Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-186/2025 20.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X4 və səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 iştirakları ilə, Şamaxı Rayon Polis X9 Polis Bölməsi tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı Rayon Polis X9 Polis Bölməsi tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.3, 333.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Vaz-21013 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şamaxı rayonu Göylər kəndindəki ”Çinar” kafesində yemək yeyərkən spirtli içki də qəbul etmişdir. İdarə etdiyi avtomobil həmin vaxtı kənddəki evinin həyətində saxlamışdır. Yeyib içəndən sonra kafenin qarşısında dayanıb oradakı şəxslərlə söhbət etmişdir. Şamaxı rayon Polis şöbəsinin DYPnin 114 saylı polis maşını ilə YPX işçisi Dilqəm gəlib saxlamış və onun içkili halda görüb soruşmuşdur ki, spirtli içki içmisən, oda təsdiq etmişdir. Soruşmuşdur ki, bəs maşını haradadır. Bildirmişdir ki, evinin həyətində saxlayıb gəlmişdir. O, demiş ki, polis maşınına əyləş söhbət edək. Onu Şamaxı rayon polis şöbəsinə gətirmişdir. Yolda gələrkən polis serjantı Dilqəm ona demiş ki, “hörmət eləsən sənu buraxaram gedərsən. ”Oda bildirmişdir ki, axı o maşın idarə etmədiyi halda içkili olduğu üçün və heç bir ictimai qaydanı pozmadığı halda niyə şöbəyə aparırsan, niyə ona hörmət etməlidir”. Buna baxmayaraq ona 10 manat pul vermişdir, götürmüşdür. Ondan ”birbank” kartını istəmişdir. Vermişdir oda baxmışdır. Demişdir kartında onsuz da pul yoxdur. Üstündə də olan pulu vermiş, artıq pulu yoxdur. Dilqəm onu polis şöbəsinə gətirmişdir. Ona demişdir ki, alkoqolu müəyyən edən aparata nəfəs ver. Oda demişdir ki, içkili olduğunu etiraf edir, buna nə ehtiyac. Onu maşınla xəstəxanaya gətirib içkili olmağını yoxlatdırmaq istəmişlər. Həkimə də bildirmişdir ki, içkilidir. Səhəri günü telefonuna mesaj gəlmişdir ki, guya o “təhlükəsizlik kəmərini bağlamadan nəqliyat vasitəsini idarə etmişdir, polisin nəqliyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş, alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə nəqliyat idarə etmiş, əks istiqamətdə hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur”. Hadisə günü o, idarə etdiyi avtomobilini evinin həyətində saxladıqdan sonra kafeyə gəlib yeyib içmiş və heç bir inzibati qayda pozmadan kafenin qarşısındakı tanış şəxslərlə söhbət edərkən polis gəlib onu polis şöbəsinə aparmışdır. Həmin vaxt o, maşınla olmamışdır. Əgər maşınla olsaydı onu maşınla birlikdə polis şöbəsinə gətirərdilər. DYP işçisi Dilqəm barəsində qanunsuz olaraq inzibati protokol yazaraq onu Azərbaycan Respublikası İXMnin 327.2,327.3,329.1 və 331.1 maddəsi ilə 5 cərimə balı olmaqla 360 manat cərimə yazmışdır.Hazırda həmin qərardan narazıdır, bu qərarı əsassız hesab edir. Çünki həmin vaxt o, heç bir nəqliyat vasitəsi idarə etməmişdir. Bunu yanındakı şəxslər də təsdiq edərlər. Həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Şamaxı Rayon Polis X9 Polis Bölməsi tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, TP ******* il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında həqiqətən spirtli içki içmişdir. Lakin həmin vaxt avtomoblini idarə etməmiş, avtomobili evində olmuşdur. Kafenin yanına piyada gəlmişdir. Ona təqdim edilən videogörüntüdə olan maşın onun maşınıdır. Həmin vaxt qardaşı onun avtomobilini idarə etmişdir. O qardaşına avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Qardaşı ona deməmiş maşını götürüb sürmüşdür. Qardaşının maşını sürməsindən ümumiyyətlə onun bu yaxınlarda xəbəri olmuşdur. Qardaşı ona deməmişdir ki, o maşını idarə edən zaman ona polis əməkdaşları saxla işarəsi vermiş, o, isə saxlamamışdır. Avtomobili evin həyətində saxlayarkən açarlarını da evə qoymuşdur. Həmin tarixdə onun avtomobilini qardaşının idarə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Qardaşının maşını var, amma onun maşını Çöl Göylər kəndindədir. Qardaşı həmin vaxt onun maşını ilə kəndə yerləşən marketdən siqaret almaq üçün getmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X6 izahat verərək bildirdi ki, şikayətdə göstərilənlər həqiqəti əks etdirmir Belə ki, xidmət yoldaşı Ziya Güliyevlə birlikdə xidmətdə olarkən Göylər kəndində qarşıdan üz-üzə hərəkətdə olan “VAZ 21013” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermişlər. Lakin həmin avtomobil dayanmayaraq yoluna davam etmişdir. Onlar həmin avtomobilin dalınca gedən zaman, həmin şəxs avtomobili idarə edərək qaçmışdır. Onlar onu axtarmışlar, amma avtomobili harada saxlamasını bilməmişlər. Sonradan onlar avtomobilin sahibi X2 marketin yanında görmüşlər, o, onlara yaxınlaşan zaman, ağır sərxoş vəziyyətə olmuş, onu alkotesterdən keçirmək istəmişlər, amma o razı olmamışdır, daha sonra isə həkim müayinəsindən keçirmişlər. Eyni zamanda ona bildirmişlər ki, həmin vaxt maşını kim idarə edibsə, həmin şəxsi təqdim etsin, amma heç kim təqdim edilməmişdir. Yaqub Fərzalıyev xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etmiş, lakin onun barəsində protokol o, ayılandan sonra xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Odur ki, verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 01 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 18:14 radələrində “VAZ 21013” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.3, 333.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 50 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan videogörüntüdən müəyyən olunur ki, Şamaxı RPŞ-nin DYPnin avtomobili hərəkətdə olarkən X3 məxsus “Vaz-21013” markalı, 56BX542 dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşılaşır və ona saxla işarəsi verilsə də avtomobil hərəkətin davam etdirərək kəndin içərisinə daxil olur. Şamaxı RPŞ-nin DYP-nin avtomobili bir qədər hərəkət edərək onu axtarsa da tapa bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1“Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüzmanat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 xx.xx.2025-ci il tarixdə “VAZ 21013” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyədə idarə etməsi inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı Rayon Polis X9 Polis Bölməsi tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-186/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-186/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver