Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-188/2024 21.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 02 avqust 1967-ci ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, 2-ci Çaylı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, xx.xx.2016-cı il tarixli, 2(074)-874/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.1967-ci ildə Şamaxı rayonu Çaylı kəndində anadan olmuş, Şamaxı rayonu 2 Çaylı kəndində yaşayan Şəxs və xx.xx.1990-ci ildə Şamaxı rayonu 2 Çaylı kəndində anadan olmuş, Şamaxı rayonu 2 Çaylı kəndində yaşayan X2 ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə, 1931.61 ABŞ dolları əsas borc, 646.05 ABŞ dolları faiz borcu, 180194 ABŞ dolları cərimə borcu, cəmi 2758.60 ABŞ dolları borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2077 ABŞ dollar borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, ona icra sənadi barədə 2021-ci il tarixdə icra şöbəsinə dəvət olunda məlumat verilmişdir. O, 2016-cı il tarixdə manatla bankdan pul götürmüşdür. Sonra onun telefonuna mesaj gəlmiş ki, sizin borcunuza dair pulunuz bağışlanmışdır. O, əvvəl özü Dəmir Banka müraciət etmişdir ki, ona ödəniş etdiyi qəbzləri versinlər, amma sonra ona bildirmişlər ki, ödəniş qəbzləri tapımır. Ödənişlə bağlı onda olan qəbzlər isə evi zəlzələ zamanı dağılanda orada qalmışdır. Bannkdan ona göndərilən mesajı icra şöbəsinə təqdim etməmişdir. Həmin telefonu itirdiyindən hazırda məhkəməyə də təqdim edə bilmir. Odur ki, bütün bunları aydınlaşdırması üçün öna möhlət verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(074)- 874/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1967-ci ildə Şamaxı rayonu Çaylı kəndində anadan olmuş, Şamaxı rayonu 2 Çaylı kəndində yaşayan Şəxs və xx.xx.1990-ci ildə Şamaxı rayonu 2 Çaylı kəndində anadan olmuş, Şamaxı rayonu 2 Çaylı kəndində yaşayan X2 ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə, 1931.61 ABŞ dolları əsas borc, 646.05 ABŞ dolları faiz borcu, 180194 ABŞ dolları cərimə borcu, cəmi 2758.60 ABŞ dolları borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(074)- 874/2016 saylı icra sənədi üzrə icraata başlanılmış və borclular Şəxs və X2 tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli 2588/4 və 1746/4 saylı xəbərdarlıqların surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(074)-874/2016 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon İcra və Probasiya Şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəmsinin xx.xx.2021-ci il tarixli, 8(074)- 96/2021 saylı qərardadının surətindən görünür ki, Şamaxı rayonu, Çaylı kəndində qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Şəxs Şamaxı rayon məhkəməsinin 2(074)- 874/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi və qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu, 2-ci Çaylı kəndində pasport qeydiyyatında olan xx.xx.1967-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-188/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-188/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver