Məhkəmə qərarları › İş №3(074)-182/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-182/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-182/2025 16.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/25178714 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25330127 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25418987 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25411174 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25410779 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25417531 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25471972 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25668955 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25763307 nömrəli, xx.xx.2025-ci tarixli EQ/25919442 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25920454 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25945067 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25964925 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/26094490 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X10 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinin onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli EQ/25178714 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25330127 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25418987 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25411174 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25410779 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25417531 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25471972 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25668955 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25763307 nömrəli, xx.xx.2025-ci tarixli EQ/25919442 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25920454 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25945067 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25964925 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/26094490 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş X15 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli protokol üzrə xx.xx.2024-cü il tarixli, EQ 25330127 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25418987 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25411174 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25410779 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25417531 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25471972 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25531554 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25668955 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25703469 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25755817 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25763307 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25919442 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25920454 nömrəli protokol üzrə xx.xx.2025- ci il tarixli, EQ 25945067 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 25964925 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli, EQ 26094490 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli Qərarlarının hər biri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Həmin qərarlar onun barəsində ona görə verilmişdir ki, guya o, “Toyota Camry minik” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı və “Toyota Hilux” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini sürücülük hüququ məhdudlaşdırıldığı halda idarə etməklə, yolda müəyyən edilmiş hərəkət sürətini müəyyən həddə aşmışdır. Adları qeyd edilən nəqliyyat vasitələrinin heç biri nə ona məxsus deyil, nə də qərarlarda göstərilən tarixlərdə həmin nəqliyyat vasitələrini idarə etməmişdir. “Toyota Camry minik” markalı **- RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4, “Toyota Hilux” markalı 90-VP- 262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri isə X5 məxsusdur. Onun sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra heç vaxt heç bir nəqliyyat vasitəsi idarə etməmişdir. Avtomobillərin sahibləri tərəfindən sürət həddinin müəyyən həddə aşılması nəticəsində elektron protokol tərtib edilərkən isə, avtomobillərə dair sonuncu etibarnamə onun adına mövcud olduğu üçün, elektron qərarlar da onun barəsində tərtib edilmişdir. Barəsində şikayət verdiyi qərarlardan, eləcə də, qeyd edilən nəqliyyat vasitələrinin idarə olunması zamanı tərtib edilmiş digər elektron qərarların mövcudluğundan cari ilin aprel ayının əvvəlində məlumat almış və qərarların ləğv edilməsi haqqında Azərbaycan Respublikası Baş X15 İdarəsinə müraciət etmişdir. Nəqliyyat vasitələrinin sahibləri də DYP-də olmuş və avtomobilləri özlərinin idarə etdiklərini etiraf etmişlər. Bu səbəbdən, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarların müəyyən hissəsi Baş DYPİ-nin rəis müavini Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, lakin digər qərarlardan şikayət vermə müddətinin ötməsi səbəbindən ləğv edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarların heç biri ona rəsmi qaydada verilməmiş və o, həmin qərarlar barədə məlumatsız olmuşdur. 2025-ci ilin mart ayında “Toyota Camıy minik" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı və “ Toyota Hilux ” markalı 90- VP-262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri öz sahibləri tərəfindən idarə olunarkən DYPİ əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirildikdən sonra, avtomobil sahiblərinin ona verdiyi məlumatdan sonra bilmişdir ki, onun barəsində xeyli sayda inzibati xəta haqqında qərar mövcuddur. 07 may 2025-ci il tarixində Şamaxı Rayon Dövlət X14 müraciət etdikdən sonra, hazırkı şikayət üzrə mübahisələndirilən qərarlar DYPİ əməkdaşları tərəfindən çap edilərək ona verilmişdir. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması və bütün qərarlar üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X10 şikayətini müdafiə edərək izahatında bildirdi ki, onun sürücülük hüququna xx.xx.2024-cü il tarixdən məhdudiyyət qoyulmuşdur. Bu barədə ona SMS gəldikdən sonra heç bir avtomobil idarə etməmişdir. Barəsində şikayət etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarlar tam əsassızdır, buna görə də qərarlar ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərarlarda qeyd edilən tarixlərdə “TOYOTA CAMRY” markalı, **-RS-*** və “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilləri o yox, həmin avtomobillərin sahibləri, yəni dayıları X7 və X8 idarə etmişdir. Lakin həmoin avtomobillərə dair sonuncu etibarnamə onun adında olduğundan inzibati tənbeh vermə haqqında qərar səhvən onun barəsində qəbul edilmişdir. Buna görə o, əvvəlcə Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinə şikayət etmiş, onun dedikləri öz təsdiqini tapdığından barəsində qəbul edilmiş qərarların bəziləri ləğv edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, X10 onun bacısı oğludur. 2024-cü ildə ona məxsus “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün X9 etibarnamə vermiş, amma ləğv etdirməmişdir. “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, özündən başqa həmin avtomobili idarə edən olmamış, bütün edilən inzibati xətaları o, törətmişdir. Yəni, inzibati xətalar X10 tərəfindən deyil, onun tərəfindən törədilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, 2023-cü ildə həcc ziyarətinə gedərkən özünə məxsus “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilli bacısı oğlu X9 idarə etmək üçün etibarnamə vermişdir. Ancaq ziyarətdən qayıtdıqdan sonra o, avtomobilini özü idarə etmiş və inzibati xətalarda onun tərəfindən törədilmişdir. Bacısı oğlu olduğundan verdiyi etibarnaməni ləğv etdirməmişdir. Qeyd edilən cərimələrdən xəbəri olmamışdır. Məhkəmə, şikayətçinin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/25178714 nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:23 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25330127 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25410779 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:05 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25417531 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:42 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25531554 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:46 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25703469 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:48 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25755817 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/2576307 nömrəli qərardan görünür ki, xx.xx.2025ci il tarixdə saat 18:43 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25919442 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25920454 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:43 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25945067 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:32 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25964925 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:29 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26094490 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:59 radələrində “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25418987 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:05 radələrində “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25411174 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:27 radələrində “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25471972 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:08 radələrində “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 469.3 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25668955 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:51 radələrində “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X10 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan AD 420819 nömrəlii nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli, ƏN-Vİ 585612 nömrəli etibarnamənin surtəindən görünür ki, X7 tərfindən X9 “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli “Elektron notariat” X1 çıxarışından görünür ki, X8 tərfindən X9 “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-İ-54102 nömrəli qərarının surətindən görünür ki, vətəndaş X6 barəsində çıxarılmış EQ/26800510, EQ/26768998, EQ/26655020, EQ/26607232, EQ/26603929, EQ/26590088, EQ/28555909, EQ/26554658, EQ/26552782, EQ/26535679 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi, vətəndaş. X8 (BC 810112) barəsində Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx), 339.1-1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanın törədilməsinə görə 50 (elli), 328.1-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər bir xəta üzrə 10 (on), 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (elli), 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet, o cümlədən 'ASAN ödəniş' sistemi vasitəsilə ödənməsi, inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarından görünür ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərarların qəbul edildiyi tarixlərdə X4 məxsus olan “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və X5 məxsus olan “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilləri faktiki olaraq o, idarə etməmiş və yuxarıda isnad edilən inzibati xətalarda məhz onun tərəfindən törədilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X4 məxsus olan “TOYOTA CAMRY” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və X5 məxsus olan “TOYOTA HİLUX” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin X10 tərəfindən deyil, X8 və X7 tərəfindən idarə edilməsi məhkəmə iclasında öz təsdiqini tapdığından X6 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən X10 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/25178714 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25330127 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25418987 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25411174 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25410779 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25417531 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25471972 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25668955 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25763307 nömrəli, xx.xx.2025-ci tarixli EQ/25919442 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25920454 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25945067 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25964925 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/26094490 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli EQ/25178714 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25330127 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25410779 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25417531 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25531554 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25703469 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25755817 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25763307 nömrəli, xx.xx.2025-ci tarixli EQ/25919442 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25920454 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25945067 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25964925 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/26094490 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən inzibati xətalar üzrə xx.xx.1985-ci il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinə göndərilsin. xx.xx.2025-ci il tarixli EQ/25418987 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25411174 nömrəli, xx.xx.2025-ci il tarixli EQ/25471972 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/25668955 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən inzibati xətalar üzrə xx.xx.1983-cü il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan X3 barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar