Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-187/2021 16.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 16.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 16.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 16.05.2021-ci il tarixində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməmiş və küçədə nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 16.05.2021-ci il tarixdə açıq havada tək gəzərkən həqiqətən də tibbi maska taxmamışdır. Onun yanında heç kim olmamış ətrafda isə insanlar olmuşdur. Polis əməkdaşları ona yaxınlaşarkən o, protokolun yerində yazılmasını istəmiş lakin polislər onu maşına mindirərək şöbəyə gətirmişlər. Həmin vaxt və şöbədə olarkən onu bir neçə dəfə vurmuşlar. Həmin vaxt polislər onu söydüyü üçün o, da həmin söyüşləri onlara qaytarmışdır. Hərəkətlərində heç bir hüquq pozuntusuna yol vermədiyinə görə əməlindən peşman deyil. İş materiallarında olan 16.05.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.05.2021-ci il tarixdə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməmiş və küçədə nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 16.05.2021-ci il tarixli raportdan görünür ki, 16.05.2021-ci il tarixində saat 16:00 radələrində vətəndaşların xüsusi karantin rejiminin tələblərinə riayyət edib etməməsini müəyyən etmək məqsədi ilə Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Elvin Nəbiyev və İTB-nin polis sahə rəisi polis leytenantı Zakir Məlikov ilə birlikdə Şamaxı şəhəri N.Nərimanov küçəsində xidmətdə olan zaman sonradan adı məlum olan Şəxs tibbi maskadan istifadə etmədiyi müəyyən olunmuşdur. Vətəndaşa yaxınlaşaraq özlərini təqdim edib ona nə üçün tibbi maskadan istifadə etmədiyini soruşaraq, xüsusi karantin rejimi dövründə hər kəsin ictimai yerdə tibbi maskadan istifadə etməyinin məcburiliyi barədə vətəndaş ilə tövsiyyə xarakterli söhbət aparan zaman Şəxs heç bir zaman karantin rejiminin tələblərinə riayyət etməyəcəyini bildirdiyi üçün onun barəsində inzibati qaydada protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin V. Səfdərov onun barəsində inzibati protokol yazılmasına narazılığın bildirərək vətəndaşların çoxluq təşkil etdiyi M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində yüksək səslə qışqıraraq qəsdən nalayiq söyüşlər söyməyə başlamış, onu nizam intizama dəvət edərək ictimai qaydanı pozmamasını və cəmiyyətə qarşı hörmətsizlik etməməsini dəfələrlə tələb etsələrdə o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam edərək söyüş söyməyə davam etmişdir. Vətəndaşın içkili olduğunu hiss etdiklərinə görə, həmçinin barəsində müvafiq araşdırma aparılması üçün onu RPŞ-nə dəvət etsələrdə vətəndaş yenidən əmrə tabe olmayaraq nalayiq ifadələr işlədib qaçmağa cəhd göstərmiş, lakin vətəndaşın qanunsuz əməllərinin qarşısı tərəflərindən alınaraq o Şamaxı RPŞ-nə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında olan zaman vətəndaş yenidən nalayiq söyüşlər söyməyə başlayaraq onlara qarşı əl qol hərəkətləri işlədərək vurmağa cəhd etmiş, onlar yenidən vətəndaşı nizam intizama dəvət edərək onu sakitləşdirməyə cəhd etsələrdə o polisin qanuni tələblərinə dəfələrlə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli aktdan görünür ki, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 8, D 2-də yaşayan Şəxs barəsində araşdırma aparılan zaman izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 16 may 2021-ci il tarixli, 130 nömrəli akdan görünür ki, Şəxs 16.05.2021-ci il tarixdə saat 18:00 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində oğlmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini olmamasını, inzibati xətanın sərxoş halda törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə yanaşı, həmçinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.6-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında icraat Azərbaycan Respublikası DİN-nin Şamaxı rayon Polis Şöbəsi tərəfindən başlandığından Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 may 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə inzibati xətalara dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından protokol həmin hissədə aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-187/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-187/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver