Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-187/2023 15.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan X3 tərəfindən verilmiş şikayəti və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ilə məhkəməyə müraciət edərək, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı müəyyən edildi ki, X3 şikayətə mübahisələndirdiyi qərarı əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Göstərilənləri əsas tutaraq, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan X3 tərəfindən verilmiş şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmalı, şikayət verən şəxsə qeyd olunan nöqsanı aradan qaldırdıqdan sonra, yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 40 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan X3 tərəfindən verilmiş şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-187/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-187/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver