Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-186/2023 11.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1951-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon X6 xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Zərərçəkmiş şəxs adlı həkimi otaqda və dəhlizdə yüksək səslə söyməsi və təhqir etməsi, ətrafdakları narahat etməsi müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə əvvəldən pul mübahisələri olan Samirə adlı şəxs onlara, yəni ona olan borcunu onlara çatdırması üçün Əzizxan həkimə vermiş, lakin o, onların pulunu vermədiyi üçün xəstəxanaya Samirənin onlara çatmalı olan pulu ona verdiyini və onun pulu onlara nə üçün vermədiyini soruşmağa gedərkən, Samirənin pul borclu olduğu digər şəxslərlə, yəni Adilə və Sahib Dünyamaliyevlərlə rastlaşmışlar. Onlara bu məsələ ilə bağlı Əizxan həkimin yanına getdiyini, onlarında getmək istədikləri üçün həkimin otağına etika əsasına, yəni qapını döyərək icazə istəyərək otağa daxil olmuşlar. O, onları görən kimi ayağa qalxaraq qışqırmış və onları söyüb təhqir etməyə başlamış və yanında olan Adilə xanıma yumruq atmışdır. Onları nalayiq sözlərlə söyərək otaqdan qovmuşdur. Onlar otaqda olarkən otaqda Əzizxandan başqa heç kim olmamış, hətta onun yanında işləyən tibbbacısı və yaxud xadimə belə olmamışdır. Çox pis şəkildə təhqir edilmişlər. Əzizxan həkimin onlara heçnə olmadan qəfil niyə belə reaksiya verməsinin səbəbini bilmir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, izahat verib bildirdi ki, xx.xx.2023cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında iş otağında az yaşlı xəstəni müayinə edərkən əvvəldən tanıdığı Lalə, Dünyamaliyeva Adilə və Dünyamaliyev Sahib adlı şxslər onun otağına girərək orada xəstənin, xəstənin valideynlərinin və ətrafda başqa şəxslərin olmasına baxmayaraq ona qarşı nalayiq ifadələr, ünvansız küçə söyüşləri və təhqirlər işlətmişlər. O, onları dəfələrlə intizama dəvət etsədə onlar buna məhəl qoymayaraq onu və ətrafdakı şəxsləri narahat etmişlər. Odur ki, onun barəsində qanuni tədbir tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, onun qulağında problem olduğu üçün həyat yoldaşı ilə xx.xx.2023-cü il tarixdə Əzizxan həkimin qəbuluna gəlmişlər. Orada olan zaman tanımadıqları iki qadınla, bir kişi qəflətən otağa daxil olaraq uca səslə qışqırıb və həkimə qarşı çox ağır söyüşlər və qadına yaraşmayan nalayiq ifadələr işlətmişlər. O, ətrafdakıların narahat olmasını görüb onlardan bu vəziyyətə son vermələrini xahiş etdikdə onun üzərinə hücum çəkərək ona qışqırmağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu izahat verdi. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Şamaxı şəhər sakini Lalə, Çarhan kənd sakini Dünyamaliyeva Adilə və Dünyamaliyev Sahib lor həkimi Zərərçəkmiş şəxs iş otağına girərək uca səslə söyüşlər söymüş, ictimai qaydanı pozub, xəstələri narahat etmişlər. Onlar intizama dəvət olunsalar belə heç nəyə məhəl qoymamışlar. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-186/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-186/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver