilə protokol tərtib edəcəklərini əks halda isə 250 manat versə protokol tərtib etməyəcəklərini demişlər. O, da bildirmişdir ki, onun içki dərəcəsi o qədər deyildir, həkim müayinəsi istəyir əks halda protokoldan şikayət edəcəkdir. Həmin protokolu xx.xx.2022-ci ildə Şamaxı RPŞ-dan almış və qərardan fikirlərini qeyd etmək üçün şərait yaratmamışlar. Odur ki, qeyd etdiklərini nəzərə alaraq Şamaxı RPŞ-nın DYP-nin İXP ******* saylı qərarını ləğv edib qanunsuz protokolu Şamaxı RPŞ-nın DYP-nin inspektoru X1 barəsində xususi qərardad çıxarmağınızı xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, X4 İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etsə də, ərizəyə əlavə edilmiş inzibati xəta haqqında qərarın seriya və nömrəsi başqadır. Eyni zamanda X4 məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X3 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində (İXM-nin 126.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar