Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-185/2024 21.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1965-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadığı ünvanda döyərək xəsarətlər yetirmişdir. Bu səbəbdən də, Şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, uzun illərdir ki, mərhum atası Zərərçəkmiş şəxs1 məxsus evdə yaşayır. Atası 1984-cü ildə vəfat etdikdən sonra atasından onlara qalan İmamlı küçəsi ev 54 ünvanında olan evdə iki qardaşı, o, bacısı və anası birlikdə qalmışdır. X5 1988-ci ildə ailəsi ilə birlikdə başqa evə köçdüyündən o, mərhum qardaşı Azər ilə birlikdə yaşamağa başlamışdır. X7 1993-cü ildə ailə həyatı qursada o ailəsi ilə birlikdə onların ata evində yaşamağa başlamışdır. Lakin mərhum X7 və onun ailə üzvləri o, və anası ilə mütaəmadi olaraq mübahisələr etmiş, aralarında narahatçılıqlar yaranmışdır. Onların evi iki mərtəbədən ibarətdir. Evin birinci mərtəbəsində onlar qalır, ikinci mərtəbəsində isə qardaşı və ailə üzvləri qalır. Anası 2006-cı ildə vəfat etdikdən sonra o, qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. 2016-cı ilin fevral ayında qardaşı Azər şəxs vəfat etdikdən sonra həmin evdə o, qardaşının həyat yoldaşı Gülxanım, oğlanları Osman, Tural, Nuhbaba və Rizvan adlı şəxslər birgə yaşamağa başlamışdır. Həmin vaxtdan sonra onlar mütəmadi olaraq onunla əsaslı bir səbəb olmadan mübahisə edir, ona həmin evdə su vermiyib ona tez-tez atmacalar atıb onu bezdirmək istəmişdirlər ki evdən çıxsın. Lakin həmin ev onun mərhum atasının olduğundan və hazırdada qeyd olunan ev rəsmi sənədlə qardaşı İbrahim Babayevin mülkiyyətindədir. Lakin onlar hər dəfəsində ona atmacalar ataraq söyləmişdirlər ki “səni bezdirib bu evdən çıxardacağıq”. 20 avqust 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində o, yaşadığı evin həyətində paltar asan zaman Gülxanım onun ünvanına heç bir əsas olmadan nalayiq ifadələr işlədib ona atmacalar atdığından, o, da ona cavab qaytaran zaman aralarında mübahisə yaranmış və bu zaman onun oğlu Tural adlı şəxs onların mübahisə etməsini görüb dərhal ona yaxınlaşmış və onun başındakı şalını dartıb çıxardaraq baş nahiyyəsinə 3 dəfə yumruqla vurmuşdur. Bu zaman onlar dartışmağa başlayan zaman Gülxanım və Osman adlı şəxslərdə onun qol və bel nahiyyəsindən vurmağa başlamışdır. Həmin vaxtı o, özünü müdafiə etmək məqsədi ilə onlara əl qol atmışdır ki, ondan uzaqlaşsınlar, lakin Tural adlı şəxs həyətdə olan kapron su borusunu yerdən götürüb onun kürək nahiyyəsinə vurmağa başlamışdır. Həmin vaxt qonşusu Mahirə adlı şəxs səs küyə gəlib çəpərin üzərindən onları gördüyündən o, ona söyləmişdir ki, tez qardaşı İbrahimə zəng edib məlumat versin. Mahirədə bu səbəbdən qardaşı İbrahimə zəng edib məlumat vermiş və təxminən 15 dəqiqə sonra qardaşı oraya gəlmişdir. İbrahim gələnə qədər onlar onunla dartışmağa və onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdirlər. İbrahim gəldikdən sonra evə daxil olmaq istədə hər 3 şəxs onun qardaşını qapıdan həyətə daxil olmağa qoymamış və söyləmişdirlər ki “məhkəmənin qətnaməsin gətirməsən səni içəri buraxmayacağıq”. Lakin həmin şəxslər onu döydüklərindən qardaşıda təkidlə evin həyətinə daxil olmaq istəsədə onlar qardaşını vurmağa başlamışdır. Həmin vaxtı Tural əlindəki dəmir parçası ilə qardaşının qol nahiyyəsinə və bədən nahiyyəsinə vurmuşdur. Digər iki nəfər şəxsdə yəni Mahirə və Osmanda qardaşını əlləri ilə vurmuşdur. Bu zaman qonşular yaxınlaşıb onları aralamış və sakitləşdirib uzaqlaşdırmışdırlar. Daha sonra onlar Şamaxı RPŞ-nə müraciət etmişdir. Hadisə ümumilikdə təxminən 1 saat davam etmişdir. Hadisə yerində Mahirə və digər qonşular olmuşdur. Hadisə zamanı o, sol qolundan, sol əlinin üstündən, bel nahiyyəsindən və başından xəsarət almış, başqa heç bir yerindən xəsarət almamışdır. Onların arasında mütəmadi olaraq əvvəllər dava dalaş olmuş, yəni həmin şəxslər hər dəfəsində ona atmacalar atıb onu qəzəbləndirmiş və nəticədə onun tək qadın olmağımdan istifadə edərək onu vurmuşdurlar. O, hadisə zamanı tək olduğundan və onların hər üçü onun üzərinə gələrək onu vurduqlarından o, özünü müdafiə etmək məqsədi ilə əl qol hərəkətləri etmişdir. Ola bilsinki o, özünü müdafiə edən zaman onların sol bazu nahiyyəsində dərəcəsiz xəsarətlər olmuşdur və yaxuddaki özləri özlərinə xəsarət yetirmişdirlərki onları şərləsinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verib bildirdi ki, Şəxs onun bibisi, İbrahim Babayev isə onun əmisidir. Həmin şəxslərlə onların bir neçə ildir ki münasibəti yoxdur. İbrahim Babayev bir neçə dəfə onların barəsində əsassız olaraq Şamaxı RPŞnə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Hazırda yaşadığı ev onun əmisi İbrahimə məxsus olsada vəfat edən babası Osmanın mülkü olduğundan o, həmin evdə qardaşı Tural Babayev və anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Həmçinin onlarla birlikdə bibisi Şəxs yaşayır. Yəni evin birinci mərtəbəsində bibisi, ikinci mərtəbəsində isə onlar yaşayır. 20 avqust 2023-cü il tarixdə onlar evin həyətində olan zaman bibisi Şəxs onlara yaxınlaşaraq səs küy salıb onlarla mübahisə edərkən onları nalayiq söyüşlərlə evdə təhqir edib onları evdən çıxardacağını bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və o, evdən çıxaraq gedib təxminən 40 dəqiqə sonra , qardaşı yəni İbrahim Babayev ilə evin həyətinə daxil olmuş və onları evdən çıxartmaq istəmişdir. Həmin vaxtı Zülfiyyənin əlində ağac olmuş və o, ağac ilə onun sağ qol nahiyyəsindən vurmuşdur. Zülfiyyə onu vuran zaman əmisi İbrahimdə baş nahiyyəsinə 2-3 dəfə yumruqla vurmuşdur. Həmin şəxslər onlardan evi tərk etməklərini tələb edərkən onlar həmin şəxslərə bildirmişdir ki, məhkəmənin qərarını gətirsinlər. Lakin bu zaman Şəxs əlindəki ağac parçası ilə anası Gülxanımın qol nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Zülfiyyə onun anasını vurduqdan sonra İbrahimdə onun anasının baş nahiyyəsinə yumruqla vurmuşdur. Həmin vaxtı səs küyə qardaşı gəlmiş və İbrahim qardaşının üzərinə gələn zaman qardaşı onu həyətdən küçəyə çıxartmış, bu zaman İbrahim qardaşını vurmaq istəmişdir. Onlar dartışan zaman qardaşı onu küçəyə çıxardarkən İbrahimin qolu qanamışdır. Lakin onun qolunun necə qanadığı barədə məlumatı yoxdur. Təxminən 10-15 dəqiqə sonra onlar yenidən həyətə daxil olmaq istədikdə qardaşı qapını tutub saxlamış və onları içəri buraxmamışdır ki, gedib məhkəmənin qərarını gətirsinlər. Lakin onlar evə daxil olmaq istədiklərindən o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi İbrahim oranı tərk edərək çıxıb getmiş, Zülfiyyə isə evin həyətinə daxil olmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş və müvafiq sənədləşmə aparmışdır. Lakin Zülfiyyə adlı şəxs polislərin orada olmasına baxmayaraq onun ünvanına yaşadığı evin həyətində nalayiq ifadələr işlətmişdir. Onların arasında evin həyətində mübahisə olan zaman o və anası, İbrahim və Zülfiyyə adlı şəxsə hər hansısa bir xəsarət yetirməmişdir. Həmçinin özlərini müdafiə etmək məqsədi ilə belə onlara hər hansısa bir xəsarət yetirməmişdirlər. Çünki onlar bilirki ki, həmin şəxsi vurduqları təqdirdə onlar şikayət edəcəkdirlər. O və qardaşı küçədə İbrahim Babayevi vurub xəsarət yetirməmişdir. Çünki onlar bilirki ki, o əməliyyat olub və onu vuracaqları təqdirdə onun səhəti pisləşəcəkdir. Onlar həmin şəxsləri vurmadığı üçün İbrahim və Zülfiyyənin bədən nahiyyəsində olan xəsarətlərin hansı formada yaranması ilə bağlı heç bir məlumatı yoxdur. Lakin İbrahim həyətdə olan zaman ola bilsinki qol nahiyyəsi harasa dəydiyindən onun qolu qanamağa başlamışdır. Lakin onlar ona hər hansısa bir xəsarət yetirməmişdirlər. İbrahim adlı şəxs həyətə daxil olmaq istədikdə qardaşı qapının giriş hissəsini əli ilə tutaraq ona imkan vermirdi ki, o, həyətə daxil olsun. Həmin vaxtı isə o, evin həyətində dayanmışdır. İbrahimin həyətə daxil olmaq istədiyini gördüyü üçün DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 273 saylı və xx.xx.2023-cü il tarixli 275 saylı ekspert rəylərində göstərilmişdir ki, X1 almış olduğu xəsarət - sol bazunun qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlir. X1 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət - sağ bazunun qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı Şəxs əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyməsi ilə əlaqədar əməlində cinayət tərkibinin olmaması və onun həmin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tututlmuş inibati xətanın əlamətləri olduğundan barələrində toplanmış materiallar inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Şamaxı rayon polis şöbəsinə göndərilməsi qərara alınmış və həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-185/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-185/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver