Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-187/2025 26.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Resublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli və MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-189/2025 saylı, xx.xx.2025-ci il tarixli və 3(074)-191/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilmiş və həmin işlərə 3(074)-187/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X1” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verib bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən, Şamaxı şəhəri, S.Ə.Şirvani və C.Cabbarlı küçələrinin kəsişməsi 107 A ünvanında yerləşən və Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan apteklərdə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı, aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Bu səbəbdən də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş, sübüt kimi fotoşəkillər əlavə olunmuşdur. Odur ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahat verib bildirdi ki, yoxlama zamanı qeyd edilən nöqsanlar aşkar olunmuş, lakin yoxlamadan dərhal sonra həmin nöqsanların aradan qaldırılması yönündə işlərə başlanılmışdır. Belə ki, hazırda qeyd olunan ünvanlarda olan apteklərdə təmir işləri gedir. Qeyd edilənlərə əsasən, Şəxs MMC-nin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 13:00da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmiş və nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 4 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 14:10da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmiş və nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 62 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 12:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmiş və nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan KY252300206 nömrəli, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Qədirli küçəsi, ev 62 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışına xx.xx.2025-xx.xx.2025-ci il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. İş materiallarında olan KY252300209 nömrəli, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən S.Ə.Şirvani küçəsi və C.Cabbarlı küçələrinin kəsişməsi 107A ünvanında yerləşən Şəxs MMC istifadəsində olan ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışına xx.xx.2025-xx.xx.2025-ci il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. İş materiallarında olan KY252300205 nömrəli, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən Şəxs MMC istifadəsində olan ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışına xx.xx.2025-xx.xx.2025-ci il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, həmin şirkətə məxsus olan pərakəndə satış əczaçılıq müəssisəsində 28.04.-xx.xx.2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin X1nin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xətaya dair icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən, eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Bundan başqa Plenum qərarında qeyd olunmuşdur ki, inzibati xətalara dair işlərə baxan səlahiyyətli orqan şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xəta üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməsinə baxmayaraq, eyni vaxtda törədilmiş hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya görə hansı xətaya münasibətdə tənbeh tədbirinin tətbiq edilməsindən asılı olmayaraq, bir il ərzində həmin xətalardan birinin təkrar törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməli və ona təyin edilmiş cərimə növündə inzibati tənbehlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, toplanılmaqla Şəxs barəsində qəti inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40., 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs (VÖEN **********) xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, təyin olunmuş cərimə məbləğləri tam toplanılmaqla, hüquqi şəxs Şəxs 3600 (üç min altı yüz) manat məbləğində cərimə edilsin. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-187/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-187/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver