Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-185/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şamaxı şəhəri A.Abdullayev küçəsi ev 15 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 15:10 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində idarə etdiyi avtomobili Sakit Abbasovun avtomobilinə vuraraq əmlakına qəsdən ziyan vurmuş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı şəhər sakini X3 onun qohumudur. Onların münasibəti yaxşı olmuş, aralarında hər hansı bir dava dalaş və ədavət olmamışdır. Təxminən 4 il bundan əvvəl atası ilə Sakit Abbasov arasında mübahisə olmuşdur. 20 aprel 2022-ci il tarxində saat 15:10 radələrində o, atası Vidadi Mahmudovun işlədiyi sexdə olan zaman Sakit Ababsov özünə məxsus olan “VAZ 21703” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların yaxınlığına gəlmiş və avtomobildən enməyərək atası Vidadi Mahmudovu təhqir etməyə başlamışdır. Bundan sonra Sakit Abbasov avtomobilini idarə edərək oradan uzaqlaşan zaman o, da “VAZ 2106” markalı avtomobil ilə onun arxası ilə getmiş, Şamaxı şəhərində gül satılan yerin yaxınlığında işiqfora çatmamış Sakit Abbasov avtomobilinin əyləcini basdığından onun avtomobili Sakit Abbasovun avtomobilinin arxa hissəsinə dəymişdir. Bundan sonra Sakit Abbasov avtomobili saxlamayaraq oradan getmiş və RPŞ-nə onlardan şikayət etmişdir. Həmin vaxtı qardaşı və atası onları sakitləşdirmək üçün, onların arxasınca gəlmişlər. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Hadisə zamanı qardaşının əlində hər hansı əşya olmasını və qardaşının Sakitin maşınını vurması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahat verib bildirdi ki, o, televizor və krosnu ustası kimi fəaliyyət göstərir. Vidadi adlı şəxsi uzun müddətdir ki, tanıyır. Onunla aralarında qohumluq əlaqələri vardır. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə əsas səbəb Vidadi Mahmudov adlı şəxslə aralarında bir neçə il bundan əvvəl baş vermiş münaqişədir. Həmin gün o idarə etdiyi avtomobillə onların işlədiyi sexin qarşısından keçərkən Şəxs və onun atası Vidadi Mahmudov və qardaşı Orxan Mahmudov ilə birlikdə onun arxasınca söymüşlər daha sonra N.Nərimanov küçəsində onu araya salmışlar, Ülvi adlı şəxs qəsdən maşınının arxa hissəsinə maşını ilə vuraraq və geri çəkilərək yenidən vuraraq ona maddı ziyan vurmuş, həmçinin maşında olan 1000 manat dəyərində televizoru yararsız vəziyyətə salmış, daha sonra qardaşı Orxan əlində olan bıçaqla avtomobilin yan tərəfinə zərbə vurmuşdur Onların ona xəsarət yetirəcəyini bildiyi üçün o, dərhal oradan avtomobil ilə uzaqlaşmış və Şamaxı RPŞ-nə gələrək müraciət etmişdir. Ondan şikayətçidir. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə yaxın qohumu Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21703” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, özü hadisənin şahidi olmamış, lakin Şəxs onun avtomobilinə 820 manat məbləğdə ziyan vurması ona məlumdur. Eyni zamanda hadisə zamanı avtomobildə ona məxsus 1000 manat dəyərində olan televizorda qırılmışdır. O, ona vurulmuş ziyanın ödənilməsini istəyir. Məhkəmə iclasında şahid X1 izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs1 adlı şəxslə uzaq qohumluq münasibətləri vardır. Hadisənin baş verməsinə səbəb bir neçə il bundan əvvəl aralarında baş vermiş ədavət olmuşdur. Hadisə baş verən gün həmin şəxs işlədikləri yerin qarşısına gələrək ona və ailə üzvlərinə qarşı qəsdən nalayiq ifadələr işlədərək onları qıcıqlandırmışdır. Bundan sonra oğlu Ülvü ondan bunun səbəbini soruşıduqda Sakit maşına əyləşərək oradan uzalaşdırmışdır. Oğlu Ülvü əsəbi şəkildə onun arxasınca getmişdir. O, və digər oğlu Orxan ilə birlikdə onların arxasınca getmişlər ki, onları sakitləşdirsinlər. Şamaxı şəhəri N.Nərimanov küçəsində Sakit adlı şəxs maşının əyləcinə basaraq maşını saxlayan zaman oğlu Ülvü istəmədən onun maşınının arxa hissəsinə idarə etdiyi avtomobil ilə dəymiş, daha sonra həmin şəxs oradan uzaqlaşaraq Polis Şöbəsinə onlardan şikayət etmişdir. O və digər oğlu Orxan Sakitin avtomobilinə heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi onun səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-185/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-185/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver