Məhkəmə qərarları › İş №3(074)-187/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-187/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-187/2024 29.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş Şamaxı RPŞ-nin Şamaxı rayon Yol patrul xidmətinin baş inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edərək idarə etməsi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin Şamaxı rayon Yol patrul xidmətinin baş inspektoru X1 izahat verərək bildirmişdi ki, xx.xx.2024-cü il tarixdə “Vaz 21099” minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Şəxs içkili olmasında əsaslı şübhələr olduğundan saxla əmri verilmişdir. Daha sonra həmin şəxsin özündə olmaması müəyyən olunmuşdur. Həmin şəxs sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinəyə göndərilmişdir. Tibbi müayinə əsasında müəyyən olunmuşdur ki, Şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrinin təsiri altında olmuşdur. Bu səbəbdən də həmin şəxs barəsində xəta haqqında protokol tərtib edilmiş və baxılması aidiyyatı üzrə Şamaxı Rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini, həmin vaxt avtomaşını psixotrop maddələrin təsiri altında idarə etməsini etiraf etmişdir. Qeyd edilənlərə əsasən barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Vaz 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürücünün avtomaşını narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə etdiyi məlum olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 771 nömrəli Aktdan görünür ki, Şəxs marixuana (THC) adlı narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar