Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-186/2024 21.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş və onu döymüşdür. Bu səbəbdən də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs onun bibisi, İbrahim Babayev isə onun əmisidir. Həmin şəxslərlə onun bir neçə ildir ki münasibəti yoxdur. İbrahim Babayev bir neçə dəfə onun barəsində əsassız olaraq Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Hazırda yaşadığı ev onun əmisi İbrahimə məxsus olsada vəfat edən babası Osmanın mülkü olduğundan o, həmin evdə qardaşı Osman Babayev və anası Gülxanım Babayeva ilə birlikdə yaşayır. Bibisi Zərərçəkmiş şəxs onlarla birlikdə yaşayır. Evin birinci mərtəbəsində bibisi, ikinci mərtəbəsində isə onlar yaşayır. 20 avqust 2023-cü il tarixdə o, evdə yatan zaman səs-küy eşidib yuxudan oyanmış və həyətdə Zülfiyyə ilə İbrahimin onun ailə üzvləri ilə mübahisə etdiyini görüb dərhal həyətə düşərək onların ikisinidə evin həyətindən çıxartmış və onlara məhkəmənin qərarını gətirmələrini bildirmişdir. Onlar küçəyə çıxdıqdan bir qədər sonra İbrahim yenidən həyətə daxil olmaq istəsədə o, qapını tutub saxlamış, həmin vaxtı İbrahim onu nalayiq söyüşlərlə söyüb təhqir etsədə o, İbrahimin evin həyətinə daxil olmasına imkan verməmişdir. O, orada İbrahimi evin həyətinə buraxmadığı üçün İbrahim oradan uzaqlaşaraq çıxıb getmişdir. O, İbrahim Babayevi evin həyətinə buraxmayan zaman İbrahimə qarşı hər hansısa bir fiziki güc tətbiq etməmiş, sadəcə qapını tutub saxlamışdır ki, İbrahim evə daxil olmasın. İbrahim və Zülfiyyə adlı şəxslər onların evinin həyətində olan zaman o, həmin şəxslərlə dava etməmiş, həmçinin onlardan hər hansısa bir şəxs onun yanında onun ailə üzvlərinə hər hansısa bir xəsarət yetirməmişdir. Sadəcə olaraq İbrahim evin həyətindən çıxmaq istəmədiyindən o, İbrahimi zorla həyətdən çıxartmış və məhkəmənin qərarını gətirməsini söyləmişdir. İbrahim və Zülfiyyə onun yanında onun ailə üzvlərini vurmasada o, həyətə düşənə qədər onlar onun anası və qardaşını vurmuş, sonradan bütün bunları qardaşı ona söyləmişdir. Həmçinin küçədə olan zaman onu həmin şəxslərdən kimsə sol qol nahiyyəsindən vurmuş, lakin səs küy olduğundan onu vuran şəxsin İbrahim və yaxudda Zülfiyyə olmasını bilməmişdir. İbrahim Babayevin hansı formada xəsarət alması ilə bağlı hər hansısa bir məlumatı yoxdur. O, onu yaşadığı evin həyətindən çıxardan zaman İbrahim ona müqavimət göstərdiyindən ola bilərki onun qol nahiyyəsi harasa dəymiş və qolundan xəsarət almışdır. Lakin o, həmin hadisə vaxtı İbrahimi vurub xəsarət yetirməmişdir. O, evdə olan zaman bibisi Zərərçəkmiş şəxs onun anası və qardaşı ilə ev məsələsinə görə mübahisə etmişdir. Ümumiyyətlə onlar arasında uzun illərdir ki, ev məsələsinə görə problemlər yaşayır. X3 ev məsələsinə görə məhkəməyə müraciət etmiş və hazırda mülki mühakimə icraatı qaydasında Şamaxı rayon məhkəməsində onların işinə baxılır. O, hadisədən əvvəl bibisi Zərərçəkmiş şəxs hər hansısa bir xəsarət yetirməmiş, həmçinin o, mübahisə baş verən zamanda Zərərçəkmiş şəxs hər hansısa bir xəsarət yetirməmişdir. Onun Zərərçəkmiş şəxs ilə həmin vaxtı arasında hər hansısa bir söz söhbət olmamışdır. Yəni ki, o, hadisə vaxtı Zərərçəkmiş şəxs vurmamış, həmçinin Zülfiyyə, guyaki əlində boru ilə onun bel nahiyyəsindən vurmağını həmçinin yumruqla baş nahiyyəsindən vurmağını söyləsədə o, Zərərçəkmiş şəxs hər hansısa bir xəsarət yetirməmiş, həmçinin onu vurmamışdır. Mahirə Caməmmədova ifadəsində guya onun Zülfiyyəni döydüyünü,onun arxası ilə qaçdığını və onları küçədə nalayiq ifadələrlə təhqir etdiyini bildirsədə həmin şəxsin söylədikləri yalandır və o, Zülfiyyənin arxası ilə küçəyə qaçmamış, həmçinin onu boru parçası ilə vurmamışdır. O, küçədə qonşuların ünvanına hər hansısa bir nalayiq ifadə işlətməmişdir. Fəxrəddin Caməmmədovun orada olub-olmaması barədə hər hansısa bir məlumatı yoxdur. Çünki zənn edir ki o, orada Fəxrəddini görməmişdir. Lakin Fəxrəddinin söylədikləri tamamilə yalandır. Çünki o, İbrahimin sinəsindən tutub qapıya sıxmamışdır. Sadəcə olaraq qapını əli ilə tutub onu içəri buraxmayıb oradan uzaqlaşmasını bildirmişdir. Onun İbrahim ilə küçədə olan mübahisəsi təxminən 10 dəqiqə davam etmişdir. O, küçədə təxminən nə qədər adam olmasını xatırlamır. Çünki həmin vaxtı əsəbi olduğundan ətrafa fikir verməmişdir. Qapının qarşısında o, İbrahim ilə mübahisə edərək onu həyətə buraxmadıqda həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətsədə o, onun ünvanına hər hansısa bir nalayiq ifadə işlətməmişdir. Baş vermiş mübahisə zamanı zənn edir ki onun anası və qardaşı küçədə olmuşdur. Təxminən 2022-ci il tarixində qonşular onların evinə gələrək İbrahim adlı şəxsin çəkdiyi sudan istifadə etməməmiyini bildirdiklərindən onun ailəsi arasında qonşularla mübahisə yaranmışdır. Lakin həmin qonşuların kim olmasını xatırlamır. Çünki o, qeyd olunan vaxtı evdə olmamış, onlarında nə üçün bununla bağlı onlarla mübahisə etməyinin səbəbi hələ də ona məlum deyil. Bundan başqa qonşular istəyir ki onlar evdən çıxsınlar və o evi alsınlar. Yəni ki, İbrahim Babayev evi satmaq istədiyi üçün və qonşular da həmin evi almaq marağında olduğundan, zənn edir ki, məqsədli şəkildə onun əleyhinə danışırlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, uzun illərdir ki, mərhum atası Osman Babayevə məxsus evdə yaşayır. Atası 1984-cü ildə vəfat etdikdən sonra atasından onlara qalan İmamlı küçəsi ev 54 ünvanında olan evdə iki qardaşı, o, bacısı və anası birlikdə qalmışdır. X4 1988-ci ildə ailəsi ilə birlikdə başqa evə köçdüyündən o, mərhum qardaşı Azər ilə birlikdə yaşamağa başlamışdır. X6 1993-cü ildə ailə həyatı qursada o ailəsi ilə birlikdə onların ata evində yaşamağa başlamışdır. Lakin mərhum X6 və onun ailə üzvləri o, və anası ilə mütaəmadi olaraq mübahisələr etmiş, aralarında narahatçılıqlar yaranmışdır. Onların evi iki mərtəbədən ibarətdir. Evin birinci mərtəbəsində onlar qalır, ikinci mərtəbəsində isə qardaşı və ailə üzvləri qalır. Anası 2006-cı ildə vəfat etdikdən sonra o, qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. 2016-cı ilin fevral ayında qardaşı Azər adlı şəxs vəfat etdikdən sonra həmin evdə o, qardaşının həyat yoldaşı Gülxanım, oğlanları Osman, Tural, Nuhbaba və Rizvan adlı şəxslər birgə yaşamağa başlamışdır. Həmin vaxtdan sonra onlar mütəmadi olaraq onunla əsaslı bir səbəb olmadan mübahisə edir, ona həmin evdə su vermiyib ona tez-tez atmacalar atıb onu bezdirmək istəmişdirlər ki evdən çıxsın. Lakin həmin ev onun mərhum atasının olduğundan və hazırdada qeyd olunan ev rəsmi sənədlə qardaşı İbrahim Babayevin mülkiyyətindədir. Lakin onlar hər dəfəsində ona atmacalar ataraq söyləmişdirlər ki “səni bezdirib bu evdən çıxardacağıq”. 20 avqust 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində o, yaşadığı evin həyətində paltar asan zaman Gülxanım onun ünvanına heç bir əsas olmadan nalayiq ifadələr işlədib ona atmacalar atdığından, o, da ona cavab qaytaran zaman aralarında mübahisə yaranmış və bu zaman onun oğlu Tural adlı şəxs onların mübahisə etməsini görüb dərhal ona yaxınlaşmış və onun başındakı şalını dartıb çıxardaraq baş nahiyyəsinə 3 dəfə yumruqla vurmuşdur. Bu zaman onlar dartışmağa başlayan zaman Gülxanım və Osman adlı şəxslərdə onun qol və bel nahiyyəsindən vurmağa başlamışdır. Həmin vaxtı o, özünü müdafiə etmək məqsədi ilə onlara əl qol atmışdır ki ondan uzaqlaşsınlar., lakin Tural adlı şəxs həyətdə olan kapron su borusunu yerdən götürüb onun kürək nahiyyəsinə vurmağa başlamışdır. Həmin vaxtı qonşusu Mahirə adlı şəxs səs küyə gəlib çəpərin üzərindən onları gördüyündən o, ona söyləmişdir ki tez qardaşı İbrahimə zəng edib məlumat versin. Mahirədə bu səbəbdən zənn edir ki qardaşı İbrahimə zəng edib məlumat vermiş və təxminən 15 dəqiqə sonra qardaşı oraya gəlmişdir. İbrahim gələnə qədər onlar onunla dartışmağa və onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdirlər. İbrahim gəldikdən sonra evə daxil olmaq istədə hər 3 şəxs onun qardaşını qapıdan həyətə daxil olmağa qoymamış və söyləmişdirlər ki “məhkəmənin qətnaməsin gətirməsən səni içəri buraxmayacağıq”. Lakin həmin şəxslər onu döydüklərindən qardaşıda təkidlə evin həyətinə daxil olmaq istəsədə onlar qardaşını vurmağa başlamışdır. Həmin vaxtı Tural əlindəki dəmir parçası ilə qardaşının qol nahiyyəsinə və bədən nahiyyəsinə vurmuşdur. Digər iki nəfər şəxsdə yəni Mahirə və Osmanda qardaşını əlləri ilə vurmuşdur. Bu zaman qonşular yaxınlaşıb onları aralamış və sakitləşdirib uzaqlaşdırmışdırlar. Daha sonra onlar Şamaxı RPŞ-nə müraciət etmişdir. Hadisə ümumilikdə təxminən 1 saat davam etmişdir. Hadisə yerində Mahirə və digər qonşular olmuşdur. Hadisə zamanı o, sol qolundan, sol əlinin üstündən, bel nahiyyəsindən və başından xəsarət almış, başqa heç bir yerindən xəsarət almamışdır. Onların arasında mütəmadi olaraq əvvəllər dava dalaş olmuş, yəni həmin şəxslər hər dəfəsində ona atmacalar atıb onu qəzəbləndirmiş və nəticədə onun tək qadın olmağımdan istifadə edərək onu vurmuşdurlar. O, hadisə zamanı tək olduğumdan və onların hər üçü onun üzərinə gələrək onu vurduqlarından o, özünü müdafiə etmək məqsədi ilə əl qol hərəkətləri edə bilər. Ola bilsinki o, özünü müdafiə edən zaman onların sol bazu nahiyyəsində dərəcəsiz xəsarətlər olmuşdur və yaxuddaki özləri özlərinə xəsarət yetirmişdirlərki onları şərləsinlər. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 271 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol əlin arxa səthinin, sol bazunun və kürək nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı Şəxs əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar əməlində cinayət tərkibinin olmaması və onun həmin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tututlmuş inibati xətanın əlamətləri olduğundan barələrində toplanmış materiallar inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Şamaxı rayon polis şöbəsinə göndərilməsi qərara alınmış və həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-186/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-186/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver